Kəmaləddin Heydərov və qardaşı Səməd YOLA SALINIR
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsindən ayrılıb. Onu bu postda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev əvəz edib. Xatırladaq ki, R.Abdullayev SOCAR rəhbərliyi ilə yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti olaraq fəaliyyətini davam etdirir.
Hokm.az-a daxil olan özəl məlumata görə, yaxın günlərdə digər idman federasiyalarının rəhbərləri də yola salınacaq. Bu sırada müxtəlif şəxslərin adı çəkilsə də, ən yaxın dövrdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı qərarın veriləcəyi gözlənilir.
Bu məqamda qeyd edək ki, K. Heydərov iki idman federasiyasının – Azərbaycan Boks və Azərbaycan Taekvondo federasiyalarının prezidentidir. Onun hələlik Boks Federasiyasının prezidenti olaraq fəaliyyətini davam etdirəcəyi söylənilsə də, Taekvondo Federasiyasının rəhbərliyindən gedəcəyi qərarı qətiləşib. Buna səbəb isə yeni Gənclər və İdman naziri Fərid Qayıbovun bu sahədə islahatlar aparmaqda israrlı olması göstərilir. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının növbədənkənar konfransının çağırılacağı söylənilir.
Xatırladaq ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə təsis edilib. Federasiyasının prezidenti Fövqəladə Hallar naziri olsa da, vitse-prezidentləri Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, idman təşkilatçısı Nağı Səfərov və Kəmaləddin Heydərovun sahibkar qardaşı Səməd Heydərovdur.
Onun yerinə kimin təyin olunacağı barədə isə dəqiq məlumat yoxdur. Ehtimallara görə, Fövqəladə Hallar nazirini Azərbaycan Taekvondo Federasiyasının prezidenti postunda gənc nazir həmkarlarından biri əvəz edəcək. Artıq federasiyada növbədənkənar konfrans hazırlıqlarına başlandığı da söylənilənlər arasındadır. K.Heydərovla yanaşı, Füzuli Musayev istisna olmaqla federasiyanın digər vitse-prezidentlərinin də yola salınacağı bildirilir. Mənbəmizin sözlərinə görə, K.Heydərovun biznesmen qardaşı Səməd Heydərov da öz postunu təhvil verməli olacaq.
Kəmaləddin Heydərov 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Geologiya fakültəsini və Azərbaycan Universitetini bitirib. Əmək fəaliyyətinə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik kimi başlayıb, sonradan müəssisənin geoloqu olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bir müddət Özbəkistanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. “M-Gilan” adlı şirkətin təsisçisi olub. 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri işləyib. 2006-cı ildən Fövqəladə Hallar naziridir.
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Prezident xalqı təbrik etdi
8 aprel 2024 19:18
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
5 aprel 2024 11:04
- Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi
1 aprel 2024 10:44
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31