- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
İndi topumuz da var, topxanamız da, hələ üstəlik Zəfər Yolumuz da

Azərbaycanın tarix boyu belə güclü ORDU-su və belə müasir, rahat ZƏFƏR YOL-u olmayıb…
ORDU və YOL milli təhlükəsizlik məsələsidir…
Allah cəmiyyətimizi YOLSUZ-luqdan qorusun..
1991-ci ildə SSRİ dağılanda və Azərbaycan öz müstəqilliyini bəyan edəndə YENİ dövlət qurmaq üçün lazım olan bütün qurumlar, nazirliklər ( səhiyyə, təhsil, rabitə, daxili işlər, milli təhlüksizlik, kənd təsərrüfatı, maliyyə və s ), hətta formal da olsa Xarici İşlər Nazirliyimiz də var idi.
Yeganə olmayan qurum Müdafiə Nazirliyi, Milli Ordu idi. Yəni ən böyük problemimiz Milli Ordumuzun olmaması idi.
Bir də, çoxlarına qəribə görünsə də YOL-suzluq problemimiz var idi. Yol məsələsinə bir az sonra qayıdacam…
Bir sözlə, HƏR ŞEYİMİZ olsa da, dövlətin və millətin varlığı üçün ƏN ZƏRURİ, ƏN VACİB olan Ordumuz, rəhmətlik Kərbəlayi İsmayıl demişkən, “Topumuz, topxanamız” yox idi.
Yeri gəlmişkən, “Axırıncı aşırım”ın müəllifi yazıçı Fərman Kərimzadənin yaradıcılığına və şəxsiyyətinə dərin hörmətimlə bərabər, onun “Topumuz, topxanamız olmasa da, namusumuz var” fikrinə fərqli yanaşmamı hələ 20 il əvvəl yazıb bildirmişəm.
Təvazökarlıqdan uzaq olsa da zaman mənim düşüncəmi təsdiq etdi. Və bizi 30 illik əsarətdən, milli rüsvayçılıqdan, mağmınlıqdan, milli rəzalətdən Ordumuz və Müzəffər Ali Baş Komandanımız xilas etdi.
Yəni 20 il əvvəl də düşünürdüm ki, öz Ordusu, gücü-topu-topxanası olmayan millətin nəinki torpaqları, hətta qız-gəlini də əsir-yesir olar.
Axı, “…NAMUSUMUZ VAR , BƏY” deməklə namus-qeyrət olmur.
Əslində 90-cı illərdə Qarabağ məsələsində uduzmağımızın səbəblərindən biri, bəlkə də birincisi Milli Ordumuzun olmaması idi.
İndi isə keçək YOL məsələsinə.
Mən yazının girişində ORDU ilə bərabər YOL məsələsini əbəs yerə qeyd etmədim.
Müharibə edən ölkə üçün ORDU qədər YOL-un vacibliyini izah etməyə ehtiyac görmürəm. Hətta 1-ci Qarabağ müharibəsində mülki əhali YOL tapmadığı üçün əsir düşürdü.
Çox təəssüf ki, bizim bir ölkə olaraq onilliklər boyu ən ağrılı yerimiz YOL məsələsi olub. Yəqin ki, sovet dövründə yaşayanlar bunu yaxşı bilir.
Biz azərbaycanlılar sovet dövründə həmişə Ermənistanın nəinki şəhər, hətta dağ kəndlərinə çəkdiyi yollara həsədlə, paxıllıqla baxırdıq. Onların yolları ilə müqayisədə bizim kənd, rayon, hətta şəhər yollarımız çox keyfiyyətsiz idi.
Qubatlıdan, Laçından sonra Gorusun, Zəngilandan sonra Qafanın dağ yollarını görəndə məəttəl qalırdıq: nə üçün bizim belə yollarımız yoxdur. İndi düşünürəm ki, bəlkə də ermənilər müharibəyə o zamandan hazırlaşırdı və bizdən fərqli olaraq müharibədə YOL-un strateji əhəmiyyətini bilirdilər.
Bir daha qeyd etmək istəyirəm ki, mənim şəxsi düşüncəmə görə, 90-cı illərdə müharibədə uduzmağımızın, torpaqlarımızın ard-arda işğal olunmasının səbəbi ORDU-suzluq və YOL-suzluq idi.
Ona görə də, yazının girişində müstəqillik əldə edəndə iki ciddi problemimiz var idi, Ordu və YOL yazdım.
Şükür Tanrının böyüklüyünə bu gün Milli Ordumuz var, torpaqlarımız Müzəffər Ali Baş komandanın rəhbərliyi altında 44 günlük müharibədə mənfur erməni işğalçılarından azad olunub. Bu gün Ordumuz dünyanın 50 ən güclü ordusu siyahısındadır. Və…
Yenə qayıdıram, YOL məsələsinə.
Şükür ki, cənab Prezidentin göstərişi ilə Saleh Məmmədovun rəhbərliyi ilə “Azəravtoyol” ASC ruhumuzun paytaxtı Şuşaya Zəfər yolu çəkir. Bəli, müasir dünya standartlarına cavab verən, rahat, yüksək keyfiyyətli yol. Nəhayət, təkcə Şuşaya deyil, Kəlbəcərə, Laçına, Zəngilana, Qubatlıya, Füzuliyə, Cəbrayıla, Xocavəndə gedən müasir, rahat yollarımız olacaq.
Söhbət YOL-dan düşmüşkən…
...Həmişə yadıma 90-cı illərin hay-küylü, hadisələri düşür. Kimin əlinə Azadlıq meydanında mikrofon düşürdüsə, tez bu sözləri deyirdi:
“ Müstəqil olsaq...neftimiz-qazımız özümüzə qalsa...YOL-larımız, asfaltımız 5 sm qalınlığında qızıldan olar”. Əlbəttə, bunlar Meydan havasında deyilmiş sözlər idi…
Bəli, müstəqil olduq, neftimiz-qazımız özümüzündür və s.
Asfaltımız 5 sm qızıldan olmasa da insaf, obyektivlik naminə etiraf edək ki, 70 illik sovet dövründəki yollarımızla müqayisədə bu gün yollarımız müqayisə olunmaz dərəcədə rahat və keyfiyyətildir.
Bilirəm, mənimlə razlaşmayanlar, “ filan yol çökdü…bəs korrupsiya-filan..” deyənlər olacaq.
Mən demirəm ki, hansısa yol çökməyib, problem yoxdur, neqativ hallar, korrupsiya-filan yoxdur. Amma hər cür müqayisə qüsurludur deyilsə də, hər şey müqayisədə bəlli olur.
Bəli, yuxarıda qeyd etdiyim kimi 70 illik sovet dövründə yollarımız digər respublikalarla, Gürcüstanla, Ermənistanla müqayisədə bərbad vəziyyətdə olub. Son illər yollarımız YOL-a oxşayır. Tam məsuliyyətlə deyirəm ki, 70 illik sovet dönəmində Azərbaycanda belə keyfiyyətli və rahat yollar çəkilməyib.
Mən demirəm ki, yolda korrupsiya, yeyinti-filan yoxdur. Guya səhiyyədə, təhsildə yoxdur ? Hətta Ordumuzun özündə korrupsiya halları var. Amma şanlı qələbəmiz də ortadadır.
Əgər korrupsiya halları olmasaydı, “paçka-paçka” icra başçıları, nazir, nazir müavinləri, baş həkimlər, məktəb direktorları və s həbs olunmazdı.
Əgər korrupsiya halları olmasaydı, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Prezident yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyası niyə yaradılırdı?
Dövlət başçısı korrupsiyaya qarşı mübarizə elan edib, cəmiyyətdən dəstək istəyir, ictimai nəzarətin gücləndirilməsini istəyir.
Bunu hamı bilir və heç kim inkar etmir.
Amma etiraf etməliyik ki, səhiyyəmiz sovet dövründə olduğu kimi hamı üçün əl çatan deyil. Qarnı ağrıyan xaricə qaçır, həkim sağ ayağın əvəzinə sol ayağı kəsir və deyir ki, mexaniki səhv olub.
Düzdür, bu gün səhiyyəmiz ən müasir tibbi avadanlıqlarla təmin olunub, amma xidmət səviyyəsi sovet dönəmindən çox aşağıdır və ən əsası hamı üçün əl çatan deyil, biz sovet dövründə pulsuz səhiyyə, pulsuz təhsil görmüşdük. Bu gün hansı imkansız adam ildə övladı üçün 4-5 min təhsil haqqı ödəyə bilər ?
Neçə-neçə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən uzaqlaşdırılıb.
Hanı yüz min tonlarla pambıq, üzüm, tütün, çay, barama istehsal edən Azərbaycanın aqrar sahəsi…
Hanı minlərlə fəhlənin çalışdığı zavodlar, fabriklər, Azərbaycan sənayesi ?
Mən başa düşürəm ki, SSRİ kimi nəhəng dövlətin dağılmağı ilə iqtisadi əlaqələr qırıldı və s. Amma hər şeyi olmasa da çox şeyləri qoruya bilərdik.
Bu yazını yazmaqda məqsədim odur ki, gəlin qorumağı öyrənək. Hər şeyi qaralamaqla, hər şeyin üstündən xətt çəkməklə, hər şeyi inkar etməklə hara gedə bilərik ?
Hər şeyi qaralamaq, hər şeyi inkar etmək özü də bir cürə YOLSUZ-luqdur.
Əlinə qələm-klaviatura keçənin YOL-larımızı pisləməsi başa düşülən deyil.
Bir şeyi başa düşmək lazımdır ki, loru dildə desək, adamın prokurora, məhkəməyə, həkimə, polisə, lap Gömrük Komitəsinə, Vergi Xidmətinə ömründə 1-2 dəfə işi düşə bilər.
Amma adam yaşından, vəzifəsindən, mindiyi nəqliyyatın növündən asılı olmayaraq hər gün YOL-dadır, hər gün, az qala hər saat YOL gedir. Deməli, yolda nöqsan tapmaq çox asandır. Amma görülən işləri də görmək, çəkilən zəhmətə də dəyər vermək lazımdır.
Məqsədimiz nə cənab Saleh Məmmədovun, nə də onun rəhbərlik etdiyi qurumun -"Azəravtoyol"un işini tərifləmək deyil.
Yol da digər sahələr kimi sadaladığım problemlərdən xali deyil, amma ortada iş var, əməl var, ciddi nəticə var.
Unutmayaq ki, 5 ulduz otelə, bahalı istirahət kompleksinə, yüksək ödənişli təhsilə, bahalı səhiyyəyə hamının əli çatmaya bilər, yəni obrazlı desək BİZİM OLMAYA bilər.
Amma ölkənin yolları BİZİMDİR, HAMIMIZ ÜÇÜN ƏLÇATANDIR.
Təsəvvür edin ki, eyni yolla Prezident də, nazir də, təqaüdçü də, məktəbli də, hətta ən imkansız sürücü də gedir. Yolun digər sahələrdən ən əsas fərqi budur.
Ona görə də yollarımızla bağlı görülən işlərə tənqidi yanaşmaq olar, amma hər şeyi qaralamaq, görülən işlərin üstündən xətt çəkmək, hər şeyi inkar etmək olmaz.
YOL həm də milli təhlükəsizlik məsələsidir.
Dünya statistukası sübut edir ki, yollarda avtoqəzalardan ölənlərin sayı, müharibələrdə ölənlərdən çoxdur.
Deməli, rahat və keyfiyyətli yollarımız həm də millətimizin təhlükəsizliyi deməkdir.
Yazının sonunda bir məsələni də qeyd edim ki, YOL Azərbaycan xalqı üçün təkcə kommunikasiya, yalnız mədəniyyət deyil, həm də əxlaqdır, mənəviyyatadır. Xalqımız əbəs yerə YOLSUZ , YOLUNU AZAN ifadəsini işlətmir.
Cəmiyyət YOLSUZ olanda böyük fəlakətlə üz-üzə qalır.
Allah millətimizi və dövlətimizi YOLSUZ-luqdan qorusun.
Baş redaktor Kamran Məhərrəmli
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 2025 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 2025 16:26
- Azərbaycanda BAYRAM- Qeyri-iş günü bir də 4 aydan sonra olacaq
30 iyun 2025 10:46
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 2025 09:31
- 15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ
30 iyun 2025 01:33
- Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
29 iyun 2025 23:53
- Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb
29 iyun 2025 23:20
- Qadın əsgərlər: hansı ölkələrdə xidmət məcburidir, hansı ölkələrdə könüllü?
29 iyun 2025 22:08
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 11:20
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 11:13
- Azərbaycanda BAYRAM- Qeyri-iş günü bir də 4 aydan sonra olacaq
30 iyun 10:46
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 09:31
- Kəngərliyə növbəti köç karvanı yola salındı (FOTO)
30 iyun 09:17
- Nazir vurma cədvəlini bilmədi
30 iyun 08:55
- Rusiya ordusu Zelenskinin bunkerini məhv etdi
30 iyun 01:42