Nəriman Əliyev barəsindəki bütün iddialara cavab verdi

“ŞTUTQART” MMC-nin sahibi, sabiq deputat Nəriman Əliyev son günlər barəsində səsləndirilən iddialara cavab verib. İş adamı ağac kəsdirməsi və bir neçə əməkdaşı işdən çıxararaq maaşlarını verməməsi haqda fikirləri qərəzli və əsassız adlandırıb.
Nəriman Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, 2021-ci il sentyabrın 7-dək olan dövr üçün “ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb: "Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib.
Sentyabrın 7-də “ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.
Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla “Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsinlər”.
Bundan sonra “ŞTUTQART” MMC-nin işçilərinin böyük bir hissəsi onun qanunsuz fəaliyyətini dəstəkləməklə işə çıxmayıb, digərləri isə özlərinin əmək fəaliyyətlərini davam etdiriblər. Əfqan Abdullayevin himayə etdiyi və onun fəaliyyətinə kömək edən bir qrup işçi əmək vəzifələrindən imtina edərək onların məsuliyyətində olan mal-materialları təhvil vermədən iş yerlərini tərk edərək gediblər. Həmin gün məlum olub ki, Əfqan Abdullayev və onunla birlikdə gedən şəxslər “AVTODETAL” adı ilə yaradılan mağazalar şəbəkəsində fəaliyyətə başlayıblar".
Sabiq deputat iddia edib ki, şirkətində vəzifə tutan həmin şəxslər MMC-yə məxsus pulu mənimsəyiblər: "“ŞTUTQART” MMC-də işləyən Abutalıb Ağayev, Seymur Sərxanov və digərləri birləşərək 1 035 751,21 manat məbləğində ehtiyat hissələrini qanunsuz yolla çıxararaq “AVTODETAL” adı ilə fəaliyyət göstərən mağazalara daşıyıblar. Bununla əlaqədər auditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır".
Nəriman Əliyevin sözlərinə görə, şirkətin yaxınlığındakı ağacların kəsilməsinə həmin zaman MMC-nin direktoru olan Əfqan Abdullayev göstəriş verib: "Ağac kəsilməsi ilə bağlı məsələ şirkətdə autidor yoxlaması aparılarkən aşkar edilib. Həmin ərazi yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən anbar mənim mülkiyyətimdə olsa da, 25 oktyabr 2016-cı il tarixdə “ŞTUTQART” MMC-yə icarəyə verilib. Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb".
"ŞTUTQART" MMC-nin sahibi olan N. Əliyev bir qrup işçinin qanunsuz olaraq işdən azad olunması haqda məlumata belə reaksiya verib: "Onların bir hissəsi 2021-ci il sentyabrın 7-dək öz ərizələri ilə işdən azad olunublar. Sentyabr ayınadək əmək fəaliyyətlərini dayandırıb və işdən xaric olunublar. Digər şəxslər isə Əfqan Abdullayevin göstərişi əsasında iş yerlərini tərk edərək onunla birlikdə ona məxsus mağazalarda işləyirlər. Bu şəxslər “ŞTUTQART” MMC-nin mağazalarında maddi məsul şəxs olmaqla öz əmək vəzifələrinin icrasını pozan və şirkətə maddi ziyan vuran işçilərdir. Aparılmış auditor yoxlama zamanı həmin maddi məsul şəxslərin öhdəsində olan xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənildiyinə dair faktlar aşkar edilib".
Nəriman Əliyev mediada ona məxsus olduğu deyilən əmlak siyahısı haqda da danışıb: "Mətbuatda mənə məxsus əmlaklar barəsində verilən məlumatların çoxu qeyri-dəqiqdir. Mən 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2010-cu ilə qədər Azərbaycanda özəl sektor tərəfindən açılan ilk istehsal müəssisələrinin təsisçisi və baş direktoru olmuşam. 2010-cu ildə Milli Məclisə seçilərkən müəssisələrdə direktor fəaliyyətimi dayandırmışam. 2020-ci ilin mart ayınadək hər hansı bir biznes qurumunda qanuni təmsilçi olmamışam. Eyni zamanda keçirdiyim ağır cərrahi əməliyyatlar nəticəsində 2021-ci ilin may ayına qədər səhhətimin bərpası ilə məşğul olmuşam.
Təsisçisi olduğum müəssisələr üzrə 1992-ci ildən başlayaraq sahibkarlıq fəaliyyətini həyata keçirmişəm. Özəl sektorda Azərbaycanın ən yüksək vergi ödəyicilərindən olmuşam. Bunun müqabilində əldə etdiyim mənfəət hesabına istehsal müəssisələri və digər ticarət obyektlərini qanuni şəkildə əldə etmişəm.
Mətbuatda adı çəkilən Bakı şəhəri T.Əliyev küçəsindəki ev mənə məxsusdur və hazırda orada yaşayıram. Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti mənə məxsusdur. Hazırda evim, qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti biznes fəaliyyəti ilə əlaqədar götürdüyüm kreditlə bağlı banklarda girovdadır.
Mətbuatda dərc edilən yazılarla bağlı bildirirəm ki, orada göstərilən məlumatların hamısı şirkətdə aparılan auditor yoxlaması zamanı, xüsusilə külli miqdarda mənimsəməyə yol vermiş şəxslər tərəfindən uydurulub. Çox təəssüf ki, bu məlumatlar dərc olunarkən hər hansı bir rəsmi mənbəyə istinad olunmayıb. Belə ki, ağacların kəsilməsi ilə bağlı mətbuatda verilən məlumatlar prokurorluq tərəfindən verilmiş rəsmi açıqlama ilə üst-üstə düşmür.
Digər bir məlumatda Talıbov Şahsuvar Nazim oğluna istinad edilməklə mülklər haqda verilən xəbərlər mənim şikayətim əsasında Nizami Rayon 23-cü polis bölməsində araşdırılıb. Araşdırma nəticəsində Talıbov Şahsuvar Nazim oğlunun izahatı alınıb və o, izahatında həmin məlumatların onun tərəfindən verilmədiyi, həmçinin yalan olduğunu təsdiq edib".
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 2025 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 2025 21:00
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 2025 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 2025 11:52
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 2025 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 2025 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 2025 12:26
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 2025 01:12
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 2025 09:59
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43