AZAD QARADƏRƏLİ QUYRUQ DOĞDU
AZAD QARADƏRƏLİ
QUYRUQ DOĞDU,
yaxud quyruq dondu deyimlərinə bir ötəri baxış
Kamran Məhərrəmliyə
Bu barədə, bir neçə dəfə yazmışam, radioda dönə-dönə veriliş hazırlamışam deyə, çalışacağam ki, məsələni qısa kəsim.
Radioda yeni işləyən vaxtlarım idi. Baş redaktorumuz Eldar Baxış xəstələnmiş, xəstəxanaya düşmüş, sonra da o məşum zəhərlənmədən vəfat etmişdi. Bir növ başsız qalmışdıq. Müvəqqəti də olsa, baş redaktorun vəzifəsini müavin Qaçay Köçərli icra edirdi.
Bir gün Qaçay müəllim bizi toplayıb bir neçə məsələdən danışdı, sonra elan etdi ki, bəs, indiyə qədər səhv yazmışıq, “quyruq doğdu” deyil, “quyruq dondu” olmalıdır və bu barədə fikri qətidir. Qarşıdan quyruq doğan günlər gəlirdi və tapşırdı ki, uşaqlara bu barədə səhih məlumat verin.
Hamı mənə baxdı. Yəni, sən nə düşünürsən?
Qaydaya görə, baş redaktorun vəzifəsini icra edənin dediyini müzakirə etmirlər. (Yəni bizim ölkədə belə bir xəstəlik hökm sürüb, sürür və sürməkdədir: rəhbər desə ki, qatıq qaradır, sən denən lap zil qaradır. Türkiyə türkləri demişkən, malesef, bu yolxucu xəstəlik karona virusdan da qorxuludur və elə onun kimi yayğındır.)
Mən isə bildirdim ki, “quyruq doğdu” bir xalq sözüdür və min illərdir ki, bütün türk xalqlarında bu gələnək var. “Quyruq doğdu” adi deyim deyil, bir astronomik vahiddir: quyruq doğanda, yəni avqustun 6-da yay yarı olur. İlk balı onda süzürlər, küləşi tarladan yığışdırır, yay şumu aparırlar. Axar sular sərinləyir, gecələr otların üzərinə şeh düşür. Quzuları qırxar, yaylaqdan bir az aşağılara enmək hazırlığı aparılır. Deyilənə görə, quyruq doğandan sonra dəvələr yaylaqda üzü arana yatarlar... O ki qaldı “quyruq dondu” deyiminə, bu, sadəcə, onun izahlarından biri ola bilər və s... Hə, bir də Firidun bəy Köçərli, Həsən Bəy Zərdabi kimi mütəfəkkirlərimiz “Quyruq doğdu” yazıblar, elə bilirəm ki, biz də bu cür yazmalıyıq...
Müzakirə böyük mübahisəyə səbəb oldu, sonra da az qala qanqaraçılığına dönəcəkdi...
Allah Qaçay müəllimə rəhmət etsin. Özünəməxsus şeirlər yazardı, baxmayaraq ki, şeir estetikası baxımından baxışlarımızda fərqlər vardı, amma kişinin də klassik üslubu və müəyyən dairədə oxucuları mövcud idi. Və o romantika dolu 90-lardan gəlmə bir yaxşı adət vardı ki, yeni sözlər yaratmaq, əcaib söz və ifadələrdən qurtulmaq, rus və ərəb dillərindən gəlmə bir çox ağır ifadələrə əlvida demək kimi mətləblər də daxil, hər deyimə şübhə ilə baxır, yenisini yaratmağa cəhd edirdilər. Bunlar yaxşı hal olsa da, bəzən aşırı romantika üzündən səhvlərə də aparıb çıxarırdı...
(Açığı, o inqilabi-romantika dolu günlərin xiffətini hərdən çəkirəm. Nə olaydı, bir gün hamımızı yığıb deyəydilər ki, milli soyadlarımızı bərpa edirik, sabahdan hamı –ov, -yev şəkilçisi əvəzinə -lı,-li,-lu, -lü soyadına keçir! Və bir də deyəydilər ki, sabahdan dilimiz Azərbaycan türk dili adlandırılır! Və bir də...)
Bir neçə gün sonra mənim uşaqlar üçün yazdığım bir neçə kiçik hekayəni rəhmətlik Əhəd Muxtar “Şəhriyar” qəzetində çap etmiş, mənə də bir nüsxə qəzet və müəyyən miqdarda qonarar da gətirmişdi. O, qəzetdən birini də Qaçay müəllimə verib getdi. Kişi qəzeti vərəqlədi və mənim uşaqlar üçün yazdığım “Məhsətinin nağılları” silsiləsindən hekayələri, o cümlədən “Quyruq doğdu” hekayəmi oxudu, bir siqaret yandırdı, bir qədər dəhlizdə gəzişdikdən sonra içəri girib əlini mənə uzatdı, dedi:
-Sən haqlısan. “Quyruq doğdu” olmalıdır. Bu hekayəni “Günlərin bir günü” verilişinə salacam...
(“Günlərin bir günü” uşaqlar üçün ədəbiyyat proqramı idi və Qaçay müəllim yazır, o vaxt balaca uşaq olan Bəxtiyar Səxavətoğlu – mərhum müğənni Səxavətin oğlu - aktyorlardan biri ilə aparırdı.)
İçimdə bir fərəh vardı. Ona görə yox ki, məndən yaşlı adamı fikrindən döndərə bilmişdim, ona görə ki, qatığın qara olmadığını vəzifəli adama və onun tabeliyindəkilərə inandıra bilmişdim...
O ki qaldı o hekayəyə...
O uşaq hekayəsi budur...
QUYRUQ DOĞDU
(“Məhsətinin nağılları” silsiləsindən)
Avqustun əvvəlləri idi. Yaylaqda havalar soyumağa başlamışdı. Bir gün bizə qonaq gələn çoban Qələndər dedi:
-Həəə, havalar soyuyur yavaş-yavaş. Quyruq ki, doğdu, yaylaqda, elə aranda da hava sınar, istilər səngiyər...
Çoban gedən kimi Məhsəti yaxamdan yapışdı ki, bəs “quyruq doğdu” nə deməkdir?
Mən nə qədər çalışsam da, onu başa sala bilmədim. Sonra onu dürüst bilgiləndirmək üçün meşəyə yollandım.
Palıd ağacının yarpaqları üzərində qoyun quyruğuna oxşayan, ağ-çəhrayı rəngə çalan qovucuqları qırıb alaçığa döndüm. Sonra Məhsətini yanıma çağırıb dedim:
-Quzum, bax, avqustun əvvəllərində palıd yarpağı üzərində qoyun quyruğuna bənzəyən belə şeylər əmələ gəlir. Bir də səmada bu vaxtlar quyruqlu ulduz görünür. Buna görə “quyruq doğdu” deyirlər. Bir də deyirlər ki, bu günlərdə havalar soyumağa başladığı üçün, dağ yerində quyruq yağı donur. Ona görə bəzi yerlərdə buna “quyruq dondu” deyirlər.
Məhsəti üstü “quyruqlu” palıd yarpaqlarına baxa-baxa dedi:
-Ata, day bəsdi yaylaxda qaldıx, gedək arana, evimizə.
Mən təəccüblə soruşdum:
-Niyə mənim balam, axı aran hələ istidir?
O, başını bulayıb dedi:
-Yox, ata, gedək. Qoyunlarımızın quyruğu donar axı...
- İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət etdi
12 noyabr 2025 14:13
- Kürdəmir və Nəsimiyə yeni icra başçısı təyin edildi
12 noyabr 2025 13:19
- Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq
10 noyabr 2025 19:54
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 2025 00:30
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
8 noyabr 2025 14:29
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
8 noyabr 2025 00:37
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
7 noyabr 2025 16:07
- Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi
13 noyabr 00:46
- Rusiyada gənc buryatlar kütləvi şəkildə qırğına göndərilir
13 noyabr 00:18
- Bəzi məmurlar ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
12 noyabr 21:33
- İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət etdi
12 noyabr 14:13
- Kürdəmir və Nəsimiyə yeni icra başçısı təyin edildi
12 noyabr 13:19
- Prezident Konstitusiya Günü ilə bağlı paylaşım etdi - FOTO
12 noyabr 11:08
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 10:36
- Qəzaya uğrayan təyyarədə olanlar - SİYAHI
12 noyabr 01:21
- Ədalət Tahirzadənin Fazil Mustafaya CAVABI: Bu gün AĞIZLAŞMAĞIMIZIN...
11 noyabr 22:42
- Bakıda ADI gecə klubu, hamam, ÖZÜ POZĞUNXANA - VİDEO
11 noyabr 21:05
- Zakir Qaralova məxsus şirkətlərin vergi borcu - 5 MİLYON
11 noyabr 20:48
- İlham Əliyev Türkiyə Prezidentinə zəng etdi (YENİLƏNİB)
11 noyabr 20:37
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 11:04
- Ramiz Mehdiyevin Memarlıq İttifaqını ələ keçirməsinin tarixçəsi - Məşhur memar sirləri açdı
11 noyabr 09:26
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 00:21
- Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq
10 noyabr 19:54
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 13:11
- Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
10 noyabr 11:43
- 1870 METR məsafədə düşmən hədəfini məhv edən ƏSGƏRİMİZ (VİDEO)
10 noyabr 11:24
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 11:18
- Mustafa Kamal Atatürkün anım günüdür
10 noyabr 11:01
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 00:29
- İran Tehranda yeni HEYKƏL QOYDU: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru
09 noyabr 21:57
- Çoxlu kök şirəsindən zəhərlənərək öldü
09 noyabr 21:28
- 15 yaşadək yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə - AVROPADA
09 noyabr 19:53
- Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
09 noyabr 18:23
- 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... (VİDEO)
09 noyabr 17:26
- İlham Əliyevdən Dövlət Bayrağı Günü münasibətilə paylaşım
09 noyabr 17:14
- Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - təfərrüat
09 noyabr 00:57
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
08 noyabr 21:33
