AZAD QARADƏRƏLİ QUYRUQ DOĞDU
AZAD QARADƏRƏLİ
QUYRUQ DOĞDU,
yaxud quyruq dondu deyimlərinə bir ötəri baxış
Kamran Məhərrəmliyə
Bu barədə, bir neçə dəfə yazmışam, radioda dönə-dönə veriliş hazırlamışam deyə, çalışacağam ki, məsələni qısa kəsim.
Radioda yeni işləyən vaxtlarım idi. Baş redaktorumuz Eldar Baxış xəstələnmiş, xəstəxanaya düşmüş, sonra da o məşum zəhərlənmədən vəfat etmişdi. Bir növ başsız qalmışdıq. Müvəqqəti də olsa, baş redaktorun vəzifəsini müavin Qaçay Köçərli icra edirdi.
Bir gün Qaçay müəllim bizi toplayıb bir neçə məsələdən danışdı, sonra elan etdi ki, bəs, indiyə qədər səhv yazmışıq, “quyruq doğdu” deyil, “quyruq dondu” olmalıdır və bu barədə fikri qətidir. Qarşıdan quyruq doğan günlər gəlirdi və tapşırdı ki, uşaqlara bu barədə səhih məlumat verin.
Hamı mənə baxdı. Yəni, sən nə düşünürsən?
Qaydaya görə, baş redaktorun vəzifəsini icra edənin dediyini müzakirə etmirlər. (Yəni bizim ölkədə belə bir xəstəlik hökm sürüb, sürür və sürməkdədir: rəhbər desə ki, qatıq qaradır, sən denən lap zil qaradır. Türkiyə türkləri demişkən, malesef, bu yolxucu xəstəlik karona virusdan da qorxuludur və elə onun kimi yayğındır.)
Mən isə bildirdim ki, “quyruq doğdu” bir xalq sözüdür və min illərdir ki, bütün türk xalqlarında bu gələnək var. “Quyruq doğdu” adi deyim deyil, bir astronomik vahiddir: quyruq doğanda, yəni avqustun 6-da yay yarı olur. İlk balı onda süzürlər, küləşi tarladan yığışdırır, yay şumu aparırlar. Axar sular sərinləyir, gecələr otların üzərinə şeh düşür. Quzuları qırxar, yaylaqdan bir az aşağılara enmək hazırlığı aparılır. Deyilənə görə, quyruq doğandan sonra dəvələr yaylaqda üzü arana yatarlar... O ki qaldı “quyruq dondu” deyiminə, bu, sadəcə, onun izahlarından biri ola bilər və s... Hə, bir də Firidun bəy Köçərli, Həsən Bəy Zərdabi kimi mütəfəkkirlərimiz “Quyruq doğdu” yazıblar, elə bilirəm ki, biz də bu cür yazmalıyıq...
Müzakirə böyük mübahisəyə səbəb oldu, sonra da az qala qanqaraçılığına dönəcəkdi...
Allah Qaçay müəllimə rəhmət etsin. Özünəməxsus şeirlər yazardı, baxmayaraq ki, şeir estetikası baxımından baxışlarımızda fərqlər vardı, amma kişinin də klassik üslubu və müəyyən dairədə oxucuları mövcud idi. Və o romantika dolu 90-lardan gəlmə bir yaxşı adət vardı ki, yeni sözlər yaratmaq, əcaib söz və ifadələrdən qurtulmaq, rus və ərəb dillərindən gəlmə bir çox ağır ifadələrə əlvida demək kimi mətləblər də daxil, hər deyimə şübhə ilə baxır, yenisini yaratmağa cəhd edirdilər. Bunlar yaxşı hal olsa da, bəzən aşırı romantika üzündən səhvlərə də aparıb çıxarırdı...
(Açığı, o inqilabi-romantika dolu günlərin xiffətini hərdən çəkirəm. Nə olaydı, bir gün hamımızı yığıb deyəydilər ki, milli soyadlarımızı bərpa edirik, sabahdan hamı –ov, -yev şəkilçisi əvəzinə -lı,-li,-lu, -lü soyadına keçir! Və bir də deyəydilər ki, sabahdan dilimiz Azərbaycan türk dili adlandırılır! Və bir də...)
Bir neçə gün sonra mənim uşaqlar üçün yazdığım bir neçə kiçik hekayəni rəhmətlik Əhəd Muxtar “Şəhriyar” qəzetində çap etmiş, mənə də bir nüsxə qəzet və müəyyən miqdarda qonarar da gətirmişdi. O, qəzetdən birini də Qaçay müəllimə verib getdi. Kişi qəzeti vərəqlədi və mənim uşaqlar üçün yazdığım “Məhsətinin nağılları” silsiləsindən hekayələri, o cümlədən “Quyruq doğdu” hekayəmi oxudu, bir siqaret yandırdı, bir qədər dəhlizdə gəzişdikdən sonra içəri girib əlini mənə uzatdı, dedi:
-Sən haqlısan. “Quyruq doğdu” olmalıdır. Bu hekayəni “Günlərin bir günü” verilişinə salacam...
(“Günlərin bir günü” uşaqlar üçün ədəbiyyat proqramı idi və Qaçay müəllim yazır, o vaxt balaca uşaq olan Bəxtiyar Səxavətoğlu – mərhum müğənni Səxavətin oğlu - aktyorlardan biri ilə aparırdı.)
İçimdə bir fərəh vardı. Ona görə yox ki, məndən yaşlı adamı fikrindən döndərə bilmişdim, ona görə ki, qatığın qara olmadığını vəzifəli adama və onun tabeliyindəkilərə inandıra bilmişdim...
O ki qaldı o hekayəyə...
O uşaq hekayəsi budur...
QUYRUQ DOĞDU
(“Məhsətinin nağılları” silsiləsindən)
Avqustun əvvəlləri idi. Yaylaqda havalar soyumağa başlamışdı. Bir gün bizə qonaq gələn çoban Qələndər dedi:
-Həəə, havalar soyuyur yavaş-yavaş. Quyruq ki, doğdu, yaylaqda, elə aranda da hava sınar, istilər səngiyər...
Çoban gedən kimi Məhsəti yaxamdan yapışdı ki, bəs “quyruq doğdu” nə deməkdir?
Mən nə qədər çalışsam da, onu başa sala bilmədim. Sonra onu dürüst bilgiləndirmək üçün meşəyə yollandım.
Palıd ağacının yarpaqları üzərində qoyun quyruğuna oxşayan, ağ-çəhrayı rəngə çalan qovucuqları qırıb alaçığa döndüm. Sonra Məhsətini yanıma çağırıb dedim:
-Quzum, bax, avqustun əvvəllərində palıd yarpağı üzərində qoyun quyruğuna bənzəyən belə şeylər əmələ gəlir. Bir də səmada bu vaxtlar quyruqlu ulduz görünür. Buna görə “quyruq doğdu” deyirlər. Bir də deyirlər ki, bu günlərdə havalar soyumağa başladığı üçün, dağ yerində quyruq yağı donur. Ona görə bəzi yerlərdə buna “quyruq dondu” deyirlər.
Məhsəti üstü “quyruqlu” palıd yarpaqlarına baxa-baxa dedi:
-Ata, day bəsdi yaylaxda qaldıx, gedək arana, evimizə.
Mən təəccüblə soruşdum:
-Niyə mənim balam, axı aran hələ istidir?
O, başını bulayıb dedi:
-Yox, ata, gedək. Qoyunlarımızın quyruğu donar axı...
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 2026 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
