Leninlə qatarda yol gedən rəssam - SSRİ-də kef məclisləri təşkil edən...
O, müsahibələrinin birində olduqca maraqlı bir açıqlama verib:
“Mən 1931-ci ildə anadan olmuşam. Amma bu tarixə baxmayaraq mənə Leninlə birlikdə bir neçə gün qatarda yol getmək qismət olub. Bəli, biz uzun bir məsafəni bir kupedə qət etmişik. Atamla anam kupedəki yuxarı yataqlarda, Leninlə mən aşağı yataqlarda yatırdıq...”
Həqiqətən də Feliks-Lev Zbariskinin həyatında belə bir hadisə baş verib. Ancaq o, diri Leninlə deyil, onun balzamlaşdırılmış nəşi ilə birlikdə Moskvadan Tümenə qədər uzun bir məsafə qət edib.
Feliks-Lev Zbariski 1931-ci ildə Moskvada anadan olub. Atası Boris Zbarski SSRİ-də biokimya sahəsi üzrə ən tanınmış mütəxəssislərdən biri sayılıb. O, Lenininin nəşini balzamlaşdıran alimlərdən biri olub, sonralar Lenin mavzoleyinin nəzdində fəaliyyət göstərən laboratoriyaya rəhbərlik edib. Boris Zbarski oğluna rəsmi olaraq iki ad verib, Lev və Feliks. Hər ikisi onun böyük ehtiram göstərdiyi şəxslər olublar - məşhur kimyaçı Lev Karpov və tanınmış inqilabçı Feliks Dzerjinski.
Valideynləri Feliks-Lev Zbarskini gələcəkdə kimyaçı kimi görmək istəsələr də, o, orta təhsilini başa vurduqdan sonra öz istəyinin arxasınca gedərək Moskva Poliqrafiya İnstitutuna qəbul olunub. Zbarski uşaqlıqdan rəssamlığa meyl göstərib və hələ məktəb illərindən öz əl işləri ilə fərqlənib.
Sovet-alman müharibəsi illərində Zbarski orta təhsilini 4 il Tümendə alıb. Belə ki, Leninin nəşini Tümenə təxliyə edəndə onun saxlanılmasına cavabdehlik Zbarskinin atasına həvalə edilib. Beləliklə də ailə Tümenə köçüb.
Zbarski Moskvaya 1945-ci ildə qayıdıb və yuxarıda qeyd etdiyimiz kimi, Moskva Poliqrafiya İnstitutunda ali təhsil alıb. İnstitut illərində heç də nümunəvi tələbə kimi tanınmayan Zbarskiyə diplom veriləndə onun haqqındakı xasiyyətnamədə aşağıdakı ifadələr öz əksini tapıb:
“...Feliks-Lev Zbarski institutun ictimai tədbirlərində iştirak etsə də, o, komsomol və həmkarlar təşkilatları tərəfindən aldığı tapşırıqları heç vaxt həvəslə yerinə yetirməyib və bu işlərə məsuliyyətsizliklə yanaşıb. Məhz elə bu baxımdan Zbarski nümunəvi tələbə kimi tanınmayıb...”
Sözsüz ki, sovet dövründə bu cür xasiyyətnamədə Zbarskinin gələcək karyerası üçün böyük problemlər yaradıb. Elə bəlkə də buna görə atasının geniş ətrafı olduğu halda Zbarski dövlət qurumlarında yüksək vəzifə dalınca getməyib. Amma o, öz sahəsində qısa bir müddətdən sonra ən tələbatlı mütəxəssislərdən biri olub.
Zbarski dövlət nəşriyyatları tərəfindən ən böyük tirajlı kitablara rəssam kimi dəvət olunub. Eyni zamanda mövcud dövrdə çəkilən ən populyar cizgi filmlərində rəssam işi də ona həvalə edilib. Bütün bunlarla yanaşı o, kağız üzərində əks olunmayan əlavə işlər də götürüb ki, bu da rəssamın maddi vəziyyətini daha da zənginləşdirib.
Zbarski Moskvanın mərkəzində iki mənzilə və böyük bir emalatxanaya sahib olub. O, emalatxanada tez-tez əyləncə gecələri təşkil edib. Bu gecələrdə rəssamın emalatxanasında Moskvanın ən tanınmış xanımları qonaq olublar. Zbarskinin sevgi romanları bir-birini əvəz edib. Nəhayət, belə gecələrin birində Zbarski məşhur model, SSRİ-nin Sofi Loreni titulunu qazanan Regina Kolesnikova ilə tanış olub və onlar tanışlıqdan bir müddət sonra ailə həyatı qurublar.
Cütlük kənardan xoşbəxt görünsə də, onların ailə həyatı uzun sürməyib. Regina ailənin dağılmaması üçün çox çalışıb, hətta işindən də ayrılıb. Zbarski isə öz qadın əyləncələrini davam etdirib, həyat yoldaşına isə dünyaya uşaq gətirməyi qadağan edib. Bu cür münasibətlər nikahın rəsmi pozulması ilə nəticələnib. Boşandıqdan sonra dərin depressiyaya düşən Reginanın vəziyyəti o dərəcəyə çatıb ki, onu psixiatriya xəstəxanasına yerləşdiriblər. Bir müddət müalicə aldıqdan sonra o, yenidən özünü toplayaraq model kimi fəaliyyətini davam etdirib. Regina haqqında Moskvada söz-söhbətlər dolaşıb, onun Mərkəzi Komitənin yüksək ranqlı əməkdaşı ilə sevgi macərası yaşadığı, DTK-ya işlədiyi kimi fikirlər eşidilib. Zbarski bütün bunlara heç bir reaksiya verməyib. Həmin vaxt Zbarski tanınmış aktrisa Lyudmila Maksakova ilə toylarına hazırlaşıb.
İkinci nikah da Zbarsikini xoşbəxt edə bilməyib. Əslində, rəssam xoşbəxt ola bilməməyinin səbəbini qadınlarda deyil, yaşadığı sovet cəmiyyətində görüb. Kifayət qədər imkanları, mənzilləri, şəxsi avtomobili, nüfuzu olsa da Zbarski SSRİ-də hər şeyi və hər yeri boz rəngdə görüb. O, bu sıxıntılardan, uyğunlaşa bilmədiyi boz rəngdən qurtulmaq üçün Moskvanı birdəfəlik tərk etmək qərarını verib.
Zbarski 1972-ci ildə heç kimə heç nə demədən, hətta ailə üzvlərini və yaxınlarını xəbərdar etmədən İsrailə gedib. Ezamiyyət adı ilə gedən rəssam düz altı il bu ölkədə yaşayıb, sonra isə o, Amerikaya köçüb. Həm İsraildə, həm də Amerikada yaşadığı illərdə onun doğmaları ilə heç bir əlaqəsi olmayıb.
Amerika həyatı Zbarski üçün çox da ürəkaçan olmayıb və rəssamın həyat tərzini tamamilə dəyişib. Moskvada səsli-küylü gecələrdən zövq alan Zbarski Nyu-Yorkda özünə qapanıb, hər adamla ünsiyyətə girə bilməyib. Zbarski Amerikada SSRİ-dəki kimi tələbatlı rəssam sayılmayıb. O, kiçik şirkətlərdə dizayner məsləhətçisi kimi işləyib.
Ömrünün son illərini tənhanılıqda keçirən Zbarski 2016-cı ildə xərçəng xəstəliyindən vəfat edib. Rəssam SSRİ-də və Amerikada yaşadığı illəri rənglərlə xarakterizə edib:
“Kommunistlər ölkəsinin rəngi bir neçə sutka yol getdiyim Leninin rəngi kimi boz rəngdə idi. Amerikada isə rənglər biri-birinə o qədər qarşışıb ki, ən peşəkar rəssam belə bu rəngləri ayırmaqda aciz qalır...”
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 2024 21:40
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 2024 16:19
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33