Sərsəri erməni deyir ki, Bakı yox, Bakuraşen, bu bizim erməni şəhəridir
Ermənistanda Avropa İttifaqının sərhəd müşahidəçilərinin guya Zəngəzur, Basarkeçər və Dərəyələyəzdə əvvəllər azərbaycanlıların yaşadıqları evləri nömrələdikləri barədə iddialar yayılıb
Bütün diplomatik cəbhələrdə uduzan Ermənistan indi də yeni “günahkar” tapıb. Bir müddətdir ki, İrəvan rəhbərliyi və erməni siyasi dairələri Avropa İttifaqının sərhəd missiyasını hədəfə alıəblar. İddia olunur ki, guya missiya Azərbaycanın xeyrinə işləyir, Bakıya məlumatlar ötürür. Ermənilər onu unudurlar ki, Bakı bu missiyanın gəlməsinə qarşı olub.
İndi də Ermənistanda Avropa İttifaqının sərhəd müşahidəçilərinin guya Zəngəzur (Sünik), Basarkeçər (Vardenis) və Dərəyələyəzdə (Cermux) əvvəllər azərbaycanlıların yaşadıqları evləri nömrələdikləri, erməniləri bu barədə sorğu-sual tutduqları barədə iddialar yayılıb. Aravot.am saytı isə bununla bağlı “araşdırma” aparıb, sakinlərlə görüşüb.
Vaqatin kənd sakini, müəllim Karine Martirosyan deyib ki, “Avropa İttifaqının müşahidəçiləri casusdurlar”. “Müəyyən rəylər toplayırlar, sərhəddə nəsə qeydlər aparırlar və hamısını Azərbaycana göndərirlər” deyə, o bildirib.
Tiqran Abramyan isə bildirib ki, Aİ müşahidəçilərinin nəinki hərəkətlərinə, hətta gördükləri və çəkdikləri şəkillərə də tam nəzarət etmək mümkün deyil. “İstənilən halda, məlumatların üçüncü ölkələrin əlinə keçmədiyinə təminat yoxdur”.
Nairi Ohikyanın sözlərinə görə isə Aİ-nin müşahidəçiləri tərəfindən toplanan məlumatlar Azərbaycanın “Layiqli qayıdış” adlanan proqramının həyata keçirilməsinə yönəlib. Bu proqram isə Azərbaycanın 1990-cı illərdə minlərlə azərbaycanlının bu kəndlərə qayıtmasını hədəfləyir.
Vaqatin icmasının sakini Artem Hambardzumyan isə ermənilərin əslində xəstə fantaziyasını təsdiq edən fikirlər səsləndirib: “Biz nahaq azərbaycanlılara buralarda yaşamağa icazə verdik ki, bu gün onlarda evləri olduğunu iddia etsinlər. Eynilə Bakı da ermənilərlə dolu idi. Bakı yox, Bakuraşen, bu bizim erməni şəhəridir. Bu gün isə məsələn, bizim Vaqatin kəndi haqqında deyirlər ki, bu, Vəhudidir və burada azərbaycanlılar yaşayıb”.
Nairi Ohikyanın sözlərinə görə, Zəngəzurda Böyük Britaniyanın maraqları Azərbaycanla üst-üstə düşür: “Sünik(Zəngəzur-red) molibden ehtiyatlarına görə dünyanın ən zəngin rayonlarından biri hesab olunur. Böyük Britaniya mədənlərlə maraqlanır, istəyirlər ki, Azərbaycanla birgə sərbəst şəkildə faydalı qazantılardan istifadə etsinlər”.
Sayt Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorinə iddialarla bağlı yazılı sorğu göndərib.
Sorğuya Aİ-dən belə cavab verilib: “Biz belə iddialar haqda məlumatlyıq, lakin onlar tamamilə əsassızdır. Aİ-nin müşahidə missiyasının mandatını Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədini əhatə edir. Müvəqqəti patrullar vasitəsilə toplanmış məlumatlar münaqişənin təsir etdiyi ərazilərdə insanların təhlükəsizliyinə töhfə verir. Aİ monitorinq missiyası Aİ Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomatuya hesabat verir. Ona Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahı kömək edir və qərargah vasitəsilə məlumatlar Aİ üzvü olan dövlətlərə göndərilir”.
Göründüyü kimi, ermənilər bir vaxtlar bu ərazilərdə yaşamış azərbaycanlıların qayıda bilməsi planlarından narahatdırlar.
Orxan ƏLİYEV,
Musavat.com
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31