- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
Goranboyda məmur iş otağında niyə öldürüldü? - ŞOK
Kənd Təsərrüfatı Nazirliynin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsində baş mühasib işləmiş, 1992-ci il təvəllüdlü Mirhadi Bağırov həmin şöbənin direktoru, 1964-cü il təvəllüdlü Ziyad Əhmədovu qətlə yetirib.
Hadisə 2021-ci il, oktyabrın 8-də Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş verib.
Həmin mərkəzin direktoru Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İstintaq orqanı tərəfindən Mirhadinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Cavab gəlmədi, nazirliyə müraciət etdim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirhadi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisadi Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə ali təhsil alıb: "Ali təhsilimi başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollandım. 2020-ci ilin dekabrında Kənd Təsərrüfatı Nazirliynin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsində mühasib vəzifəsinin vakant olduğunu öyrəndim.
Həmin vaxt şöbənin direktoru Ziyad qəbuluna getdim və vakant olan mühasib vəzifəsində çalışmaq istəyimi bildirdim. Qəbul zamanı Ziyad məndən sənədlərimi təqdim etməyimi, vəzifəyə uyğun sayılacağım təqdirdə mənimlə əlaqə saxlayacağını bildirdi. Ona görə də tələb olunan sənədləri topladım və Ziyada təqdim etdim.
Lakin bir neçə gün keçməyimə baxmayaraq Ziyaddan mənfi və ya müsbət heç bir xəbər ala bilmədim. Ona görə elektron qaydada Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdim.
"İçimdə ona nifrət vardı”
Mirhadinin sözlərinə görə, bir neçə gün sonra nazirlikdən ona zəng ediblər və müsahibəyə dəvət ediblər:
"Dəqiq xatırlamadığım tarixdə Kənd Təsərrüfatı Nazirliyinə gedərək müsahibədə iştirak etdim və Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin mühasibi vəzifəsinə təyin olundum. 2021-ci ilin yanvarın 10-da mərkəzin Goranboy rayon şöbəsində işə başladım.
Bilmədiyim səbəbdən işə başladığım vaxtdan direktor Ziyadla münasibətlərimiz pisləşdi. O, hər gün mənə irad bildirirdi. İradlar bəzən haqlı, bəzən haqsız olurdu. Bu səbəbdən cox əsəbiləşirdim. Hər iş günü stresli keçirirdim.
Xidməti iş otağımdan dəhlizə çıxanda belə Ziyad mənə irad tuturdu. Haqsız irad olanda ona cavab qaytarırdım. Buna görə də aramızda mübahisə baş verirdi.
Xasiyyətcə özümə qapalı olduğum üçün Ziyadın mənə qarşı olan münasibəti barədə heç kimə danışa bilməmişəm. Lakin içimdə Ziyada qarşı nifrət yaranmışdı”.
"Yalan danışdığımı dedi”
Mirhadinin dediyinə görə, bir neçə dəfə saat 18-də, yəni iş vaxtı bitdiyi zaman evə gedib, amma Ziyad zəng edərək onu geri, işə çağırıb: "Dəfələrlə sənədlərdə olan texniki səhvlərə görə aramızda mübahisə olub.
Hadisə günü, yəni oktyabrın 8-də, səhər saat 9 radələrində işə gəldim. Xidməti otağımda öz işimi gördüm. Saat təxminən 10.30-da Ziyad daxili telefonla zəng etdi, məni otağına çağırdı. Şöbənin işçilərinin əmək haqqları, ezamiyyət pulları, mükafatlandırılma vəsaitləri "Kapital Banka”a məxsus "Müştəri Bank” internet saytı vasitəsi ilə həyata keçirdim. Həmin internet saytında həm mənim, həmdə Ziyadın adına profil olub. Hər iki profili mühasib olaraq məni idarə etmişəm.
Ziyadın xidməti otağına getdim. O, xidməti kompüterində bankın internet saytını açdı, mənim bilmədiyim bölməyə daxil olmağa çalışdı. Məndən "Muştəri Bank”a məxsus istifadəçi adı və şifrəni tələb etdi. İzah etdim ki, "Müştəri Bank”a məxsus istifadəçi adı və şifrə ilə başqa bölməyə daxil olmaq mümkün deyil. Lakin Ziyad deyinərək dedi ki, sən dediyimi elə, şifrəni ver.
Ziyada "Müştəri Bank”da olan hesabının istifadəçi adı və şifrəsini verdim. O, həmin məlumatları internet saytında müvafiq bölməyə daxil etdi. Lakin həmin bolməyə girə bilmədi. Buna görə yenə deyinməyə başladı. Mənim yalan danışmağıma dair fikirlər səsləndirdi.
Mən də bu əsassız ittihamlara əsəbləşdim, onun otağından çıxaraq getdim. Ona görə əsəbləşdim ki, əvvəlcədən Ziyada "Müştəri Bank”ın istifadəçi adı və şifrəsi ilə internet saytında başqa bölməyə daxil ola bilməyəcəyini izah etmişdim. Lakin Ziyad mənə əsassız yerə etibarsızlıq göstərdi”.
"Məni gözlədiyini bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə dəqiqə sonra Ziyad daxili telefonla zəng edib və yenidən onu öz yanına çağırıb: "Mobil telefonunumy da gətirməyimi tələb etdi. Telefonunumu da götürərək onun otağına getdim. Ziyad mənə yalan danışdığımı bildirdi, "Müştəri Bank”da öz adına olan hesabın istifadəçi adı və şifrəsini mobil telefonunda açaraq göstərməyimi tələb etdi.
Telefonumda olan tətbiqə girdim və Ziyadın adına olan hesabın istifadəçi adı və şifrəsini göstərdim. Ziyad həmin istifadəçi adı və şifrə ilə yenidən hansısa bilmədiyim yerə daxil olmağa çalışdı. Cəhdi yenə uğursuz oldu.
Ziyad bir daha mənim yalan danışmağıma dair sözlər dedi. Mən də əsəbiləşdim, onunla mübahisə etdim. Sonra otaqdan əsəbi halda çıxaraq öz otağıma getdim.
Təxminən 30 dəqiqə xidməti otağımda oturaraq sakitləşməyə çalışdım. Amma işdə oturduqca daha çox əsəbiləşdiyim üçün yaşadığım evə getdim. Evdə olarkən atam Şahid zəng etdi. Dedi ki, sən orda nə işnən məşğulsan, müdirin zəng edib, səndən şikayət edir, niyə sözə baxmırsan?..
Atama evdə olduğumu dedim. O da mənə dərhal işə getməyimi, Ziyatdın məni gözlədiyini bildirdi”.
"Mənim qeyrətsiz olduğumu bildirdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ziyadın aralarında olan söz-söhbəti atasına deməsinə daha çox əsəbiləşib: "Evdən çıxıb işə doğru getməyə başladım. Goranboy şəhərində yerləşən "Gülüstan market”in yanından keçərkən qəfil ağlıma bıçaq almaq düşdü. Mağazaya girdim, bir mətbəx bıçağı aldım. Bundan sonra işə getdim.
Birbaşa Ziyadın otağına qalxdım. Ziyada dedim ki, atama niyə zəng eləmisən, nə sözün var, mənə denən. Əsəbi olduğumu görən Ziyad daha da gərginlik yaratdı. Yenə də mənə əsassız iradlar bildirməyə başladı.
Söhbət əsnasında Ziyad məni təhqir etdi, atamın qeyrətli kişi olduğunu, mənim isə qeyrətsiz olduğumu bildirdi. Onu qorxutmaq üçün cibimə qoyduğum bıçağı çıxardım və Ziyadın üzərinə getdim. Niyyətim Ziyadı qorxutmaq olub. Onu bıçaqla vurmaq istəməmişəm.
Ziyad bıçağı tutaraq əlimdən almaq istədi. Əlbəyaxa olduq, onun əlindən çıxaraq qaçmaq istədim. Birtəhər Ziyadın əlindən çıxdım və otağı tərk etdim. İnzibati binadan çıxaraq Goranboy rayon polis şöbəsinə getdim. Polis şöbəsində Ziyadın öldüyünü öyrəndim. Bu zaman sarsıntı keçirtdiyim üçün polis şöbəsinin əməkdaşları təcili tibbi yardım çağırdılar”.
"Niyyətim öldürmək olmayıb”
Təqsirləndirilən şəxs qeyd edib ki, onun niyyəti Ziyadı öldürmək olmayıb: "Sadəcə bıçaqla onu qorxutmaq istəmişəm. Lakin Ziyadın bıçağı tutaraq əlindən almağa çalışdığı üçün ehtiyatsızlıqdan bıçaqla ona xəsarət yetirmişəm.
Hadisə zamanı həyəcanlı olduğum üçün rayon prokurorluğuna verdiyim ilkin ifadəmdə Ziyadın qarın nahiyəsinə zərbə endirdiyimi bildirmişəm. Ziyada qəsdən heç bir zərbə endirməmişəm. Sadəcə olaraq bıçağı cibimdən çıxardaraq onu qorxutmaq istəmişəm.
Hadisə Ziyadın xidməti iş otağında baş verib. Həmin vaxt yanmızda başqa heç kim olmayıb. Ziyadın otağından əlimdə bıçaqla çıxanda qəbul otağında oturan katibə Ülviyyə məni görüb”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mirhadi 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
Oxşar xəbərlər
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
Xəbər lenti
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
Video & Fotoqalereya
Video
Fotoqalereya