- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
Prezident olmağa hazırlaşarkən dustaq olan Gülnarə Kərimova...
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun (1990-2016) qızı Gülnarə Kərimova yenidən mediasın gündəmindədir. Bu günlərdə Britaniya dövləti onun 20 milyon funt-sterlinq dəyərində 3 daşınmaz əmlakını müsadirə edib.
Hələ atasının sağlığında dövranı dönən Gülnarənin xarici ölkələrdə müsadirə olunan əmlaklarının sayı bitib-tükənmir. Bu barədə vaxtaşırı xəbərlər gəlir.
Siyasi varis ikən ev dustağı edilmək...
15 il öncə o, ölkə prezidenti olan atasının mümkün siyasi varisi hesab olunurdu. Oğul övladı olmayan İslam Kərimov böyük qızı Gülnarəni yavaş-yavaş öz yerinə hazırlayırdı. 2008-ci ildə artıq ekspertlər və politoloqlar Kərimovun qadın varisinə Özbəkistanın gələcək prezidenti kimi baxırdılar. 2012-ci ildə Gülnarə “özünüzü potensial dövlət başçısı hesab edirsinizmi” sualına cavab verərkən özünü iddialı insan kimi gördüyünü demiş və əlavə etmişdi ki, “ambisiyaları və eyni zamanda bir qədər ağlı və istəyi olan hər kəs potensial dövlət başçısı ola bilər.
Ancaq 2013-cü ildən sonra Gülnarə atası ilə mübahisə edəndən, onunla kəskin münaqişəyə girəndən sonra o, ev dustağı edilib. İslam Kərimov da, Özbəkistanın siyasi elitası da əmin olub ki, bu qızdan Özbəkistana rəhbər olmayacaq.
Şübhəli diplomlar
G.Kərmova 1972-ci ildə Fərqanədə doğulub. 1994-cü ildə Daşkənd Dövlət Universitetinin fəlsəfə və iqtisadiyyat fakültəsini bitirib. Daha sonra Onun avtobioqrafiyasında bir çox başqa universitetlərdə (Moda Texnologiya İnstitutu, Nyu-York Dövlət Universiteti, Özbəkistan İqtisadiyyat İnstitutu, Harvard Universiteti) oxuması barədə sətirlər var, amma bunlar şübhəlidir. 2001-ci ildə isə o, Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində siyasi elmlər doktoru, 2009-cu ildə isə orada professor elmi adını alıb.
Yəni elə çıxır ki, atası prezident olduğu üçün bütün universitetlərin qapısı Gülnarə Kərimovanın üzünə açıq olub və o, dünənki tələbəykən çox sürətlə universitetin professoruna çevrilib. Ancaq Kərimovun ölümündən sonra Gülnarə Kərimovanın diplomlarının legitimliyi şübhə altına düşüb. Onun müxtəlif qitələrdə yerləşən Daşkənd Dövlət Universitetində və Nyu-York Dövlət Universitetində eyni vaxtda təhsil ala bilməsi də mümkün hesab edilmir.
Gənc yaşda böyük vəzifələr
Hələ 23 yaşı olanda Gülnarə Kərimova Özbəkistanın Xarici İşlər Nazirliyində nazir müşaviri vəzifəsində çalışmağa başlayıb. 31 yaşında Özbəkistanın Rusiyadakı səfirinin müşaviri işləyib. 2008-ci ilin fevralında o, Özbəkistan xarici işlər nazirinin müavini təyin edilib. 2008-ci ilin sentyabrında Kərimova Özbəkistan Respublikasının BMT və digər beynəlxalq təşkilatlar yanında Cenevrədəki daimi nümayəndəsi vəzifəsinə keçirilib. 2010-cu ilin yanvarında Kərimova Özbəkistanın İspaniyadakı səfiri təyin edilib. 2012-ci ilin iyul ayının əvvəlində Kərimova bu vəzifəni tərk edib və karyerasının tənəzzülü başlayıb.
Bununla belə, atasının hələ sağ və prezident olduğu 2013-cü ilə, ev distağı edilənə qədər Gülnarə Kərimova ictimai-siyasi planda çox fəal olub, saysız-hesabsız xeyriyyə tədbirləri, təhsilə, səhiyyəyə dair forumlar təşkil edib, proqramlar, layihələr həyata keçirib, dünyanın hər tərəfindən qonaqlar çağırıb. Bir sözlə, öz üzrətinə ölkənin birinci xanımı funksiyası götürüb.
Ququşun Ququşa davamçısı
O, hətta yaradıcılıqla da məşğul olmağa macal tapıb, Ququşa səhnə adı ilə müğənnilik də edib. Böyük ehtimalla o, “Ququşa” adını məşhur iranlı müğənni Ququşun səhnə təxəllüsündən təsirlənərək götürüb. Ququşa Monserrat Kabalye və Xulio İqlesias kimi məşhurlarla duetlər oxuyub, 2012-ci ildə ABŞ-da ingilisdilli albom buraxıb.
Müğənniliklə yanaşı o, mahnı sözləri də yazıb, bəstəkarlıq da edib. Ancaq bəlkə də Gülnarənin bəstəkarlığı da elə universitetlərdən hazır magistr diplomu alması kimi olub.
İndi o öz mahnılarını ümumi rejimli koloniyada özü kimi “dustaq bacılar” üçün oxuyur, ya da keçmiş şanlı günlərini xatırlaya-xatırlaya susur.
Gülnarənin karyerasını nə baltalayıb?
Onun torbasını hələ 2013-cü ilin ikinci yarısında titikiblər. Özbəkistanın xüsusi xidmət orqanları Kərimovanın siyasi ambisiyaları və Özbəkistana rəhbərlik etmək istəyi ilə bağlı 75 yaşlı prezident Kərimovu məlumatlandırıblar və ona varis haqqında kompromatlı maliyyə sübutları və müsəlman qadına yaraşmayan davranışı ilə bağlı faktlar olan tərtib edilmiş dosye təqdim ediblər.
“Müsəlman qadına yaraşmayan davranış” dedikdə, yəqin ki, biraya Gülnarənin intim həyatıyla bağlı detallar daxildir. Məsələn, 2009-cu ildə Madrid “Real”ın oyunçusu, 24 yaşlı Kriştianu Ronaldo böyük məbləğli qonorar müqabilində Özbəkistanda olanda bir sıra nəşrlər futbolçunun məhz Gülnarənin təşəbbüsü ilə ölkəyə gətirildiyini yazmışdılar. Onu ölkəyə gətirən "Özbəkistan Mədəniyyət və İncəsənət Forumu" fondunun prezidenti Gülnarə Kərmiova idi. Gülnarə və Kriştianunun birlikdə gecə keçirmələri haqqında xarici mediada da xəbərlər yayılmşdı.
İlk dəfə 1991-ci ildə, hələ 19 yaşındaykən Əfqanıstandan olan etnik özbəklə, ABŞ vətəndaşı Mansur Maksudi ilə ailə quran Gülnarə 10 ildən sonra ondan ayrılıb və boşanma prosesi beynəlxalq qalmaqala çevrilib. Amerika məhkəməsi Maksudinin uşaqlarına qəyyumluq verib və Gülnarənin uşaqlarını (oğlu İslamı və qızı İmanı) keçmiş ərinə qaytarmasına dair qətnamə çıxarıb. Buna cavab olaraq Özbəkistan hakimiyyəti Mənsuru dələduzluqda, vergidən yayınmada, xüsusilə külli miqdarda rüşvət almaqda, əmlak mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham edərək beynəlxalq axtarışa verib. Maksudi bütün vəzifələrindən və biznesindən məhrum edilib, ailəsi Özbəkistandan qovulub. 9 iyul 2008-ci ildə Nyu-Cersi ştatının məhkəməsi Kərimovaya iki uşaq üzərində tam hüququnun qaytarılması haqqında qərar çıxarıb.
Gülnarə hələ Maksudi ilə evli olarkən, 2000-ci ildə “Dado” qrupunun üzvü Rüstəm Madumarovla tanış olub və onunla eşq macərası yaşayıb. Boşanıb subay olandan sonra o, öz bildiyi kimi yaşamağa başlayıb və barəsində "Əlli eşli ayel" ("Əlli ərli arvad") başlıqlı yazılar da çıxıb.
Görünür, belə düzənsiz şəxsi həyatına və tamahkarlığına görə İslam Kərimov qızının ev dustağı edilməsini lazım bilib.
Müsadirə olunan milyonlar, əmlaklar
2014-cü il iyun ayında dünya mətbuatında Kərimovanın qohumlarından gələn zənglərə cavab vermədiyi və onun harada olmasının bilinmədiyi barədə məlumatlar yayılıb. Onun oğlu İslam anası ilə ünsiyyət qurmaq imkanından məhrum olaraq Özbəkistanın hakimiyyət orqanlarından onun sağ olduğuna dair sübut təqdim etməyi xahiş edib.
Atasının ölümündən sonra isə Gülnarə Kərimovanı əvvəlcə 5, sonra isə 10 il müddətinə azadlıqdan məhrum ediblər. Ona qarşı irəli sürülən ittihamlar əsasən özgənin əmlakını ələ keçirmə, mənimsəmə, xərac tələb etmə, ofşor hesablara 1,942 milyard dollar və 29,1 milyon avro pul köçürmə, sənəd saxtalaşdırma və gəlirləri leqallaşdırma kimi ittihamlardır. Axırıncı dəfə Daşkənd şəhər məhkəməsi Gülnarəni cinayətkar birlik yaratmaqda ittiham edərək 13 il müddətinə azadlıqdan məhrum edib.
Belə görünür ki, bu ittihamların çoxu əsassız deyil və onun həbsxanadan çıxamsı uzun çəkəcək.
Araz Altaylı, Musavat.com
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
2 may 2024 12:44
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
2 may 2024 10:47
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00