- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
- Şavkat Mirziyoyev Bakıya gəldi
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
Həkim ovu mövsümü...Qalib Şəfahət

Azərbaycan xalqına və prezidentinə
MÜRACİƏT
Niyə belə müraciət yazdım, çünki, xalq varsa, onun prezidentı seçilirsə, demək, bizim dövlətimiz var. Biz öz dövlətimizlə qürur duymalıyıq. Şəxsi ambisyalardan əl çəkməliyik. Hər birimiz öz işimizlə, əməlimizlə dövlətin xidmətində dayanmalıyıq. Üzdə özümüzü xidmətçi kimi göstərib öz çirkin məqsədlərimizə nail olmamalıyıq. Hər bir çirkin əməlimiz xalqımız, millətimiz üçün qara ləkədir. Axı bizim vətəndaşlıq borcumuz var, dövlətə sədaqətli olmalıyıq. Çünki bizim QARABAĞ boyda bir yaramız, dərdimiz var. Kiminsə mənfur əməlinə görə dövləti qınamamalıyıq. Bu dövlət kiminsə deyil, hamımızındır, elə bizimdir. Biz ona sahib durmalıyıq. Bəs bizim vətəndaşlıq mövqeyimiz harda qalıb? Bizim hikkəmizdən tökülən nifrət bir-birimizin üzərinə tökürüksə, valla düşmənə nifrət etməyə vaxtımız qalmayacaq, üzərinə nifrət yağdırmaq istəyndə nifrətimiz tükənmiş olacaq. Jan Pol Sartrın belə bir fkri var... Ziyalını ziyalı edən xüsusiyyət, yaşadığı dövrün gərçəklərinə və ziddiyyətlərinə qarşı ortaya qoyduğu mövqedir. Bizdə bu varmı, çox təssüf ki, yox! Hələ şəxsi ambisyalar dalınca qaçırıq. Mövqe davası qururuq. Bu bizim dünya görüşümüzün zəif olması deyilmi?Başıma gələn bir hadisə ilə əlaqdar içtimayyətə məlumat vermişdim.16.08.2015-ci ildə “Semaşko” xəstəxanasından ailəmlə gecə saat 24 radələrində evə qayıdarkən heç bir qanun pozüntusu olmayan halda, yol polisi tərəfindən saxlanıldım( qanunda yol-hərəkət qaydalarını pozmadıqda saxlanılması qanuna ziddir). Saxlanma səbəbi güyya mənim maşınımın həbsdə olması göstərildi. Tərtib olunan pratokolda kəmərdən istifadə etməməyim göstərilir. Mənə təzyiq göstərilərək pratokola imza atmağım tələb olundu, ANS, SPACE, ATV televiziya kanalları ilə hədələndim. Həkim müayinəsindən keçməyimi tələb etsəm də nail ola bilmədim. Mənim maşınım qanuna zidd olsa da ( yəni sürücü icazə verməsə maşını polisin idarə etməsi qeyri qanunidir, yəni əks təqdirdə evakatorla aparılmalıdır. Onların təlimatında belədir.) yol polisi tərəfindən idarə olunub cərimə meydançasına aparıldı.Səhərsi gün inspektor mayor Zeynal Seyidov hələ tanışlıqla 300 manat ona verməyim müqabilində(ödəniləcək cərimədə öz yerində) sürücülük vəsiqəmi qaytara bilər, yoxsa əks təqdirdə mənim işimin məhkəmə tərəfindən həll olunması daha çətin olacağını bildirdi. 152-1.1 maddədə cərimə 300 azn+5 bal və ya 6 aydan 1 ilə dək müddətə məhdudlaşdırma. Protokolda cüzi miqdarda göstərilib güyya spirtli içki. Bəs hansı şərtlə mənim sürücülük vəsiqəm məhkəmə vasitəsi ilə həll olunmalıdır. Cənab Seyidov nəyi əsas götürüb. Bu sualın cavabı varmı??Mən bu haqsızlıqla əlaqadar mətbuatla Azərbaycan Prezidentinə müraciət edim. Sonra Vaqif Əsədovun və Arzuman Arzumanlının məni hədələməsi barədə müraciət etmişdim. Baxılmdı! Nəticədə Vaqif Əsədov cinayət məcəlləsinin 147-1 maddəsi ilə Yasamal məhkəməsinə mənim barəmdə ittaham irəli sürüldü. əsas götürdüyü: ONLAR MƏNƏ HƏDƏ QORXU GƏLİRLƏR mənim yazdığım bu cümlə ilə güyya, cənab Əsədova böhtan atmışam. Bundan Əsədovun ürəyi soyumayıb Zeynal Seyidovun adından yeni ittaham irəli sürüldü . Əsas gətirdikləri: “cənab Zeynal müəllimin qəbuluna düşə bildim. Düzü, Zeynal müəllim məni gülərüzlə qarşıladı, təəccüb etdim ki, nə yaxşı? Əsas məsələyə keçdik. Zeynal müəllimin dərdi açıldı, başladı alverçi dilini işə salmağa... -Çətindi, amma düzələ də bilər. Ya bizə 300 manat verməlisən, 300 manat da banka ödəməlisən, ya da məhkəmə yolu ilə həll olunmalıdır. Sağ olsun məsləhət də verdi ki, polisdə məhkəmədən ucuz başa gələr. Budurmu Azərbaycan yol polisinin vəzifə borcu? “ Burda da güyya yoldaş Seyidova böhtan atmışam. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür, yazılıb. Belədirsə, bəs niyə məndən tələb olunurdu; “sübut elə”?” yəqin hühüqşünaslar da oxuyub fikrini deyər. Məni sentyabırdan- yanvara kimi Yasamal Məhkəməsinə süründürdülər. Mən həmişə məhkəməyə hərbi formada getsəm də, dəfələrlə hərbi qulluqçuyam desəm də, dekabırda dedilər ki, hərbi məhkəmə baxmalı imiş. Indi də hərbi məhkəməyə gedib gəlirəm. Bəs belə idisə niyə sürücülük vəsiqəmin məhdudlaşdırmasına Nəsimi Məhkəməsi baxdı? Hərbi məhkəmdə baxılması məqsədi ilə apellyasiya şikayəti etmək istəsəm də Nəsimi Məkkəməsi rədd etdi?
Bu haqsızlıqla əlaqədər Azərbaycan Prezidentinə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə, Birinci xanım Mehriban Əliyevaya məktubla, mətbuatla bir neçə dəfə müraciət etsəm də, bütün müraciətlərim cavabsız qalıb. Axrıncı müraciətim Prezident Adminstrasiyasından Ədliyyə Nazirliyinə gəldiyini onlar mənə bildirdilər. Dedilər düzgün ünvana gəlməyib, biz baxılmaq üçün DİN- nə göndərəcəyik, onlar məlumat verəcək. Bir aydır heç bir məlumat yoxdur. Bəs bu məmləkətin ədaləti hardadır. Azərbaycan prezidenti deyirdi: “Yaraşırmı inkişaf etmiş ölkədə belə haqsızlığa yol verilsin? Bir də mətbuat işçiləri ilə görüşündə Azərbaycan Prezidenti demişdir: ”Özbaşınalıqlar haqda məlumat verin, mən də xəbər tutum”. Mən məlumat vemişəm, bəs niyə məni bu qədər sixma-boğmaya salırlar? Məyər Azərbaycan Prezidentinin sözü Vaqif Əsədovun, Zeynal Seyidovun yanında keçərli deyilmi? Bildiyim qədər ölkə prezidentinin nəinki verdiyi fərmanları, sərəncamları; onun şifahi tapşırıqlarına da ölkədə hörmətlə yanaşılmalıdır. Vaqif Əsədov onda, yəni 18.08.2015-ci il mənimlə görüşəndə belə bir təklif irəli sürdü ki, mənim adımdan mətbuatda minnətdarlıq məktubu getsin və bir də Nazir Ramil Usübova minnətdarlıq məktubu yazılsın və o məktubun bir nüsxəsi Vaqif Əsədova verilsin. Sonra mənim sürücülük vəsiqəm qaytarılacaq. Mən humanistliyi sevdiyimə görə bu fikirlə razılaşdım Vaqif Əsədov dediyini qaralama kağzızda yazıb mətbuatda verdim. Əsədov zəng edib “kişisən, qardaşımsansa, dostumsansa o qaralamanı saxla”- dedi. Mən də söz verdim, saxlayacam. Bir dəfə məhkəmədə mənə dedi: o məktubu gətir, mənim dediyimlə qaralama ilə mətbuatda gedən eynidirsə mən səndən üzr istəyəcəm. Mən məktubu gətirdim, məktubu oxuyandan sonra aradan çıxdı, telefona da cavab vermədi. Sonrakı məhkəmədə boynuna almadı ki, belə bir şey olub. Vaqif Əsədov deyir: “Bu yuxarının sifarişıdir”( bilmirəm yuxarı deyəndə kimi nəzərdə tutur). Hətta mənimlə bərabər bir neçə jurnalistin məhkəmələrdə süründüyünü də deyirdi. Məqsəd mətbuatı susdurmaqdır. Hətta, deyirdi ki, mənə cinayət işi açdıracaq və hamıya elan edəcək ki, gördünüz, yol polisinə böhtan atanın aqibəti belə olur. Hörmətli Əsədov edə bilərsiniz divan var haqq yoxdu. Yəqinki haqq bir gün başını qaldıracaq və deyəcək: “Mən burdayam, İlahi”. Onda İlahinin cəzasından qurtula bilməyəcəksiniz. ANS, SPACE, ATV kanallarına müraciət edirəm. Sizin kanallarla Əsədov mənə hədə-qorxu gəlirdi. İstənilən vaxt bu hadisəni müzakirə etməyə hazıram. Kimin hansı sifətdə olması xalıqa bəlli olsun. Son vaxt belə hücüm var: “Şair ovu”, “Jurnalist ovu”, amma mənimki “həkim ovu” olacaq. Bəlkə bunların məqsədləri xalqı daha da narazı salmaqdır. Özləri bilərləkdən hakimiyyətlə xalq arasında uçrumu daha da dərinləşdirmək istəyirlər. Kim necə istəyir elə hərəkət edir. Bir vaxt Azərbaycanlı olmağımla fəxr edirdim, qürür duyurdum. Indi Azərbaycanlı olsam da Aəzrbaycanda haqq ədalət pozulur, haqqım tapdanır. Bəlkə də mən yəhudi, alman millətindən olsaydım belə haqsızlıqlarla rastlaşmazdım. Vətəndaş mövqeyim olardı. Öz yerimə tapardım və öz yerimi tutardım. Indi mənim yerimdə kimdir bilə bilmirəm, millətimi, xalqımı düşünə bilmirəm. Indi elə şərait yaradılıb ki, gözünü açıb kənara baxa bilmirsən. İnşallah, bizlər üçün də qapı açılar. Hələ də inamla yaşayıram.
NUH.az
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 2025 09:31
- Nazir vurma cədvəlini bilmədi
30 iyun 2025 08:55
- 20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
29 iyun 2025 11:01
- MONQOL OLMAQ İSTƏYİRƏM....- Bəsti İsmayıl
28 iyun 2025 10:53
- Putin Trampı təriflədi: “Kişi adamdır, çətin yol keçib, ona böyük hörmətim var
27 iyun 2025 22:50
- Buraxılış imtahanında dəhşət - 29 tələbə ayaqaltında qalıb öldü
26 iyun 2025 23:12
- Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı... - VİDEO
26 iyun 2025 21:49
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
02 iyul 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
02 iyul 10:46
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58