Qəbahətin böyükdür, Elmira Axundova ...
Hörmətli deputat Elmira Axundova ona məxsus 1.5 milyonluq villa ilə bağlı yayılan xəbərə belə münasibət bildirib: “Nə vaxtdan villa sahibi olmaq qəbahət sayılır..?”
Deputat sonra əlavə edib ki, məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi?
Bu məqamda yadıma məşhur türk şairi Nazim Hikmətlə bağlı maraqlı hadisə düşür.
...Həmişə kommunist ideallarından, qardaşlıqdan, bərabərlikdən danışan Nazim Hikməti həbs etməyə gələn jandarma şairi rahat-gözəl yataqda görüb eyhamla soruşur: “ Paşa nəvəsi, bərabərlikdən danışırsan...sənin firqədaşlarını həbsxanada bit-birə basıb yeyir...sən isə qu tükü kimi yumşaq yataqda dincəlirsən ”.
Şair çox dəqiq cavab verir ki, jandarm sağ olsun...mən zəngin yaşamağın bərabərliyindən danışıram..bit-birənin yox...
Hörmətli Elmira xanım! Biz də o düşüncədəyik ki, bərabərlik hamının fəqir, kasıb olması demək deyil. Bərabərlik deyəndə vətəndaşlara bərabər imkanların yaradılması nəzərdə tutulur.
Əlbəttə sizin, yaxud başqa bir şəxsin villa sahibi olmasında heç bir qəbahət yoxdur, əksinə sevindiricidir ki, vətəndaşlarımız gözəl villada yaşayırlar. Amma, burda bir ciddi məsələ var.
Bu villa hansı yolla əldə olunub..?
Bəlkə villanın sahibi qadın alveri ilə məşğuldur?
Bəlkə villanın sahibi narkotik avlerinə dəstək verir?
Bəlkə villa sahibi qaçaqmalçılqla, silah alveri ilə məşğuldur..?
Həm də söhbət təkcə sizin villanızdan getmir...
(Yeri gəlmişkən,”MTN işi” ilə bağlı məsələ bir daha milyonluq villaların hansı yolla əldə olunduğunu açıb göstərdi)
Mən qəti o düşüncədə deyiləm ki, kasıb varlının pulunu saymalıdır. Əsla. Başqasının pulunu saymaq qəbahətdir. Amma...
Varlı şəxs bu pulları oğurluq yolu ilə əldə edib, yoxsa halal, qanuni yolla qazanıb?
Bəzi gerizəkalılar deyir ki, bizim millət paxıldır, varlıları sevmir və s. Əsla belə deyil.
Hörmətli Elmira xanım! Siz deyirsiniz ki, həmin villanınn dəyəri 1.5 milyon deyil. Lap yaxşı. Fərz edək ki, 1 milyondur. Sizin aylıq qazancınız ən yüksək halda ayda 1500-2000 manat ola bilər. Əgər sadə bir arfimetik hesablama aparsaq, bəlli olar ki, siz 10 ildə ən çoxu 200 min manat pul qazana bilərsiniz. Hətta 20 ili hesablasaq da bu villanın dəyərini eləmir. Həm də biz nəzərə aldıq ki, siz 20 il müddətində nə yemisiniz, nə içmisiniz, hətta libas əvəzinə əncir yarpağından istifadə eləmisiniz. Amma yenə hesab düz gəlmir. Bax söhbət bundan gedir.
Bəlkə babanızdan xəzinə qalıb..?
Bəlkə xəzinə tapmısınız..?
Bunları cəmiyyətə açın deyin dəə...
Əgər son 10-15 ildə villanın dəyəri qədər qazancınız olubsa, dövlətə nə qədər vergi ödəmisiniz..?
Deməli, suallar çoxdur, qəbahətlə məsələ bitmir.
Siz deyirsiniz ki, çoxillik xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi?
Ahaa. Deməli söhbət qazanmaqdan deyil, hədiyyədən gedir. Deməli, sizə dəyəri azı 1 milyon olan villa bağışlanıb.
Mən sizin “çoxillik xidmətləriniz”in üzərində çox dayanmaq istəmirəm. Ancaq o “xidmət” nə olan şeydir, lütfən bir az açıqlayın. Kimə və nəyə qulluq eləmisiniz..?
1 milyonluq villa bağışlayan oğlan özü nəçidir..? Bəlkə nazirdir..?
Cəmiyyət yaxşı bilir ki, bu gün əsasən varlılarımız, vəzifə sahiblərimiz şou-biznes əhlinə ( əslində söhbətin nədən getdiyi hamıya məlumdur ) bahalı avtomobil, mənzil bağışlayır. Siz məgər şou əhlisiniz..?
Hörmətli xanım deputat! Özünüz də görürsünüz ki, suallar çoxdur. Və 1.5 milyonluq villa sizin real əmlakınızın az bir hissəsidir. Ona görə də hay-küy salmayın, çünki qəbahətiniz böyükdür...
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Əhməd ailəsindən əvvəl bacısı ilə qızını da öldürüb - Rəsmi. Bəs NİYƏ HƏBS OLUNMAYIB?
13 fevral 2024 19:37
- Xalq artisti vəfat etdi (FOTO)
6 fevral 2024 10:21
- Kosmosa uçmaq istəyən məşhur azərbaycanlı jurnalistə nə mane oldu...
28 yanvar 2024 16:15
- Şəhidimizin tabutunu həyat yoldaşı apardı - Video
6 yanvar 2024 12:52
- Rəsul Quliyev villasını yarım milyon dollara satdı - Fotolar
18 dekabr 2023 11:14
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31