SOCAR üçün böhran maneə deyil
İqtisadiyyat19 yanvar 2017 14:00
Son illər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) sanki “qara zolağ”a düşüb. Bir tərəfdən, şirkət bir sıra irimiqyaslı regional və daxili layihələri gerçəkləşdirməlidir, digər tərəfdən, neftin qiyməti elə enib ki, bir çox daha adlı-sanlı şirkətlər gəlirləri ilə çıxarlarını güclə uyğunlaşdırırlar.
Fəqət SOCAR üçün bu maneələr sanki əhəmiyyətli deyil. Bundan savayı, o, eyni zamanda həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bir çox layihələri yerinə yetirir. Şirkətin Türkiyə və Gürcüstandakı çoxmilyardlıq layihələrinin gerçəkləşdirilməsi barədə dəfələrlə yazmışıq.
“Cənub qaz dəhlizi” layihəsi çərçivəsində tikinti işlərinin gedişatı ölkənin bütün KİV-nin aparıcı mövzusudur. Bu gün biz Dövlət Neft Şirkəti tərəfindən gerçəkləşdirilən ən iri daxili layihələrin üzərində dayanacağıq.
İlk növbədə, yəqin ki, bu son iki ilin iqtisadi intriqasına – hələlik hüquqi cəhətdən SOCAR-ın mülkiyyətinə keçməmiş Azərbaycan Metanol Zavoduna (AzMeCo) aiddir. Beynəlxalq Bankla əlaqəli kredit oliqarxlarının səs-küylü işi sayəsində çox məşhurlaşmış bu zavod ölkənin ən iri bankının “virus aktivləri” kimi “Aqrarkredit” bank olmayan kredit təşkilatına verilmişdi. Lakin SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, yanvarın əvvəllərində Nazirlər Kabineti zavodun “Aqrarkredit” tərəfindən Dövlət Neft Şirkətinə hərrac keçirilmədən satması barədə sərəncam verib.
Hələ ötən yay şirkət BOKT ilə birgə sövdələşmənin həyata keçirilməsi üçün müvafiq qiymətləndirmə aparmışdı. Bundan sonra “Aqrarkredit” məhkəməyə müraciət etməli, AzMeCo-dan aktivləri satın almalı və yalnız sonradan onları hərracda, yaxud yeni sərəncamla birbaşa olaraq satmalı idi. Bunun necə uzun və zəhlətökən bürokratik proses olduğunu, zənnimizcə, izah etməyə gərək yoxdur. Lakin birbaşa satış haqqında sənəd artıq imzalanıb. Deməli, hüquqi məsələlər həllini tapıb, yaxın zamanlarda zavodun Dövlət Neft Şirkəti tərəfindən büsbütün alışını gözləmək olar.
Ödəniş məsələsini də SOCAR xüsusi çətinlik yaşamadan həll edə bilər. İlkin ödəniş kimi 416 milyon manat – “Azərenerji” ASC-nin şirkətə köhnə borcu köçürüləcək. Bu vəsait artıq SOCAR-ın hesabındadır və sövdələşmə baş tutan kimi “Aqrarkredit”ə köçürüləcək. Növbəti ödənişlər “Azərenerji”nin 2015-ci ildə Dövlət Neft Şirkətinə ödəmədiyi vəsaitlərdən yaranan yeni borc hesabına ediləcək. Bu məsələ də Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb. Ümumilikdə, Metanol zavodu 520 milyon manat həcmində qiymətləndirilib, lakin köhnə məzənnə ilə. “Aqrarkredit”ə təklif isə manatla edilib və aktivin manatla ifadədə qiyməti 800 milyon təşkil edir.
Gözlənildiyi kimi, AzMeCo Dövlət Neft Şirkətinə verilmə prosesində kəskin ucuzlaşıb. Bu da anlaşılandır. Oliqarx Nizami Piriyev tərəfindən tikilmiş fəaliyyətdə olan zavod, Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevin qəsdi nəticəsində gözlənilmədən xammalsız – təbii qazsız qalıb. Beləcə o, fəaliyyətsizləşib və Canikin həbsindən sonra ABB-nın digər “çirkli aktivlər”i kimi “Aqrarkredit”ə verilib. Bütün bu vaxt ərzində AzMeCo SOCAR-ın idarəçiliyi altında fəaliyyətini davam etdirib – bu məqsədlə müvafiq hüquqi şəxs yaradılıb. Başqa sözlə, şirkət bu halda kənar şəxs kimi deyil, sanki özü öz zavodunu alır.
SOCAR-ın ikinci, heç də az əhəmiyyətli olmayan daxili layihəsi Sumqayıtdakı karbamid zavodudur ki, bunun da tikintisi vəsait çatışmazlığı ucbatından ləngidilirdi. Lakin budur, Dövlət Neft Şirkəti Koreya ixracat-idxalat bankından (Korea Eximbank, KEXİM) 500 milyon avroluq kreditin rəsmiləşdirilməsini başa çatdırır və bu vəsait karbamid zavodunun tikintisi üçün nəzərdə tutulur. Qasımovun sözlərinə görə, SOCAR kreditin cəlb edilməsi ilə bağlı sazişi artıq imzalayıb və onu KEXİM-ə təqdim edib. Düzdür, Koreya tərəfi hələlik kreditin verilməsi ilə tələsmir – Azərbaycan hökumətindən kredit üzrə zəmanət sazişini gözləyir.
SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov
Lakin vitse-prezident hesab edir ki, dövlət zəmanətinin verilməsi məsələsi bu ayın sonuna kimi həllini tapacaq. Kreditin sxemi belədir ki, 500 milyon avroluq ümumi həcmdən KEXİM öz zəmanəti əsasında Almaniyanın Deutsche Bank-ının, İtaliyanın UniCredit-inin və Fransanın Societe General-ının vəsaitlərini cəlb etməklə 249 milyon avro ayıracaq, yerdə qalan 251 milyon avro isə birbaşa bankın öz vəsaitləri hesabına təmin ediləcək.
Kredit 15 il müddətinə çox aşağı illik faizlə verilir. Bu üç bankdan kreditlərin alınması tezliklə başa çatdırılmalı idi, lakin Ətraf mühitə təsirin qiymətləndirilməsinin hazırlanması ucbatından işlər ləngiyib və SOCAR aralıq müqavilələri bağlayıb. Nəticə olaraq, banklar şirkətə yarım illik kreditlər təqdim ediblər. İndi o, birbaşa olaraq onlardan 201 milyon avro alacaq və artıq bu məbləğdən əvvəl təqdim edilmiş qısamüddətli kreditlər üzrə borcu bağlayacaq. Hazırda 500 milyonluq kreditdən 220 milyon avroluq hissə artıq alınıb və istifadə olunub. Layihənin ümumi dəyəri təxminən 700-750 milyon avro həcmində qiymətləndirilir.
Qasımov hesab edir ki, ümumilikdə SOCAR ötən ili mənfəətlə başa vurmaq niyyətindədir (illik yekunlar hələ hazır deyil). Ötən ilin ilk yarısının yekunlarına görə, şirkət 550 milyon manat həcmində xalis gəlir əldə edib və bu göstəricini qoruyub saxlamaq niyyətindədir. Əlbəttə, bu, əvvəlki illərdə olduğu kimi, 1 milyarddan çox daha bahalı manat deyil (yalnız 2015-ci ilin yekunlarına görə, SOCAR-ın xalis zərəri təxminən 1,8 milyard manat təşkil edib), lakin ətrafı bürümüş böhran və istehsalın azalması fonunda heç də pis nailiyyət deyil.
Məntiqi bir sual meydana çıxa bilər: nəyə görə yüzlərlə milyon manat xalis gəliri olan şirkət təbii qazın qiymətinin artırılması, o cümlədən əhali üçün artırılması kimi qeyri-populyar addımı atıb? Axı əvvəllər SOCAR, dünya bazarında qiymətlərin dəyişməsinə baxmayaraq, daxili bazarda öz məhsullarının qiymətini dəyişmirdi. Lakin vitse-prezident bu suala da cavab verib.
İş burasındadır ki, ölkədə istehlak olunan təbii qazın təxminən yarısını şirkət hasilatın pay bölgüsü üzrə sazişlə tərəfdaşı olduğu qurumlardan dollarla alır. Manatın kəskin devalvasiyası SOCAR-ı qazın qiymətlərini artırmağa, sadəcə olaraq, məcbur edib. Axı bütün layihələrin gerçəkləşdirilməsi üçün şirkətə çox böyük vəsaitlər lazımdır. Bir yandan da normal işə mane olan böhran, devalvasiya və digər iqtisadi və siyasi problemlər. Belə vəziyyətdə özünə zərər verməklə işləyə bilməzsən...virtualaz.org
NUH.az
Oxşar xəbərlər
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
8 may 2024 16:23
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
Xəbər lenti
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
Video & Fotoqalereya
Video
Fotoqalereya