Qarşımızda təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinin təmin edilməsi vəzifəsi dayanır
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycanın təhsil sistemində əhəmiyyətli rolu olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə edilib.
“Qafqazinfo” Nərminə Hüseynovanın müsahibəsini təqdim edir:
- Uzun müddətdir təhsil sahəsində çalışırsınız. Sizcə paytaxtın təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində hansı işlərin görülməsinə ehtiyac var?
- Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir, çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Son illər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. Bununla belə, sürətlə dəyişən dünyada və sürətlə inkişaf edən Azərbaycanda təhsilin səviyyəsinin insan kapitalının inkişafı çağırışlarına cavab verməsini təmin edən innovasiyalara ehtiyac var.
Uzun müddət təhsil sahəsində çalışdığıma, əsasən təhsildə keyfiyyət, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları, təhsilin inkişafı proqramları ilə yaxından məşğul olduğuma görə deyə bilərəm ki, son 10 ildə Elm və Təhsil Nazirliyi məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük işlər görür: keyfiyyətli tədris materiallarına və yenilənmiş kurikulumlara çıxışı təmin edir, hər il müəllimlərin peşəkar inkişafına sərmayə qoyur və onları effektiv tədris üçün dəstək və resurslarla təmin edir, şagirdləri öyrənməyə həvəsləndirmək üçün stimul yaradır.
İndi bizim qarşımızda öyrənmə şəraitinin yaxşılaşdırılması, təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinin təmin edilməsi vəzifəsi dayanır. Şagirdlərin fərdi ehtiyaclarına diqqət yetirmək, onların səriştəli inkişafı və özünüifadəsi üçün müxtəlif imkanların təmin edilməsi, layihəəsaslı fəaliyyət və kollektiv öyrənmənin tətbiqi yolu ilə şagirdlərin tənqidi təfəkkürünü və problem həll etmə bacarıqlarını inkişaf etdirmək vacibdir. Şagirdlərin psixoloji-emosional rifahının dəstəklənməsi, xüsusi təhsilə ehtiyacı olan şagirdlər üçün dəstəkləyici proqramların həyata keçirilməsi də keyfiyyətli təhsilin təmin edilməsində mühüm rol oynayır. Valideynlər və ictimaiyyətlə əməkdaşlıq da təhsil prosesinin təkmilləşdirilməsinə kömək etməlidir.
- Bakı şəhərində ümumilikdə 700-ə yaxın təhsil müəssisəsi var. Kifayət qədər böyük struktura rəhbərlik edəcəksiniz. İdarənin hazırkı strukturu bu sistemi səmərəli idarəetməyə imkan verirmi?
- Bakı Təhsil İdarəsinin həm miqyasına, həm ənənələrinə, həm də ictimai gözləntilərinə görə xüsusi missiyası var. Qarşımızda çox məsuliyyətli vəzifə dayanır.
Hazırda mövcud proseslərin təhlili aparılır ki, gələcək idarəetmə fəaliyyətini mümkün qədər səmərəli şəkildə optimallaşdıra bilək və təhsil sisteminin strukturları arasında qarşılıqlı əlaqəni yaxşılaşdıraq.
- Nərminə xanım, Bakı şəhərinin təhsil müəssisələrində nəzarətin gücləndirilməsi istiqamətdə hansı tədbirlər görüləcək?
- Bu gün təhsil sisteminin qarşısında duran vəzifə təkcə şagirdlərin bilik və bacarıqlarının artırılması deyil, həm də gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə bir sıra layihələr həyata keçirir. Sağlam və uğurlu gənc nəslin yetişdirilməsi üçün ilk növbədə təlim şəraitinin yaxşılaşdırılması və təhlükəsiz təhsil mühitinin təmin edilməsi lazımdır.
Təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, daha çevik mexanizmin tətbiqi hədəflədiyimiz təhlükəsiz təhsil mühitinin yaradılmasında əsas məsələlərdən biridir. Ümumilikdə şagird təhlükəsizliyinin təmin edilməsi, risk qrupuna aid edilən təhsilalanlar üzərində ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti tərəfindən nəzarətin gücləndirilməsi, məsələ ilə bağlı bütün təhsil iştirakçılarının koordinasiyalı işləməsi, məktəb psixoloqlarının işinin təkmilləşdirilməsi əsas vəzifələr olaraq qarşımızda dayanır.
Bakı şəhərinin təhsil müəssisələrində nəzarəti gücləndirmək üçün tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə imkan yaradan, akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqi üçün rəqəmsal sistemlərin tətbiqi nəzərdə tutulur. Yəni təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır.
Bundan əlavə, Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan sorğular və müraciətlərin təhlili yolu ilə təhsilin keyfiyyət standartlarına riayət olunmasını, təhsil müəssisələrində monitorinq və nəzarət prosesinə valideynlərin və ictimaiyyətin cəlb olunmasını təmin etmək məqsədilə müstəqil ekspertlər tərəfindən təhsil müəssisələrində yoxlamaların aparılması nəzərdə tutulur. Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərimizdəndir. Bütün bunlar vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
- Ötən il Bakının bəzi məktəblərində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiqi ilə bağlı pilot layihəyə start verilib. Bu, özünü nə dərəcədə doğruldub və digər məktəblərdə də tətbiq olunacaqmı?
- “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” çox əlçatan və müfəssəl sənəddir ki, bu da həm məktəbə, həm də valideynlərə şagirdin necə olmalı olduğunu, təhsil müəssisəsində özünü necə aparmalı olduğunu başa düşməyə imkan verir. Hazırda layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Pilot layihənin birinci mərhələsinin nəticələrinin təhlili göstərdi ki, bu məktəblərdə tədris mühiti müsbət istiqamətdə dəyişir. Odur ki, dərs ilinin sonuna qədər Bakı şəhərinin demək olar ki, bütün məktəblərinin layihəyə qoşulacağını gözləyirik.
Bununla belə, bir daha vurğulamaq lazımdır ki, məktəb mühitinin formalaşmasında məktəblə valideynlər arasında əməkdaşlıq mühüm rol oynayır. Təhsil müəssisələri valideyn icmaları ilə münasibətlərinə əsaslı şəkildə yenidən baxmalı, bu istiqamətdə işləri gücləndirməlidirlər. Cəmiyyətdən, xüsusən də valideynlərdən lazımi dəstək olmasa, tez nəticə əldə etmək çox çətin olacaq.
- Məktəb psixoloqlarının işini necə qiymətləndirirsiniz? Sizcə, onların fəaliyyətini necə təkmilləşdirmək olar?
- Təhsil müəssisələrində pedaqoji mühitin formalaşmasına təsir göstərən amillər sırasında sosial-psixoloji mühit mühüm yer tutur. Düşünürəm ki, bu istiqamətlər üzrə məktəb kollektivi ilə ayrı, şagird kontingenti ilə ayrı iş aparılmalıdır. Məktəblərdəki psixoloji mühit çox incə məqam olduğu üçün bu gün həm Elm və Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi buna xüsusi diqqət yetirir. Son bir neçə ildə məktəblərə peşəkar psixoloqların cəlb olunması istiqamətində xeyli iş görülüb. Bu gün Bakı məktəblərində ikipilləli müsabiqənin nəticələrinə əsasən işə qəbul olunmuş 455 ixtisaslı mütəxəssis çalışır. İl ərzində məktəb psixoloqları üçün peşəkar mütəxəssislərin iştirakı ilə təlmlər keçirilir. Gələcəkdə mümkün problemlərin erkən aşkarlanması və onların vaxtında həlli üçün məktəb psixoloqlarının sayının artırılması, onların pedaqoji kollektiv, şagird və valideynlərlə işinin gücləndirilməsi nəzərdə tutulur.
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 2024 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 2024 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 2024 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 2024 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 2024 16:17
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
7 may 2024 01:20
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58