Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür
1990-cı illərdə Azərbaycanda çox məşhur bir isim də vardı: Yelmar Məmmədov. Onu tez-tez soydaşlarının yanında görərdiniz, yardımları haqda vaxtaşırı məlumatlar yayılardı.
Gənc, enerjili, boylu-buxunlu və ölkədən “bir pencəklə” gedib, Rusiyada yüzmilyonlar qazanan yerlimiz…
28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub və elə uşaqkən də anasını itirib.
Univeristetə qəbul ola bilməyən Yelmar Məmmədov Bakıda zavodların birində fəhlə işləyir. 1976-cı ildə Rusiyanın Çita vilayətində hərbi xidmətə yollanan Yelmar xidmətindən sonra Daşkəndə yollanaraq orada da fəhlə olaraq işinə davam edir. Eyni zamanda da Daşkənd Ali Milis Məktəbinə daxil olur, sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.
O, Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedir. Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti burada üzünə gülməyə başlayır. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, daha sonra şöbə rəisi və baş mühəndisin müavini olur. Milyardelik yolunda addımlayan Yelmar Məmmədov 1988-ci lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır.
İlk işi bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə isə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq bir ildən sonra onun işçilərinin sayı min nəfərə çatırdı.
Beləliklə, biznesdə artıq uğurlu bir adama çevrilən Yelmar Məmmədov çox keçmir ki, Komi Respublikasının xalq deputatı seçilir.
90-cı illərin əvvəllərində onun fəaliyyəti daha da genişlənməyə başlayır.
Belə ki, o, “Mariya” Assosiasiyasını təsis edir və bir neçə şəhərdə assosiasiyanın filiallarını yaradır. Eyni zamanda bir neçə bank da açır. Rusiya televiziyası ilə göstərilən "Mariya” Assosiasiyası” adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi azərbaycanlı milyarder kimi tanınmağa başlayır.
Qısa müddət ərzində fəaliyyət sahəsi o qədər genişlənir ki, Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ şirkətləri ilə iqtisadi əməkdaşlığa başlayır.
Vətənpərvər milyarder kimi tanınan Yelmar Məmmədov Qarabağ müharibəsində Orduya yardımı ilə də seçilir.
O, icarəyə təyyarə götürərək cəbhə üçün paltar, müxtəlif ərzaq malları ilə Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda “Yelmar İnternational” kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. 3 mindən çox işçisi vardı.
Bakıda olduğu dövrdə isə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və “General Məhəmməd Əsədov” mükafatına layiq görülür.
Eyni zamanda Yelmar Məmmədov xeyriyyəçiliklə də məşğul olurdu.
O, Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Yelmar Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun bütün dolanışıq və müalicə xərclərini öz üzərinə götürür.
Qarışıq ailə həyatı olan Yelmar Məmmədov üç dəfə ailə həyatı qurur. Amma onun birinci həyat yoldaşı haqqında heç vaxt heç kimin məlumatı olmayıb. Azərbaycanlı olduğu deyilən birinci həyat yoldaşı ilə izdivacından bir oğlu və bir qızı dünyaya gəlib. Bir müddət Sumqayıtda yaşasalar da, sonradan harada yaşadıqları bilinmir.
İkinci dəfə isə o, rus əsilli qadınla evlənir. Bu evlilikdən dünyaya gələn övladları isə Rusiyada yaşayır.
Üçüncü həyat yoldaşı Nəzakət Qocayevadır və o, elə xanımı ilə birlikdə 12 aprel 1995-ci ildə Daşkənddə müəmmalı şəkildə vəfat edir. Rəsmi məlumatlarda onların qaz sızmasından öldüyü deyilsə də, mafioz qruplar tərəfindən sifarişlə öldürüldükləri də deyilib.
Onlar Yasamal qəbiristanlığında dəfn olunublar.
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 2024 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55