Doqquz aydır ayağımın olmadığını sübut eməyə çalışıram” - Foto
Bir müddət əvvəl ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədov hələ də protez ala bilmədiyini deyir.
“Qafqazinfo” xəbər verir ki, jurnalist vəziyyəti ilə bağlı “Sherg.az” saytına danışıb.
O bildirib ki, doqquz aydır ayağının olmadığını sübut etməyə çalışır: “Bilirsiniz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təsəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan, üstəgəl həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədov əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır.
Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin, cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin ki, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki...
Deyirəm ki, yox, təqaüd cəhənnəm, protez ala bilmirəm. Sonuncu dəfə poliklinkaya gedəndə, söylədilər ki, nahaq gəlmisiniz, əziyyət çəkmisiniz, bizim fəxrimizsiniz, adınız sistemdədir. Mən də yoxlatdırdım, gördüm ki, adım sistemə daxil edilməyib”.
Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədov deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Məmmədov Səbuhi Məhəmməd oğluna əlillik təyin edilməsi üçün ilk növbədə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə daxil edilməlidir:
“Əlilliyin qiymətləndirilməsi həmin sənəd əsasında həyata keçirilir və hazırda tibb müəssisəsi tərəfindən elektron sistemə heç bir göndəriş daxil edilməyib.
Buna baxmayaraq, vətəndaşın müayinə olunması və güdülün protezləşməyə hazırlanması məqsədi ilə Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət olunacaq”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edilib ki, tanınmış jurnalist Səbuhi Məmmədov uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkir:
“15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.
29.09.2022-ci il tarixində M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində sağ baldırın yuxarı 1/3-də amputasiya aparılıb. Əməliyyatdan uzun müddət sonra - 11.05.2023-cü il tarixində poliklinikaya müraciət edib.
Qeyd edək ki, Səbuhi Məmmədov dövlət proqramı ilə Respublika Klinik Xəstəxanasında həftədə 3 dəfə olmaqla dializ olunur.
Əlilliyin qiymətləndirilməsi üçün tələb olunan bütün zəruri sənədlər 25.05.2023-cü il tarixində hazırlanıb və 10 nömrəli Şəhər Poliklinikasına müvafiq göndəriş verilib.
Eyni zamanda əlilliyin təyin olunması məqsədi ilə ona “Forma-88” tərtib edilib və Tibbi-Sosial Ekspertiza Komissiyasının alt sisteminə göndərilib.
Xatırladaq ki, tanınmış jurnalist Səbuhi Məmmədovun səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.
S.Məmmədovun müxtəlif vaxtlarda Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinələrdən keçib və zəruri müalicə prosedurları alıb.
Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb”.
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39