Bərdədə 10 hektar taxıl sahəsi susuzluqdan məhv olur – Fərdi sahibkar Zaur Mikayılovdan kömək istədi
Bərdədə 10 hektar taxıl batır. Səbəb isə sadədir – Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev 1 aydır 1001 saylı artezian quyusundan götürülən nasosu təmir adı ilə geri qaytarmır.
Bununla bağlı Musavat.com-a müraciət edən fərdi sahibkar Sərxan Müzəffər oğlu Əsgərov deyib ki, o, qanunsuz və əsassız tələbi yerinə yetirməyib deyə bu şəkildə ziyana salınır: “1 ay əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova da şikayət yazmışam. Bildirmişəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatı sahəsinə ayırdığı diqqət və qayğıdan həvəslənərək Bərdə rayonu, Şatırlı kəndi ərazisində 10 hektar toxumluq buğda səpmişəm. Lakin səpdiyim buğda qarğalara yem oldu. Səbəb isə Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayevin əkin sahəsinin suvarılmasını təmin edən 1001 saylı artezian quyusundan nasosu təmir adı ilə 1 ay əvvəl apararaq geri qaytarmamasıdır. Atamoğlan Babayev deyir ki, suya borcunuz var, su nasosunu da ona görə çıxarmışıq. Borcunuzu ödəyin, sonra nasosu qoşaq. Mənimsə heç bir borcum yoxdur.
Bu, yalandır. Sadəcə Atamoğlan Babayevin qanunsuz və əsassız tələbini – pulu nağd şəkildə ona verilməsi tələbini yerinə yetirməmişəm. Pulu elektron şəkildə sistemə yükləyirəm. Bu isə Atamoğlan Babayevi narazı salıb. Atamoğlan Babayevin hərəkətlərinə görə 12 min 500 manat ziyana düşmüşəm, payız suvarması verilmədiyindən səpdiyim buğda qarğalara yem olub. Bundan başqa kənd təsərrüfatı təyinatlı kreditimi də ödəyə bilməyəcəyəm. Ona görə də Zaur Mikayılovdan xahiş edirəm ki, təcili şəkildə müdaxilə etməklə mənə qarşı atılan cinayətə bərabər sabotajın qarşısını alsın. Bir daha xahiş edirəm ki, təcili müdaxilə etməklə qanunsuzluğu aradan qaldırasınız”.
Fərdi sahibkarın üzləşdiyi qanunsuzluqla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifovla əlaqə saxladıq. Mətbuat katibi bildirdi ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma aparılacaq.
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57