Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
“Rusiya sülhməramlılarına gəlincə, Rusiya və Azərbaycan prezident administrasiyaları tərəfindən artıq açıqlama verilib ki, onlar Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk edirlər. Bu, Rusiya və Azərbaycan liderlərinin birgə qərarı idi”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“Mən, həmçinin sizə bu məsələ ilə bağlı necə danışıqlar apardığımız barədə məlumat verə bilərəm. Düşünürəm ki, bu, maraqlı olardı. Mən artıq bir neçə dəfə azərbaycanlı jurnalistlərlə görüşlərimdə açıqlamışam ki, noyabrın 9-u günü biz Prezident Putinin vasitəçiliyi ilə, - çünki bizim erməni həmkarımızla heç bir təmasımız yox idi, - üçtərəfli Bəyanatla bağlı danışıqlar zamanı bir neçə telefon danışığı apararaq üçtərəfli Bəyanatın hər bir bəndini razılaşdırdıq. Ona görə də bu, demək olar ki, noyabrın 10-u səhərədək davam etdi. Ona görə biz həmişə deyirik ki, Bəyanat noyabrın 10-da imzalanıb. Çünki artıq Bakı vaxtı ilə gecə saat 2 və ya 3-ün yarısı idi. Rusiya sülhməramlıları məsələsi təqdim olunmuşdu və Ermənistanın mövqeyi ondan ibarət idi ki, onlar üçün vaxt məhdudiyyəti olmamalıdır. Başqa sözlə, onlar orada həmişəlik qalmalıdırlar. Biz bununla razılaşa bilməzdik və israr etdik ki, vaxt məhdudiyyəti olmalıdır. Bu, hər iki tərəfin razılaşa bilmədiyi ən çətin hissələrdən biri idi. Bizim üçün bu, Bəyanatın ən prinsipial hissələrindən biri idi və bizim mövqeyimiz ondan ibarət idi ki, əgər biz buna razılaşmasaq, Bəyanat olmayacaq və müharibə davam edəcək.
Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakto nəzarət edirdik və biz Şuşanı azad edəndən sonra mühasirəyə alınmış 15 min erməni hərbçinin aqibəti hər kəsə tamamilə aydın idi. Onlar ya təslim olmalı idilər, ya da onlar üçün daha da pis olacaqdı. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu. Zənnimcə, onlar indi başa düşürlər ki, biz haqlı idik. Beləliklə, 5 illik müddət və heç bir tərəf etiraz etmədiyi təqdirdə uzadılma, əslində, qoşunların çıxarılmasının başlanğıc nöqtəsi oldu. Əgər həmin cədvəlimiz olmasaydı, vəziyyət necə olardı, biz bunu ancaq təxmin edə bilərik. Amma yenə də qeyd edirəm ki, qoşunların vaxtından əvvəl çıxarılması Azərbaycanla Rusiya arasında məsləhətləşmələrə əsasən qəbul olunmuş qərar idi. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir. Bizim mövqeyimiz ondan ibarət idi ki, əgər orada 2025-ci ilin noyabrı yazılıbsa, bu, elə 2025-ci ilin noyabrı da olmalıdır. Lakin, eyni zamanda, hər iki tərəf - Rusiya və Azərbaycan açıq-aydın başa düşürdü ki, əslində, onlar daha tez tərk edə bilərlər. Lakin yenə də bu, birgə verilmiş qərar idi və düşünürəm ki, bu qərar Rusiya-Azərbaycan əlaqələrini yalnız gücləndirdi”, - dövlət başçısı vurğulayıb.
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9 may 2024 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
9 may 2024 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
- Azərbaycanda yeni idman növü yaradıldı
8 may 2024 12:50
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
7 may 2024 15:58
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31