5 manata görə dünya çempionunu öldürdü, məhkəmədə hər şeyi..
Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğlunu bıçaqlayıb öldürən şəxs hadisənin təfəürratlarını danışıb.
“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, hadisə 2019-cu ilin iyunun 15-də baş verib.
Belə ki, Gəncədə yerləşən “Uğur” çay evinin sahibi Emil Məmmədov həmin obyektin qarşısında yerləşən “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsini də icarəyə götürərək işlədib. O, həmin avtoyuma yerinə gələrək maşınını yuduzduran Elnur Alıyevlə pul üstündə mübahisə edib. Onlar bir-birinə bıçaq xəsarətləri yetiriblər. Nəticədə 1995-ci il təvəllüdlü Elnur Alıyev qətlə yetirilib. Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Emil Məmmədov isə yaralanıb.
Hadisəni törətməkdə təqsirli bilinən Emil Məmmədov barəsində cinayət işi başlanıb və o həbs edilib.
Məhkəmədə ifadə verən Emil Məmmədov bildirib ki, hadisədən bir il əvvəl onun icarəyə alıb işlətdiyi “Qızıl çay evi”ndə də ora gələnlər arasında dava düşüb. Dava edənlər arasında Elnur Alıyev də olub.
Çay evini həyat yoldaşı ilə birlikdə işlədən E.Məmmədov daha sonra başqa yerdən məkan icarəyə götürərək “Uğur” çay evi adı ilə işlətməyə başlayıb:
“Avtoyuma yerində işləyən Tural gəlib mənə dedi ki, Elnur məni söyür. Turala dedim ki, işiniz olmasın, göndərin getsin. Sonra o məni yenə söyərək təhqir etdi və də onun yanına getdim.
Elnura salam versəm də, salamımı almadı və “sənsən ə çaqqal buranı işlədən” deyərək məni təhqir etdi. Ona dedim ki, “söyüş söymə, əgər Tural nəsə səhv hərəkət edibsə, onun yerinə üzr istəyirəm”.
O isə dedi ki, “belə obyektlərə pul vermirəm”. Cavab olaraq bildirdim ki, “biz maşını 5 manata yuyuruq, lakin sən maşınla bərabər onun motorxanasını da yuduzdurmusan və biz motorxananı da 5 manata yuyuruq, heç olmasa 5 manat fəhlənin pulunu ver get”.
Elnur mənim bu sözümdən sonra maşından bıçaq götürüb qolumdan vurdu. Özümü müdafiə etmək üçün onun qolunu qatlayaraq elə öz əlində olan bıçaqla özünü vurdum. Sonra orada olanlardan Elnuru xəstəxanaya aparmalarını xahiş etdim. Yaralı olduğum üçün xəstəxanaya apardılar. Daha sonra eşitdim ki, Elnur ölüb”.
Məhkəmə iclasında ifadə verən mərhumun atası, tanınmış kikboksinq ustası İlqar Alıyev bildirib ki, Elnur idmançı idi və üç qat dünya çempionu, on beş qat Respublika çempionu olub. İlqar Alıyev iddia edib ki, hadisə zamanı Emil tək olmayıb. Çünki, dəfələrlə küçə davalarında Elnur tək bir neçə nəfəri döyüb. Əgər Emil də tək olsaydı, Elnura heç nə edə bilməzdi:
“Elnur həm idmançı, həm də namaz qılan idi. O içki içməzdi. Gəncədə hamı onun necə tərbiyəli olduğunu da bilirdi. Oğlum idmançı idi. 1-2 il bundan qabaq idmanı tərk edib müxtəlif yerlərdə işləyib. Son zamanlarda avtomobil alqı-satqısı ilə məşğul olurdu. Elə yuduzdurmağa apardığı maşını da satırdı. Həmi gün onu təmizlədib səhəri gün satmağa aparacaqdı. Hadisə zamanı Emil tək olmayıb. Elnura arxadan baş nahiyyəsinə zərbə endirilib, oğlum dizi üstə yerə düşəndən sonra Emil onu bıçaqla vurub”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Emil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
7 may 2024 00:42
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31