“Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür”
Bu gün Azərbaycanda neft-qaz sənayesində yüksək texnoloji həllərin tətbiqi və bu sektorun rəqəmsallaşması prioritet istiqamətlərdən biridir. Bu sahədə informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Yadigar İmamverdiyev "İKT-nin vəziyyəti, rəqəmsallaşma bu sektora hansı keyfiyyət dəyişiklikləri gətirə bilər" fikrinə münasibət bildirib.
O, SOCAR-ın rəqəmsallaşdırma konsepsiyasına işarə edərək deyib ki, bu gün Azərbaycanda neft-qaz sənayesinin rəqəmsallaşması istiqamətində böyük işlər görülüb: "Beynəlxalq miqyasda informasiya və kommunikasiya texnologiyalarının neft-qaz sənayesində tətbiqi hələ ötən əsrin 60-cı illərinə gedib çıxır. İri kompyüterlərin istehsalı ilə bank, hərbi sektorlar ilə yanaşı, neft-qaz şirkətləri də bu texnologiyaların tətbiqində təşəbbüs göstərməyə başladı. Bu onunla əlaqədar idi ki, neft ehtiyatları getdikcə tükənir, neft çıxarılması isə çətinləşirdi. Bu özünü daha bariz formada hasilatın qurudan dənizə keçməsində göstərdi".
Ekspert bildirib ki, Azərbaycanda rəqəmsal texnologiyaların neft-qaz sənayesində tətbiqi elə həmin dövrlərə təsadüf edir.
"Bu gün ölkəmizə yüksək texnologiyalar həm "Əsrin müqaviləsi"nin iştirakçısı olan şirkətlər vasitəsilə, həm də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə gətirilir. Buna misal olaraq SOCAR-ın bəzi neft yataqlarında ağıllı neft-mədən konsepsiyasını həyata keçirməsi göstərilə bilər. Burada söhbət real istehsalın virtual analoqundan gedir. Yəni istehsal obyektinin işinin real prosesləri rəqəmsal platformada onlayn rejimdə əks olunur. Son məqsəd isə ondan ibarətdir ki, insansız, məsafədən idarə olunan, qərarlar qəbul etməyə imkan verən texnlogiyaların yeridilməsidir. Yəni həm qərarların qəbulundan, həm də onların icrasının tam avtomatlaşdırılmış sistemlərə keçirilməsindən söhbət gedir. Bu isə öz növbəsində insan faktorunu minumuma endirməklə risklərin azalmasına gətirib çıxarır. Eyni zamanda istehsalın davamlılığı təmin olunur ki, bu da istehsalın həcminin artması ilə nəticələnir. İndi buna demək olar, müəyyən dərəcədə nail olunub", - Y.İmamverdiyev diqqətə çatdırıb.
Onun sözlərinə görə, rəqəmsallaşma sayəsində neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkün ola bilər: "Bu, neft quyusundakı faktiki ehtiyatın hasilata nisbətini ifadə edən əmsaldır və hazırda bizdə 35% ətrafındadır. Bu əmsalın artırılması istismar olunan quyuların rentabelliyinə birbaşa təsir göstərəcək. Lakin proses təkcə hasilatla yekunlaşmamalıdır və rəqəmsallaşma kəşfiyyatdan tutmuş neftin satışınadək olan bütün həlqələrdə əksini tapmalıdır. SOCAR-ın rəqəmsallaşdırma konsepsiyası yaxın gələcəkdə bunları təmin etməyə imkan verəcək”.
Mənbə: marja.az
Oxşar xəbərlər
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
14 fevral 2024 20:46
- Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
8 dekabr 2023 00:18
- Nazirliyin yeni binasının açılışı oldu (FOTOLAR)
6 iyun 2023 15:12
- Elmin taleyi - professor Saleh Məmmədov yazır ...
20 mart 2023 14:29
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
2 fevral 2023 13:12
- Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
1 fevral 2023 22:23
- 144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - Video
28 noyabr 2022 18:04
- Mikayıl Cabbarov: “Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var”
8 sentyabr 2022 13:55
- KİV nümayəndələri üçün növbəti seminar keçirilib
14 oktyabr 2021 00:41
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya