BSU-da respublika elmi konfransı keçirilib
Aprelin 1-də Bakı Slavyan Universitetində (BSU) “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib.
Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva konfransın mahiyyəti barədə danışıb. Rektor qeyd edib ki, konfransın məqsədi gənclərin müasir dövrdə Azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinə cəlb edilməsidir.
Tərcümə fakültəsinin təşkil etdiyi konfransı yüksək qiymətləndirən professor Nurlana Əliyeva vurğulayıb ki, tərcüməşünaslıq elminin kökündə multikultural dəyərlər dayanır. Multikulturalizmin hökm sürdüyü Bakı Slavyan Universitetində belə konfransların ənənəvi olaraq keçirildiyini deyən N.Əliyeva konfransın gələcək tərcüməçilərimiz üçün böyük təcrübə olduğunu diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov tərcüməşünaslıq elminin bütün elmləri özündə ehtiva etdiyini qeyd edib. Prorektor tərcüməşünaslığın peşəkarlıq tələb etdiyini, bu konfransın gənclərin bilik və bacarıqlarının ortaya çıxarılması üçün mühüm şans olduğunu deyib. O, eyni zamanda konfransın tərcümə fakültəsi ilə yanaşı silsilə olaraq digər fakültələr arasında da keçiriləcəyini, müxtəlif mövzuları əhatə edəcəyini vurğulayıb. Sonra BSU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Aygün Mahmudova elmi konfransın işi barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, konfrans respublikanın 12 ali məktəbini (Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ,Azərbaycan Dillər Universiteti, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Sumqayıt Dövlət Universiteti,Gəncə Dövlət Universiteti, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) əhatə edir.
TEC sədri bildirib ki, konfras öz işini 5 bölmə üzrə davam etdirəcək. Bölmələrdə iştirak edən tələbə və magistrantlara sertifikatlar, fərqlənən iştirakçılara isə diplomlar təqdim ediləcək.
Konfransda BDU-nu təmsil edən Aynur Mustafayeva, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magsitrantı Bəhruz Səmədov, BSU-nu təmsil edən Fatimə Zeynalova, GDU-dan Xanım Əmiraslanovahazırladıqları mövzular barədə məlumat verərək gənclər üçün yaradılmış şəraitə görə BSU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Konfransın gedişində müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar, çıxış etdikləri aktual mövzular ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Plenar iclasda iştirak edən tələbə və magistrantlar BSU ilə yaxından tanış olublar.
Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən tələbələrə konfransın sonunda rektor tərəfindən diplomlar təqdim edilib.
NUH.az
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
9 may 2024 12:06
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
1 may 2024 15:24
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 2024 16:19
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41