Sumqayıt ,yetim şəhərim, qalmısan əsir -yesir dəllaların əlində...
Ölkə mediasında ən çox tənqid olunan və bu gündəm olan Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov və onun"işgüzar komandasıdır".Amma nədənsə neçə müddətdir eşidirik ki,gəlirlər yoxlayırlar və gedirlər.Nəticə etibarı ilə ciddi ölçü götürən yoxdur.Adam belə şeyləri görür və düşünür əcəba hansı sehirli çubuq bütün olanların üstünü örtə bilir?Vallah bu boyda özbaşınalıq,cinayət dolu qanun pozuntularını,büddcə yeyintisini,şikayət dolu yuxarı təşkilatlara yönlənən məktubları dağ örtə bilməz ,bunlar necə örtə bilər mən mat qalmışam.
Sumqayıt ,yetim şəhərim qalmısan əsir -yesir "dəllaların" əlində...İndi qeyd etdiklərimi bir bir oxuyun.Deyəcəksiniz ki,əşi yazında onsuz "dəyirman bildiyin edir,çax çax baş ağrıdır"Yox deyəsən bu dəfə çaxmaq daşı olub dəyirmanı odlamaq zamanına çatmışıq,belə olmasa , milyonçu ölkənin Fərəcovun sayəsində dilənçiyə çevrilmiş şəhərin əhalisi üsyana qalxacaq.Ac adamların qəzəbi pis olur bilirsiniz.
Ya vəlvələdən, ya zəlzələdən Sumqayıt camaatının icra başçısından bəxti gətirməyib. Nə hikmətdirsə, bu şəhərə mer təyin olunanlar qısa müddətdən sonra ya bazar davasına çıxır, ya da dükanların sökülüb, yenidən tikilməsini həyata keçirməklə pul qazanırlar. Şəhərdə elə də torpaq sahəsi olmadığı üçün həmin “biznes” bir o qədər təşəkkül tapmayıb.
Şəhərin hələlik sonuncu meri Zakir Fərəcovdur. Uzun müddətdir Sumqayıta başçılıq edir. Özü də necə? Adı elə qalmaqallarda hallanır ki, bunu bir məmura yaraşdırmaq ayıbdır. Keçmiş baş prokuror Eldar Həsənovla Balkanlardakı şərikliyi araq istehsalına bağlıdır. Qardaşının Türkiyədə pulunu “atdıq”larından prezident Ərdoğana müraciət belə yazıb. Amma bu hələ sıradan hadisələrdir.
Zakir Fərəcov o icra başçılarındandır ki, Goradildə özünə qəsəbə salıb, qapısına da şlaqbaum qoydurub ki, yad adamlar girə bilməsin. Elə camaat arasında həmin məhəlləyə “Zakir qəsəbəsi” deyirlər. Bütün qohum-əqrabasını da başına yığıb, məmurluğunun keyfini çəkir.
Amma Fərəcov təkcə, özü üçün tikmir. Həm də hörmət etdiyi, hətta şərik olduğu adamlar üçün də unikal binalar inşa etdirir. Məsələn, onun sabiq MTN şefi Eldar Mahmudov üçün Goradildə inşa etdirdiyi villa general papağının formasındadır. Bunu xeyli əvvəl mətbuat da yazmışdı. Sadəcə, xatırlatdım ki, məsələ bir qədər də aydın təsvir olunsun.
BakuPress.Az-ın araşdırması zamanı üzə çıxan bir başqa məsələ isə bu borc qalmaqallarının hamısında Sumqayıt İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin adının hallanmasıdır. Daha doğrusu, bütün borc sənədlərində bu adamın imzaı və adı qeyd olunub. Elə sonuncu dəfə “zəmanət məktubu” qalmaqalı zamanı notarial qaydada imzalanması nəzərdə tutulan sənəddə də Gündüz Əliyevin adı qeyd olunub.
Maraqlı odur ki, Əliyev ərazi-idarəetmə şöbəsinə başçılıq edir. Onun nə tikinti, nə də maliyyə işləri ilə səlahiyyət baxımından heç bir hüququ da yoxdur. Amma hər nə hikmətdirsə, bu adam “Kalyon”un girov qoyulub, kredit götürülməsindən tutmuş, Sumqayıt Dənizkənarı Bulvarın tikintisinə qədər yaranmış 10 milyonlarla manat borclarda birbaşa adı keçir. Bunu elə sahibkarlar da təsdiq edir ki, bütün danışıqlar Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparılıb.
İndi isə Fərəcovla yanaşı, Əliyevin də başı qalmaqaldadır. Xatırladım ki,“Paşa Bank” böhranından necə çıxacaqlarını fikirləşdikləri bir vaxtda, Gündüz Əliyevlə Zakir Fərəcovun daha bir problemi üzə çıxıb. Məlum olub ki, bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt Səhiyyə Şöbəsində apardıqları araşdırmadan sonra ciddi maliyyə yeyintiləri aşkarlayıblar. Belə ki, həmin araşdırma nəticəsində məlum olub ki, şöbənin tabeçiliyində olan xəstəxana və poliklinikaların təmiri və yeni avadanlıqların alınması adı altında 4.25 milyon manat yeyinti olub.
Baş İdarə bununla bağlı Sumqayıt İcra Hakimiyyətinə müəyyən vaxt verərək, həmin pulun ödənilməsini tələb edib. Fərəcov və Əliyev də bu pulun böyük hissəsini dövlət büdcəsinə ödəsələr də, 177 min manatlıq hissəni bağlaya bilməyiblər.
Qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi apardığı araşdırmanı yekunlaşdıraraq, işlə bağlı cinayət işi qaldırıb. Həmin cinayət işində isə tikinti və təmir işlərini aparan iş adamı, həmçinin Gündüz Əliyevinb ən yaxın dostu olan Elxan Əsədovun və Gündüz Əliyevin qardaşı qızı, eyni zamanda Sumqayıt Səhiyyə Şöbəsinin baş mühasibi Gülnarə Əliyevanın adları keçir.
Amma Fərəcovun borc qalmaqalı bununla da bitmir.
Qeyd edək ki, iş adamları Zakir Fərəcovun ümumilikdə 50 milyon manat borcunun olduğunu bildirirlər. Onlarsın sözlərinə görə, bu borcların böyük qismi iş adamlarına olandır. Bu təxminən 30 milyon manatdan bir qədər çox rəqəmlə ifadə olunur.
Zakir Fərəcov elə icra başçılarındandır ki, dövlət başçısı müşavirədə “Sahibkarlardan pul yığırlar abadlıq işləri adı altında. Belələrini cəzalandıracağıq. Belə abadlıq bizə lazım deyil” dediyi halda, Sumqayıtın icra başçısı görülən işlər üçün yenə sahibkarlardan pul yığdırır.
Bu azmış kimi, borclu olduğu iş adamlarına, fəhlələrə deyir ki, əgər borcun ümumi məbləğinin 30 faizini ona verməsələr, həmin pulu nəinki qaytarmayacaq, hətta onları polisə verib, həbs etdirəcək.
Bu ölkədə vəzifə baxımından prezidentdən üstün kimsə varmı? Bildiyim qədər yoxdur. Əgər bir icra başçısı onu ora təyin edən şəxsin dediklərinə əhəmiyyət verməyib, onun tənqid etdiyi işi davam etdirirsə, artıq buna nə ad vermək lazım gəldiyini deməyə gərək qalmır.
Fərəcov aldığı icra başçısı maaşı ilə heç öz ailəsini doğru-düzgün dolandıra bilməz. Amma bu maaş nə hikmətdirsə, ona məhəllə salmağa, villa tikdirməyə, bahalı maşın almağa, torpaq sahələri ələ keçirməyə kifayət edir. Aydın məsələdir ki, icra başçısı bütün bunları aldığı maaşla deyil, həmin yetim fəhlənin haqqını yeməklə, sahibkara pul verməsin deyə həbs etdirməklə, qohumlarını gəlirli işlərin başına keçirməklə, büdcənin pullarını öz vəsaitləri kimi xərcləməklə, iş adamlarından xərac toplamaqla əldə edir.
Bəli bütün bunlar kino deyil ,bir gənclər şəhərinin "qocaman"dərdidir.Xərçəngin belə ölkəmizdə az qala dərdinə əlac tapılır ,Fərəcov adlı"xəstəliyə"əlac tapılmır ki,tapılmır.
Şəhər icra hakimyyəti deyil ey xalis operettadır.
P.S.Heç Brazilya seriallarında cinayət işi açılan ,adam vəzifə icra edə bilmir.Sumqayıt icra hakimiyyətində bunuda gördük
Şəfəq Ağacan
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 2024 19:34
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 2024 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18