Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
Onun şeirlərindən olan məşhur kəlmələr dillər əzbəridir: “Ey həyat, sən nə qəribəsən?”, “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri”, “Kaş millətdə ruh yaşasın”, “Tələsin insanlar əldən tutmağa, tələsin ömür edib şən yaşamağa”, “Sağlığında qiymət verin insanlara”, “Bu dünya düzələn deyil”, “Zirvələrin başı qarlı, meşələrin içi barlı, Ay kökünə etibarlı - bulaq suyu, dağ havası”....
Söhbət mərhum Xalq şairi Cabir Novruzdan gedir. Bu gün şairin doğum tarixidir. 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində silinməz iz qoyub.
Cabir Novruz həm də nəğməkar şair idi. Onun şerlərindəki harmoniya və musiqi bəstəkarların da diqqətini cəlb etmişdi. Cabir Novruzun şeirlərinə onlarla mahnı bəstələnib. Bu mahnılar illər keçsə də, köhnəlmir, yaddan çıxmır və daim müğənnilərin repertuarlarına daxil edilir.
Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasını bu dəfə mərhum Cabir Novruza həsr edib. Şairin ailə albomundan olan bu şəkildə həyat yoldaşı və oğlanları təsvir olunub.
Şəkildə Cabir Novruz oğlanları Vüqar (ortancıl-solda) və Müşfiqi (kiçik-sağda) qucağına alıb, böyük oğlu Mirzə isə anası Safura xanımın köksünə sığınıb.
Bu şəkil çəkiləndə yəqin ki, Cabir Novruz və ailəsi xoşbəxt idi. Bunu şairin övladlarına həsr etdiyi aşağıdakı misralar da təsdiqləyir:
Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz bilirsiniz neylədiniz?
Oğul idim məni ata eylədiniz.
Salam mənim Mirzələrim, Vüqarlarım, Müşfiqlərim,
Evimizin çıraqları- işıqlarım.
Cabir Novruz bu misraları yazanda yəqin ki, heç xəyalına gətirə bilməzdi ki, özü oğlanlarından daha uzun ömür sürəcək.
Cabir Novruz həyat yoldaşı Safura xanımı daha tez itirdi - 1988-ci ilin yayında xərçəng xəstəliyindən dünyasını dəyişən xanımını son mənzilə yola saldı.
Şairin özü isə 2002-ci il dekabrın 12-də bu dünya ilə vidalaşanda 69 yaşı vardı.
Valideynlərindən fərqli olaraq üç qardaşın heç biri 55 yaşa çata bilmədi... Onlar bir-birlərinin ardınca dünyaya vaxtsız vida etdilər.
Cabir Novruzun böyük oğu Mirzə Novruzov 2007-ci ildə baş vermiş avtoqəzada həlak olanda 48 yaşında idi. Həmin vaxt o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışırdı. Daha əvvəl (2001-2005-ci illərdə) Abşeron Rayon İcra Hakimiyyətinin başçısı işləmişdi.
Ortancıl oğlu Vüqar Novruzov 2014-cü ilin iyun ayında 53 yaşında ikən qəfil ürəktutmasından dünyasını dəyişdi. O, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin mayor rütbəli əməkdaşı idi.
Ailənin sonuncu oğlu Müşfiq isə 2018-ci ilin iyun ayında 54 yaşında vəfat etdi. Müşfiq Cabiroğlunun da ölümünə qəfil ürəktutması səbəb oldu. Şair, publisist Müşfiq Cabiroğlu Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Müşviq Cabiroğlu Xalq artisti, mərhum aktyor Əliabbas Qədirovun kürəkəni idi.
Bu gün Cabir Novruzun özü dünyada olmasa da, şeirləri yaşayır...
***
Cabir Novruzun övladlarına yazdığı şeirin tam mətni:
Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz.
Qəşənglərim, kifirlərim, keçəllərim,
Fərman verib
Anama da nənə adı
bəxş eyləyən dəcəllərim.
Aşıb-daşdı evimizdə gülüşünüz,
Bilirsizmi nələr etdi gəlişiniz?
Gəlişiniz qələm çəkdi dincliyimə,
Gəlişiniz nöqtə qoydu gəncliyimə.
Siz gəldiniz, öz-özümü unutdum mən,
Siz gəldiniz, "mən" sözünü unutdum mən.
Hara getsəm indi sizi düşünürəm,
Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
Hara getsəm sizin üçün dən yığıram,
Nə dən yığsam üçünüzə tən yığıram.
Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
Mirzənin,
Bircə kərə demirəm ki, bu da mənim.
Anam deyir: -Heç özünə baxmayırsan, oğul,
tamam,
Vallah, sənə özüm paltar alasıyam.
Nə eləsin axı anam,
Onlar mənim balamdırsa,
Mən də onun balasıyam.
Çiçəksiniz, həyatımla bitirmişəm,
Bu dünyaya mən üç insan gətirmişəm,
Milyonların qabağında cavabdehəm
onlar üçün,
İstəyirəm şer deyəm onlar üçün.
Oxusunlar ağılları kəsən zaman,
Öz oğlundan, öz qızından küsən zaman.
Salam mənim Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim,
Evimizin çıraqları - işıqlarım.
Siz ölməzlik abidəsi,
Əsrlərə gedib çatan ata səsi.
Sizin üçün gündüz əsib, gecə əsib,
Soyuqları, istiləri dilim ilə yalamışam.
Sözlərimin mən boyundan min yol kəsib,
Sizin xırda boyunuza calamışam.
Arzularım, əməllərim,
Mənə oxşar diri sözlü, diri gözlü
heykəllərim.
Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam,
Kim deyim bu dərdimi,
Böyük Müşfiq sağ olsaydı bu halıma
dözərdimi?!
Sizin üçün qənd alaram, bal alaram,
Min arzumu, istəyimi qanadaram.
Sizi, əziz balalarım,
Sətir-sətir böyüdürəm,
Misra-misra yaradıram.
Sevinclərim, əzablarım,
Yüz-yüz susan, yazılmayan şerlərə
cavablarım.
Vaxt olub ki, dediyimdən dönməmişəm -
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm.
Belə ömür mənə xoşdur.
Öz səhvini görməyənlər,
Heç nə yaza bilməyənlər
Məndən sonra desələr ki, az yazmışdır,
Onda çıxın ortalığa,
Ömrüm boyu yaratdığım şerlərim -
işıqlarım.
Onda çıxın ortalığa,
Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 2024 19:19
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
2 may 2024 10:47
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42