Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
“Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial proqramında bu məsələni müzakirəyə çıxartmazdan əvvəl Xoşqədəm xanım mənə zəng vurub “Sənin haqqında bir xanım (Turanə Nəcəfova) bu fikirləri bildirib, sənin bunlara qarşı fikrin nədir?” suallarını ünvanlasaydı, təbii ki, mən onunla görüşüb, danışardım.
Amma bu məsələ belə olmadı. Efirdə adımın hallandırıldığı anonslar gedir və mənim bunlardan xəbərim yox idi. Adım çəkildikdən, reytinqlər partladıqdan sonra mənə yaxın insanlarla əlaqə saxlanıldı. Məni və şəxsi nömrəmi tapmaq çox asan bir məsələdir. Amma o bunu etmədi. Zərbə-zərbə arxasıyca…”
Anons.az-ın məlumatına görə, Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Baxşəliyeva ilə yaşadığı 4 illik məhkəmə çəkişməsi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sənətçi 4 il əvvəl başına gələn xoşagəlməz hadisələri belə nəql edib: “Hadisələr baş verəndə mən İstanbulda idim. İl yarım idi ki, orada yaşayırdım. Müqaviləm var idi. Və belə şok yaşadım. Səkkiz efirdə ancaq mənim şəklimi yayımlayırdılar. Haqqımda mövzular verilişdə danışılırdı. Xoşqədəm efirdə deyirdi ki, “İnanmıram, gənc xanım qoca kişi ilə…” Bir xanımın milyonlarla tamaşaçının qarşısında haqqımda belə təhqiredici, alçaldıcı fikirlər səsləndirməsi… Mənim indiyə kimi heç kimlə düşmənçiliyim olmayıb.
Düşünürəm ki, kimsənində mənlə olmayıb. Amma mən bunları özümə qarşı düşmənçilik kimi qəbul etdim. Çünki durduq yerdə heç kim heç kimə pislik etməz. Bu mənim üçün böyük bir zərbə idi ki, bunu mən yaşadım. Qəti şəkildə əvvəlcədən nə zəng, nə mesaj heç bir şey olmayıb. Reytinqlər pik səviyyəyə çıxdıqdan sonra məni axtarmağa başladılar. Mən də bütün bunlardan sonra cavab vermədim”.
Aysel bildirib ki, bu illər ərzində qarşı tərəf yəni Xoşqədəm müxtəlif zamanlarda onunla aralarında yaşanan qalmaqallı hadisəni gündəmə gətirirək, ona zərbələr vurub: “4 il yarımdır mənimlə bağlı olan məlumat təzələnir. Bir gün Turanə xanımın şəklini yayımlayır, bir gün Turanənin “YouTube”da canlı yayıma qoşulacağını deyir. Məhkəmənin olmasını qarşı tərəf gündəmə gətirdi. Başa düşə bilmirəm ki, bu qədər reytinqi olan Xoşqədəm xanım yenədə mənim xəbərimlə gündəmi daha da artırmaq istəyir. Hələdə bunu çözə bilməmişəm. Yəqin ki, buna ehtiyac var, ona görə mövzu təzələnir”.
Əlizadə Hidayətqızı və Turanə Nəcəfova ilə aralarında baş tutan məhkəmə proseslərində özünün deyil, yalnız vəkilinin iştirak etdiyini diqqətə çatdırıb: “Mən indiyə kimi məhkəmədə iştirak etməmişəm. Qarşı tərəfdən isə vəkillər olub. Məhkəməyə əvvəllər Turanə xanım vəkillərlə gəlirdisə, sonra tək qatılmağa başladı. Xoşqədəm xanım efirlərdə deyirdi ki, mən Turanə xanımın arxasındayam. Amma onun arxasında durmadı. Birinci məhkəmədə həmin xanımın yanında vəkili olub, ondan sonra isə vəkil olmayıb. Tək qalıb”.
Aysel ona ödəniləcək kompensasiyalardan da danışıb: “Turanə xanıma da bu məsələdə məhkəmə cəza kəsib. O da müəyyən miqdarda kompensasiya ödəməlidir. 2000 manat Xoşqədəm xanım, 500 manat isə Turanə xanım kompensasiya ödəməlidir. Bundan başqa aparıcı “Səni axtarıram” verilişində mənimlə bağlı səsləndirdiklərinə təkzib verməlidir”.
Aysel bu hadisələrdə bütün nüfuzunun yerə vurulduğu söyləyib: “Özümlə yanaşı anam çox böyük sarsıntı keçirdi. O, şəkər xəstəsidir. Bu şeyləri efirdən eşidib halı pisləşirdi və üstünə təcili tibbi yardımlar gəlirdi. Mənə davamlı olaraq sosial şəbəkədən yazırdılar ki, uşağı qaytar anaya (Turanəni nəzərdə tutur – red.). Turanə iki il ərzində ailə qurub, boşanır. İki il sonra o “Səni axtarıram” verilişinə müraciət edir. İki iləvvəl boşanmışdınsa, bundan əvvəl harada idin?! Əgər mən sizin boşanmağınıza səbəbkaramsa, demək mən sənin o həyat yoldaşınla ailə qurmalı idim. Artıq bu gün həmin insandan mənim övladım, ailəm olmalı idi.
Ortada isə bunların heç biri yoxdur. Nə də mən kiminsə ailəsinin dağılmağına səbəb olmuşam. Bu insanların şəxsi problemləri olubsa, boşanıblar və bu, bir tərəf reytinq, digər tərəf mülk üzərində qurulmuş bir şeydir. O ailənin uşaqları bahalı məktəblərdə təhsil alıb.
Bir tərəf reytinq, digər tərəf ev qazandı, ortada isə mənə xələl gəldi və ziyan çəkdim, istər maddi, istər mənəvi… O müddətdə mənim bütün işlərim sıfıra düşdü. Məclislərə dəvət almamağa başladım. Azərbaycandakı bütün nüfuzum yerlə bir oldu”.
Əlizadə “Dayısı məhkəmədə hakimdir, ona görə qalib gəlib” iddialarına da cavab verib: “Xoşqədəm xanım söyləyir ki, əlimdə dəlillər və sübutlar var. Bəs onları niyə üzə çıxarmır? Niyə o zaman mən burada qalib kimi əyləşmişəm? İlk məhkəmədə qalib gələndə şərhlərdə yazırdılar ki, “day-daylar sağ olsun”. Hətta mənim orada öz dayımın adı qeyd olunmuşdu, dayım hakimdir. Guya ki, mən bu məhkəməni onun sayəsində qazanmışam.
Halbuki, Xoşqədəm xanımın şairə Nazilə Səfərli ilə Nizami rayon məhkəməsində mənim dayım Xoşqədəm Hidayətqızına bəraət qazandırmışdı. Deyilən “day-day” məsələsi olsaydı, bu mövzu səkkiz efir boyunca yayımlanmazdı. Amma bu məsələ 4 il yarım davam etdi. “Day-dayım” olsaydı, tez zamanda bitərdi, bu qədər uzanmazdı. Amma mən bütün bu məsələlərə səbrlə yanaşdım və deyilənlərə cavab vermədim. Haqqımın yalnız qanunla bərpa olunmasını istədim. Susmaq mənim üçün daha məntiqlidir”.
Aysel qarşı tərəfin yəni Turanə Nəcəfovanın qız övladlarından da bəhs edib: “Turanə xanım saf bir xanımdır. Xoşqədəm xanım söylədi ki, onun bir qız övladı anasında, digər qızı isə atasındadır. Atasında olan qızı yeniyetmədir. O öz istəyi ilə atasını seçib. Biz elə bir dövrdə yaşayırıq ki, heç bir övladı anasından uzaqlaşdıra bilməzsən. O uşaqların hər birinin yüksək səviyyədə şəraitləri var. Bildiyimə görə, bacısı ilə münasibəti də var. Belədirsə demək ki, anası ilə də münasibəti var”.
Aysel “Xoşqədəmlə barışarsınız?” sualını cavablandırarkən göz yaşlarına qərq olub: “Mən o ərəfədə İstanbuldan Bakıya qayıda bilmirdim. Psixoloji durumum bərbad vəziyyətdə idi, depressiya, travmalar… İstanbulda evə qapandım, tək qaldım. Çox ağır günlər oldu (ağlayır). Mən kinli insan deyiləm. Heç bir kəsə pislik arzulayan insan da deyiləm. Qarşı tərəf mənə bu pisliyi elədi. Mən hər şeyi Allaha həvalə etmişəm. Barışıq dedikdə isə, Xoşqədəm xanımla Oqtay Əliyevin yas mərasimində yan-yana dayanmışdıq. Düşmənçilik düşüncəm də yoxdur. Heç kimlə düşmən deyiləm. Həyatıma ağır zərbə vurmuş insanları yalnız Allaha həvalə edirəm”.
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 2024 12:09
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
7 may 2024 02:13
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42