Dərc edilib: 21-07-2021

https://www.nuh.az/29380-.html

Tarixi Krım savaşı və Avrasiyaya yeni baxış (TƏHLİL)

21.07.2021 13:03:46

LIVE

Bir müddət əvvəl məşhur institutlardan birinin onlayn təşkil etdiyi amerikalı tarixçi Dr.Aimee Dobbs-un mühazirəsində iştirak etdim. Təsadüfi deyil ki, mühazirə həm çox marağlı idi, həm də məqalənin adından da bəlli olduğu kimi o, Krım müharibəsindən sonra, 19-cu əsirdə çar Rusiyasınının bir çox böyük şəhərlərində, həmçinin cənubunda yerləşən Cənubi Qafqaz bölgəsində, xüsusi ilə də Azərbaycanda kolonial idarəetmənin dəyişikliyə uğramağa başlaması, milli siyasi kimliyin formalaşması və təhsil reformunun həyata keçirilməsindən bəhs edirdi. 

Elə bu yaxınlarda təsadüfən jurnalların birində bu barədə bir sıra yeni tarixi məlumatlara rast gəldim. Vaxt itirmədən bu mövzu ilə bağlı biliklərimi yeniləməyə qərar verdim.
İnsan bu dövr haqqında oxuduqca fikirləşir ki, görəsən tarix təkrarlanırmı və ya burada qərb ölkələrindən olan bəzi mühazirəçilər və yaxud hansısa müstəqil şəxslərin bizə çatdırmaq istədiyi hansısa eyhamlar varmı? "Tarixin təkrarlanması” ifadəsi bir çoxlarında qorxu yaradır, amma neyləmək olar: bəzən hansısa formada bizlər tarixlə hesablaşmalı oluruq. 
Niyə məhz Krım savaşı və 1853-1856-cı illər ?
Əsas mətləbə keçməmişdən əvvəl oxucularımıza bu müharibə ilə bağlı məlumat vermək, məlumatlı oxucularımızın isə bilikərini təkrarlamasını istərdik.
Krım müharibəsi 1853-cü il 16 oktyabr və 30 mart 1856-ci illər arasında davam edən Çar Rusiyasının rəhbəri olmuş 1-ci Pyotrun cənub sularına (Qara Dəniz, Aralıq Dənizinə) doğru irəliləməsi planını hərəkətə keçirmək səbəbindən və istəyindən meydana gəlib. Müharibənin ilk dövrlərində Osmanlı imperatorluğu ilə qarşı-qarşıya gələn Çar Rusiyası sonradan Osmanlının müttəfiqləri olmuş Fransa, Birləşmiş Krallıq və Sardiniyanın müharibəyə qatılması nəticəsi ilə məğlub olub.
Düzdür, Krım bölgə olaraq Çar Rusiyasının tərkibində qaldı, amma Çar Rusiyası Balkan bölgəsində hakimiyyətini tamamilə itirdi. Həmçinin bu məğlubiyyət Çar Rusiyasının daxilində böyük dəyişikliklərə səbəb oldu.
Krım müharibəsi tarixin ilk müasir müharibəsi kimi tanınır. Müharibə zamanı yüz minlərlə əsgər və döyüş sursatı uzaqlara daşınmış, dəmir yolları, teleqraf xətləri çəkilmiş və zirehli gəmilər hərbi məqsədlər üçün istifadə edilmişdi. Bu səbəbdən Krım müharibəsi əvvəlki müharibələrə nisbətən daha müasir bir müharibə olaraq tarixdə yerini alıb.
Bir çoxlarının Çar Rusiyasına dünyanın ən böyük, ən zəngin və ən güclü ölkələrindən biri kimi bəslədiyi imic qəfildən dağıldı. Rusiyanın geriliyi ifşa edilmişdi... Krım fəlakəti Çar Rusiyasındakı hər bir qurumun çatışmazlıqlarını - hərbi komandanlığın korrupsiyaya uğraması və səriştəsizliyini, ordu və donanmanın texnoloji geriliyini, yolların, xüsusən də dəmir yolunun çatışmazlığını üzə çıxardı. Bununla yanaşı, əhalinin pis vəziyyəti və savadsızlığı, sərbəst iqtisadiyyatının sənaye güclərinə qarşı müharibə vəziyyətini davam etdirə bilməməsi və bir sözlə, Avtokratiyanın uğursuzluqları üzə çıxdı.
Müharibədən təxminən 165 il keçir, amma Krım bölgə olaraq öz əhəmiyyətini hələ də saxlayır. Həm də Rusiya ilə siyasi müzakirələrdə ən aktual mövzulardan biri sayılır.
ABŞ Dövlət katibi A.Blinkenin qlobal media qurumlarından birinə verdiyi müsahibədə başqa dövlətlərin digər ölkələrinin siyasətinin necə olmasınına təsir etməsinin qəbuledilməz olduğuna işarə edilib və bunun xüsusilə Rusiyaya ünvanlandığı bildirilib. 
Bu bəyanatların davamının biz 16 iyunda keçirilən ABŞ Prezidenti J.Biden ilə Rusiya Prezidenti V.Putin arasındakı görüşdə şahidi olduq. Bu görüşdə Ukraynanın da pozulmuş ərazi bütövlüyünün müzakirə mövzuslarından biri olduğu bildirilib.
Proses təkcə Krımla məhdudlaşmır, Rusiyanın cənubunda da müəyyən tərpəniş hiss olunur... Qazaxıstanın 2018-ci ildə latın qrafikasına keçməsi, elə bu yaxınlarda Azərbaycanın öz qoşun növlərini tam dəyişdirəcəyini və Türkiyə modelinə keçəcəyini bəyan edtməsi, Özbəkistan və digər ölkələrdə baş verən proseslər sanki Rusiyanın təsirindən kənarda milli kimliyin formalaşmasına ismarıc verir.
Bu kimliyin formalaşmasına iqtisadi cəhətdən Çinin təsiri və  Türkiyənin regionda artan siyasi aktivliyi təkan verir.
Bəli, bunlar hansısa tarixi faktlarla oxşarlıq təşkil edə bilər. Amma gəlin tələsik nəticə çıxarmayaq ki, regionda hər şey bir anda dəyişəcək və xüsusən də məhz bu istiqamətdə dəyişəcək. U.Çörçilin məhşur sözü var: "Tarix mənə mehriban olacaq, çünki onu yazmaq niyyətindəyəm”.
Tarixi onu dəyişən adamlar yazırlar. Hələki bu dəyişikliklərin çox az hissəsi bizə bəllidir. Amma  Yer kürəsi fizika qanunlarına tabe olduğu kimi, bütün siyasi addımlarında da siyasi fəlsəfənin sərhədlərindən kənara çıxa bilmir.
Həmçinin, bu qəbildən olan fikirlərin fərqli olmasını və onların özlərinə uyğun dəlillərə malik olması kimi bir həqiqəti unutmamalıyıq. Bu baş tuta və yaxud tutmaya bilər, amma onu əminliklə demək olar ki, Avrasiya regionuna yeni baxış formalaşır və bu baxışın bir prezidentlik dövrü (ABŞ) kimi qısa müddətli siyasət olduğunu düşünmək çətindir. 
Aydın Səlimli

NUH informasiya agentliyi səhifəsindən çap edilib