Dərc edilib: 28-09-2021

https://www.nuh.az/30054-.html

Məhkəmə sədrindən Fikrət Məmmədova şikayət-VİDEO

28.09.2021 12:07:10

Müsahibə

Bir neçə gün əvvəl  Qəbələ rayonu, Mirzəbəyli kənd sakini Tahir Hacıyevin rayon məhkəməsinin sədri Abbas Əliyevin qanunsuz hərəkətləri ilə bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanlanmış şikayətini oxuyanda cənab Abbas Əliyevin “persona”sına marağım yarandı.Marağın səbəbi nədir ?

 

Oxucunu çox yormadan qeyd edim ki, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, 1,9 ha torpaq sahəsi vətəndaşın ailəsinin  tam mülkiyyətindədir və əlində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş, MA-0162112 №-li  daşdan keçən ÇIXARIŞ var. Həmin torpaq sahəsi demək olar ki, ailənin yaşam mənbəyidir, yəni orada əkib-becərilənlə özlərini dolandırırlar.Ancaq həmin torpaq sahəsinin üzərindən qanunsuz olaraq sahibkar Tofiq Hacıyev adlı şəxsin xüsusi obyektinə - “fındıq zavodu” adlanan “Pərvanə” Kiçik Müəssisəsinə insan həyatı üçün hər an təhlükəli olan yüksəkgərginlikli elektrik naqilləri çəkilib və özbaşına olaraq 2 ədəd qəzalı elektrik  dayaqları quraşdırılmaqla öz şəxsi mənafeləri üçün istifadə edilir. Və bununla da, vətəndaşın mülkiyyət hüququ demək olr ki, ayaq atında qalıb tapdalanır.Yəni, Tahir  Hacıyevin  ailəsinə məxsus, el arasında deyildiyi kimi, “haqqı-halal malı-mülkü” olan, qanunda isə “xüsusi mülkiyyət” adlanan və Konstitusiya ilə toxunulmazlıq zəmanəti verilən 1,9 ha qanuni torpaq sahəsinin 1/3 hissəsi, təxmimən 0,7 ha qanunsuz olaraq zəbt olunaraq, özbaşınalıqla istifadə edilir.Digər bir vacib məqam odur ki, insan həyatı üçün təhlükəli olan yüksəkgərginlikli elektrik xətti aparılan ərazinin altı (təxminən 4 m enində) və hər iki - sağ və sol tərəfə, ümumilikdə 15 metr məsafə mühafizə zolağı sayılır  və həmin ərazidə heç bir iş görmək olmaz. İndi torpağın qanuni sahibi olan vətəndaş iddia ərizəsində məhkəmədən xahiş etmişdir ki,  insan həyatı üçün hər an təhlükəli olan yüksəkgərginlikli elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik naqillərinin  kəsilməsi və torpaq sahəsi  üzərində cavabdehlər tərəfindən özbaşına quraşdırılmış iki ədəd qəzalı elektrik dayaqlarının çıxarılması və torpaq sahəsinin boşaldılması barədə  iddiası təmin edilsin.

Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyev isə 11.06.2021-ci il tarixli 2(025)-626/2021 saylı qətnamə ilə iddianı qanuna zidd olaraq təmin etməyib. Görəsən, hakim Abbas Əliyev başa düşmür ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xüsusi mülkiyyət hüququ  qanunla qorunur. Ümumiyyətlə, Azərbaycanda  mülkiyyət toxunulmazdır. Axı, “fındıq zavodu” hansı qanunla başqasının xüsusi mülkiyyətindən  özbaşına istifadə edir? Yaxşı  “şəxsi fındıq zavodu”nun özbaşınalığını  başa düşdük, bəs məhkəmə sədri  Abbas Əliyev niyə buna göz yumur? Niyə bu barədə sənəd tələb etməyib və qətnamədə göstərməyib? Bəlkə, sərf etmir, ona görə? Axı, Abbas Əliyev Azərbaycan dövlətinin adından qərar çıxardır. Yəni  məhkəmə-hüquq sistemi Abbas Əliyevin “dədəsinin fındıq zavodu”  deyil eey!

Abbas Əliyevin nəzərinə çatdırmaq istəyirik ki, 2003-cü ildə hörmətli İlham Əliyev birinci dəfə ölkənin Prezidenti seçiləndə ilk müsahibəsində demişdir: “Biz mağara psixologiyası, feodal təfəkkürü düşüncəsi ilə heç nəyə nail ola bilmərik. ”Başa düşdünmü, cənab ədalət mühakiməsinin hakim Abbas Əliyev?

Cənab İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında qeyd etmişdi ki, bu bina Ədalət Sarayı olmalıdır. Abbas Əliyev, sən və sənin kimi  hakimlər  məhkəməni Ədalət Sarayına deyil e, məhkəmələri “özününküləşdirib güllü dərə”yə döndərmisiniz. Özün də feodal yox ee, ibtidai icma quruluşu psixologiyası ilə qərar verirsən. Bir sözlə, dövlətin verdiyi  DAŞDAN KEÇƏN ÇIXARIŞ səndən keçmir, ay Abbas Əliyev.  

Yuxarıda, yazının girişində əbəs yerə qeyd etmədim ki, sizin “persona”nıza maraq yarandı məndə. Niyə?

Siz 1990-cı ildə ADU-nun hüquq fakültəsini bitirdikdən sonra 8 il harada “papağı günə verməyiniz” özünüzə bəllidir. 1998-ci ildə “Güzdək” MMC-də hüquq təcrübəsi keçməyə başlamısınız. Yəni sizin hüquq anlayışınız  daş karxanasından o tərəfə keçmir.

Abbas Əliyev, 2010-2018-ci illərdə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi olarkən törətdiyin avtomobil qəzasının səs-küyü hələ də qulaqlardan getməyib.İdarə etdiyin  avtomobillə Bakı şəhər Nobel prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sahibkarın 10-TG-776 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkət istiqamətinə çıxaraq hər iki avtomobilin toqquşmasına səbəb olmuşdun. Hadisənin baş verməsi anını küçədə quraşdırılmış müşahidə videkameraları qeydə almışdır.

O zaman  bütün media  yazdı ki,  Abbas Əliyev sahibkardan 19.000 manat pul tələb edir, guyaki maşına ciddi ziyan dəyib. Halbuki, video görüntülərdəndə görünürki, sürət həddi çox aşağı olmuşdur. Media onu da yazdı ki,  hakim Abbas Əliyev sahibkara  xəbər göndərmiş, “nə aşağı, nə yuxarı 7.000 manat ödə canın qurtarsın” demişdi. “Yoxsa bütün məhkəmə orqanları, polislər məni çox yaxşı taniyir və mənim həmkarlarımdır. Hara getsən söz mən deyən olacaqdır”.

Bir sözlə, Abbas Əliyev, özünə çox arxayın olub, Azərbaycan dövlətinin adından  “fındıq-qoz” qərarlar qəbul etməklə məqsəd nədir? Yoxsa vətəndaşlarda haqlı narazılıq yaratmaqla, onu ölkəsindən-dövlətindən, onun qanunlarından incik salmaq? Bütün bunlara rəğmən, Qəbələ rayon Məhkəməsinin sədri Abbas Əliyevin qanuna zidd hərəkətləri barədə, ölkə rəhbərliyinə, aidiyyəti hüquq-mühafizə qurumlarına,  İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), hüquq müdafiəçilərinə və digər bir sıra ictimai qurumlara müraciət edilmişdir. Vətəndaşa verilmiş yazılı cavablarda müraciətlərin nəzarətə götürülərək, qanuni tədbir görülməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərildiyi bildirilmişdir. Yəqin ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki  Kollegiyanın sədri Ələddin Məcidov  Abbas Əliyevin  səhvini düzəldəcək və ölkəsinin vətəndaşının ailəsinə məxsus olan xüsusi mülkiyyətə dair pozulmuş  hüquqlarını  bərpa edəcək.Məsələ cəmiyyət üçün aktual olduğuna görə, mətbuatın gündəmində saxlanılır və Şəki Apellyasiya Məhkəməsinin də qərarının qanuna uyğun olub-olmaması ictimaiyyətə çatdırılacaqdır.  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib