Praqa Universitetində törədilmiş terror aktı əksər əlamətləri ilə ADNA terrorunun təkrarıdır
Çexiyanın Praqa şəhərində Çarlz Universitetində David Kozak adlı çex terror törədib. Hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu hadisədən sonra Çexiyada ictimaiyyət terrorda Rusiya izini axtarmağa başlayıb.
David Kozakın bir rus agenti olduğu barədə versiya səslənir. Maraq doğuran başqa məqam budur ki, Çexiyada vaxtilə işğal səbəbindən ruslar və rus dili sevilmir. Yaşlı nəsil bu dili bilsə də, danışmaqdan imtina edir. Gənclər arasında isə rusca bilən, danışan çox azdır, bilənlər də bəlli səbəbdən danışmır. Belə bir halda terrorçunun “Telegram” sosial şəbəkəsində gündəlik kimi istifadə etdiyi kanalında gündəliyi rus dilində yazması xüsusi diqqət çəkib. O, gündəliyində skulşutinq – təhsil ocağı daxilində qətliam törədəcəyini anons belə edibmiş. Bundan sonra Universitetin terrasına çıxan David Kozak snayper silahı ilə nişangaha gələn hər kəsə atəş açıb. Polis 24 yaşlı hücumçunu zərərsizləşdirib.
Praqada baş verən terror aktı 2009-cu ilin aprelində Azərbaycanda yaşanan oxşar terror aktını yenidən diqqət mərkəzinə qaytarıb. Həmin il aprelin 30-da Azərbaycan əsilli Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının binasına daxil olaraq orada terror törətmişdi. Nəticədə 12 nəfər tələbə və müəllim həyatını itirmiş, 13 nəfər isə yaralanmışdı.
Sonradan hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları Fərda Qədirovun gicgahından açılmış atəşlə həyatla vidalaşması qərarına gəlmişdilər. İstintaqın qənaətinə görə, Fərda Qədirov terror aktını törədəndən sonra özünü öldürüb.
ADNA-da baş verən terrordan sonra Fərda Qədirovun da snayper olması qənaətini hasil edən məlumatar vardı.
“Yeni Müsavat” qəzetinin 03.05.2009-cu il tarixli sayında “Fərda Qədirov snayper imiş” sərlöhvəli https://musavat.com/news/ferda-qedirov-snayper-imis_52421.html yazı dərc etmişdik.
Həmin yazıdan sitat: “İstintaqçılar onun qətliam zamanı 33-35 güllə atdığını müəyyənləşdiriblər. Bir neçə gilizin isə binada itdiyi güman olunur. Məlum olduğu kimi, Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Onu tərk-silah etmək istəyən tələbə Savalan Cabbarova isə 6 atəş açaraq qətlə yetirib. Hadisə zamanı zərərçəkənlərdən bir neçəsinə 2 güllə dəyib. Bu məlumatlar əldə ediləndən sonra Fərda Qədirovun tələbə və müəllimlərə açdığı atəşlərin hamısının hədəfə dəyməsi qənaətinə gəlinib”.
Terrorçunun ADNA-da törətdiyi qətliam zamanı yaranmış panikada özünü itirməməsi, onu tərk-silah etmək istəyən Savalan Cabbarova 6 atəş açaraq öldürməsi, silahla davranışı bir daha təsdiq edirdi ki, o, xüsusi təlim keçib. Hadisədən sonra terrorda istifadə olunan silahın Rusiya xüsusi xidmət orqanlarının xüsusi üsulla hazırladığı da üzə çıxmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Fərda Qədirov Rusiyada xüsusi təlim keçərək Gürcüstana, oradan isə Azərbaycana göndərilib.
Hərbi ekspert Xaqani Hüseynli də mətbuata açıqlamasında hadisənin analizi zamanı onun əvvəlcədən hazırlanmış terror aktı olması qənaətinə gəldiyini demişdi:
“Hadisənin xarakterindən görünür ki, bu, xüsusi hazırlanmış terror aktıdır”.
X.Hüseynli xüsusi üsulla hazırlanmış “Makarov” tapançasını Fərda Qədirova sifarişçilərin verə biləcəyini də vurğulayaraq demişdi ki, belə silahlar hətta intensiv atəş rejimində çox sayda güllə atmaq qabiliyyətinə malikdir. Fərda Qədirovun uzun müddət Rusiyada yaşaması da bu versiyanın doğru ola biləcəyini söyləməyə əsas verirdi.
Sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Ərəstun Oruclu Praqa terroru ilə bağlı maraqlı status paylaşıb.
“Praqa Universitetində törədilmiş terror aktı əksər əlamətləri ilə ADNA terrorunun təkrarıdır” – bu barədə Ərəstun Oruclu öz feysbuk səhifəsində yazıb.
O, terrorun törədilməsində məqsədin təkcə təhdid və xəbərdarlıq olmadığını yazır: “Bu, həm də testdir. Testin nəticəsindən asılı olaraq ya Avropa ölkələri boyu terror dalğası yayılacaq, ya da bu, sonuncu addım olacaq. Terror həm də müharibədir, müharibənin isə öz qaydaları var. Onun əsas qaydası budur ki, düşmən məhv edilməlidir. Praqaya gəlincə, Çexiya paytaxtı sıradan bir şəhər deyil. Kommunist bloku dağıldıqdan və Şərqi Avropada baş verən siyasi və iqtisadi dəyişikliklərdən sonra Avropanın əsas mərkəzlərindən birinə çevrilib. Başqa sözlərlə desək, Praqa əks düşərgələrin siyasi, diplomatik, hərbi və kəşfiyyat maraqlarının toqquşduğu mühüm nöqtələrdən biridir. Bu da o deməkdir ki, Praqa terrorunun arxasında kimin dayandığını və mesajın nədən ibarət olduğunu hər kəs bilir. İndi qalır adekvat reaksiya vermək. Belə hallarda ən adekvat reaksiya isə terrorun sifarişçisinin bu ölkədəki şəbəkəsinə ağır zərbə endirməkdir. Yəni terror aktının sifarişçisinin Çexiyadakı casus şəbəkəsinə sözün əsl mənasında dağıdıcı və öldürücü zərbələr endirmək. Yalnız bu yolla terrorçuları hisslərinə qaytarmaq olar. Əks halda sabah nə olacağı aydın deyil. Müharibə təkcə bacarıq və iradə deyil, həm də ilk növbədə qətiyyət və cəsarət tələb edir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun 2024 12:50
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 2024 18:56
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 2024 16:35
- Sumqayıtın İcra başçısından Prezidentə AÇIQ ŞİKAYƏT - İş adamlarının 3 milyon manatlıq borcu qaytarılmır
26 may 2024 18:12
- Davamlı sülhə yönəlmiş addımları alqışlayırıq - Bayden
25 may 2024 18:32
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 2024 09:49
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 iyun 17:42
- Prezident onları təltif etdi - Siyahı
01 iyun 14:43
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
01 iyun 14:38
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 12:50
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 14:17
- Barəsində açıq cinayət işi olan Gündüz Əliyev xarici ölkəyə necə gedib-gəlir? - MÜƏMMA
29 may 14:13
- Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
29 may 11:11
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28
- “Müharibə veteranlarına verilən 80 manatı qaldırın
27 may 16:13
- Leyla Əliyeva Berlin zooparkında - Fotolar
27 may 12:09
- Putin Özbəkistanda - Görüntülər
27 may 08:30