ABŞ-Meksika sərhədində narkotik tunelləri

Gəlirli ABŞ bazarına daxil olmağa çalışan narkotik qaçaqçıları qaçaq mallarını ölkəyə keçirə bilmək üçün bir çox yeni gizli yol açıb. Bunlara ABŞ-Meksika sərhədində uzun və qabaqcıl tunellər qzmaq daxildir.
Qeyri-qanuni marixuana ticarəti ilə məşğul olanlar üçün onu nəql etməyin ən populyar yolu tunellər vasitəsilədir. 1990-cı ildən bəri ABŞ-Meksika sərhədində 220-dən çox bu cür tunel aşkar edilib. Buna ABŞ-ın San Dieqoda yerləşən Səhdəd Patrul Xidmətinin nəzarət etdiyi ərazidə tapılan 60 tunel də daxildir.
İdarəninin sözçüsü Hose Hernandez narkotik qaçaqçılarının nə üçün məhz bu ərazini seçdiklərini izah edir.
“Bura sənaye ərazisidir. Burada bir çox anbar var və buradan günün hər saatında çox sayda yük maşını keçir. Bu səbəbdən qaçaqçılar da elə burada gizlənir”, deyə o bildirir.
Amerika tərəfində yük maşınlarının daimi səsi və Meksika tərəfində daim aparılan şəhərsalınma işləri tunellərin qazıntı işlərinin gizli aparılması üçün əlverişli şərait yaradır. Narkotik qaçaqçıları tunelləri qazmaq üçün lazım olan heç nəyi əksik etmir və hər tunel üçün təxminən 2 milyon dollar xərcləyir.
Bu 20 metr dərinliyi olan Qalvez tunelidir. Bu tuneldə qatar relsləri, işıq və hətta telefon sistemi var.
Tunel sərhəd divarı altından keçir və 70 metr uzunluğundadır. O, drel və kürəklər vasitəsilə qazılıb. Tunel qazıntı işləri bitmədən dövlət orqanları tərəfindən aşkar edilib. Onun yerini müəyyən etmək üçün Sərhəd Patrul Xidməti bir sıra mürəkkəb alətlərdən, o cümlədən torpağı dəlib keçə bilən radarlar və sensorlardan istifadə edir.
Lans LeNuar San Dieqo Tunel Tapmaq Komandasına başçılıq edir. Bu komandanın üzvəri “tunel sıçovulları” adlanır. LeNuar deyir ki, qaçaqçılar bu tunellərdən marixuana keçirtmək üçün istifadə edir. Onların keçirməyə çalışdıqları marixuana böyük miqdarda olur və bu səbəbdən də onları narkotik maddələri aşkar etmək üçün xüsusi təlim keçmiş itlər və sərhəddəki digər təhlükəsizlik yoxlanışlarından keçirmək çətindir.
Marixuana qaçaqçılığı səbəbilə sərhəd patrul xidmətininin işçilərinin işi çox olur.
“Onlar Meksika ilə sərhədimizə çox yaxın yerdə 13 şəxsi ələ keçiriblər. Onlar ayaqyoluda yerin altında tunelə giriş aşkar ediblər. Tunelə hidravlik lift sistemi vasitəsilə enmək olur”, LeNuar deyir.
ABŞ dövlət orqanları aşkar etdikləri tunelləri bağlayır.
Lans LeNuar: “Biz yerə “X” işarəsi qoyuruq, sonra yeri deşib, tuneli sementlə doldururuq”.
2007-ci ildən 2015-ədək ABŞ Milli Təhlükəsizlik Nazirliyi tunelləri sementlə bağlamaq üçün 8,7 milyon dollar xərcləyib. Meksikanın Milli Təhlkəsizlik Nazirliyi isə fərqli üsuldan istifadə edir.
“Adətən onlar tunelin girişini zibillə doldururlar”, deyə Hose Hernandez bildirir.
Bu üsul Meksika və ABŞ rəsmiləri arasında münaqişə mənbəyidir, çünki bu üsulla məsələ kökündən həll olunmur. Meksika tərəfində azı altı tunel yenidən açılıb. Dövlət orqanları sementdən istifadə etməyə pullarının olmadığını deyir.
Lakin iki ölkə tunellərin və qaçaqçıların qarşısını almaq sahəsində əməkdaşlıq etməyə davam edir. Birləşmiş Ştatlar qeyri-qanuni narkotikləri və narkotik qaçaqçılığını ölkənin sağlamlıq və təhlükəsizliyinə hədə olaraq görür ("Amerikanın səsi").
- Azərbaycanlı alim Baydenlə Harrisin böyük eybindən yazdı
21 yanvar 2021 15:01
- Xruşşov İmam Mustafayevə zəng edərək rus qızını zorlayan...
17 yanvar 2021 16:18
- Şahlar Əsgərov KAMİLLİK əmsalını tapıb = ?
17 yanvar 2021 15:10
- Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları görüşdü
12 yanvar 2021 20:49
- 2 günlük Zəngilan səfəri - VİDEO
10 yanvar 2021 15:10
- Azərbaycanda bələdiyyə sədri narkotikdən öldü ŞOK
7 yanvar 2021 14:00
- Meksika gözəli intihar etdi - Fotolar
6 yanvar 2021 15:41
- Naxçıvandan Almaniyaya 24 kq narkotik aparılmasının qarşısı alındı
17 dekabr 2020 13:28
- Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanıldı
27 noyabr 2020 11:30
- İlham Əliyev “BBC News”a müsahibə verdi
9 noyabr 2020 17:48
- "Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ..?"
23 yanvar 21:24
- Prezidentimiz, Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə...
23 yanvar 20:58
- ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml qəzəbləndi
23 yanvar 20:49
- Ermənilər Zəngilanda məzarlığı dağıdıb...qızıl dişləri VİDEO
23 yanvar 17:40
- Polad Bülbüloğlu atasının Şuşadakı evində - Fotolar
23 yanvar 17:18
- Oxatay Əsədovun xanımının "Kapriz"i təmir olundu - VİDEO
23 yanvar 13:37
- Putin sən OĞRU-san, rədd ol ÇAR - CANLI YAYIM
23 yanvar 13:24
- "Peyvənd olunmağımın üstündən 16 saat keçir, amma...” - Professor yazdı
23 yanvar 13:13
- Bakıda 18 yaşlı oğlan qonşusunu boğub öldürdü
23 yanvar 12:57
- Putin məmur təyinatında yaş həddini ləğv edir
23 yanvar 12:43
- Navalnı uğrunda Ümumrusiya aksiyalarıı: “Rədd olsun çar!” (VİDEO)
23 yanvar 10:57
- Təhsil naziri direktordan danışdı: Necə oldu ki, bu adam direktor oldu?
23 yanvar 10:50
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi O-nu da saxladı
23 yanvar 10:44
- Azad Rəhimov komaya düşdü – ABŞ-dadır
22 yanvar 22:46
- Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
22 yanvar 22:27
- Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
22 yanvar 21:39
- Masallıda Baş həkim həbs edildi
22 yanvar 21:28
- Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili oldum - VİDEO
22 yanvar 19:12
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 18:38
- Tbilisidə məktəblər bu tarixdə açılacaq
22 yanvar 18:03
- Fevralın 1-dən kurslar və repetitorlara icazə veriləcək
22 yanvar 15:23
- Dərslər Bakda həftədə 3 dəfə olacaq
22 yanvar 15:08
- Fevralın 1-dən tədris əyani formada bərpa olunur - Rəsmi
22 yanvar 14:33
- Ukraynada matəm elan edildi
22 yanvar 11:04
- Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Aksiya
22 yanvar 11:00
- Şəmkirdə jurnalisti öldürən şəxs tutuldu
22 yanvar 10:27
- Kanadanın General-Qubernatoru istefa verdi
22 yanvar 10:03
- "Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında..."
22 yanvar 09:52
- Azərbaycan əsgəri MINAYA düşərək şəhid oldu
22 yanvar 09:44
- Şəmkirdə jurnalist öldürüldü - Foto
22 yanvar 09:33