“Qəzetlərdə koronavirusdan ölənlər üçün 13 səhifə yer ayrılmışdı” - İtaliyada yaşayan azərbaycanlı
Koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkənin İtaliya olduğunu desək, yanılmarıq. 70 minə yaxın insanın koronavirusa yoluxduğu ölkədə son sutka ərzində 743 nəfər ölüb. İtaliyada koronavirusdan ölənlərin ümumi sayı isə daha dəhşətlidir - 6820! Appeninlilər bu acı statistika ilə 186 ölkə arasında ilk pillədə qərarlaşıb.
"Qafqazinfo"ya danışan İtaliyada təhsil alan həmyerlimiz Pərvin Bağırova oradakı mövcud durumdan bəhs edib.Boloniya Universitetinin tələbəsi iki ildir İtaliyada yaşayır və bu müddət ərzində yerli sakinləri bu qədər təlaş və qorxu içində görmədiyini deyir:
"Mən Riminidə yaşıyıram, virusun yayılan bölgələrindən birindəyəm. Bilirsiniz ki, burada hadisələr sürətlə inkişaf etdi və 22 mart tarixinə təsdiqlənmiş rəqəmlər 651 ölüm ilə hələ də pikdə qalmaqdadır. Bu gün ölənlər arasında Romadan olan 34 yaşlı gənc də var. İnsanlar daha çox İtaliyada yaşlı insanların öldüyünü düşünür, amma əsla elə deyil. Ötən gün isə 793 ölüm qeydə alınıb. Ölüm sayına görə İtaliya artıq Çini də keçib. Xəstəxanalarda olan ağır dərəcəli insanların sayını nəzərə alan ekspertlər bu həftə ölüm halının daha çox olacağını proqnozlaşdırırlar".

Azərbaycanlı tələbə İtaliyada vəziyyətin necə bu həddə gəlməsindən də bəhs edib:
"Əslində ilk yoluxma faktı 31 yanvarda Romadan olan çinli cütlükdə qeydə alınıb. Daha sonra Lombardiya bölgəsindən ilk yoluxma faktı ilə bağlı xəbər gəldi və fevralın 22-də ilk ölüm hadisəsi qeydə alındı. Martın əvvəlində isə koronavirus artıq bütün regionlarda sürətlə yayılmağa başladı. Sözsüz ki, ən çox sarsılan Lombardiya bölgəsidir, hansı ki, ilk olaraq burada 38 yaşlı italyanın pozitiv nəticələri çıxır, sonra onun həyat yoldaşı da xəstəxanaya yatırılır. Belə deyilir ki, italyan çinli biri ilə ünsiyyətdə olubmuş. Hətta təsəvvür edin ki, o italyanı yoxlayan həkim də bu virusa yoluxur. Sonra Milanda yayılmağa başlayır, Veneto, Emilia-Romayna, Latsio bölgələrindən də yayılma təsdiqi gəldi və bundan sonra sürət artdı. Həmin ərəfədə Milanda moda həftələri var idi. Bu da yayılmaya az təsir etmədi. Xeyli sayda çinli turist gəlmişdi ki, bu da virusun yayılmasının sürətini artırdı".
.jpg)
Həmyerlimizin sözlərinə görə, italyanlar çox istiqanlı millətdir, ailəsi, dostları ilə daim görüşmək, əylənmək, yemək süfrələrində saatlarla söhbət etməyi sevirlər. Bu xəbərlər yayılanda ilk vaxtlarda italyanların vecsiz davranması, inanmaması məhz belə bir kəskin hala gətirib çıxartdı:
"İlk olaraq universitet, məktəblər bağlandı və insanlar sanki tətildədirlər kimi gəzintiyə çıxmağa başladılar. Küçələrdə çox insan var idi. Mənim yaşadığım Rimini insan axını ilə dolu idi. Eyni zamanda Lombardiya bölgəsində xəbər yayıldıqdan sonra başqa regionlarda yaşayanlar Lombardiyanı tərk edib evlərinə axın etdilər və beləliklə şimaldan cənuba yayılmağa başladı. 8 mart tarixində ölkənin Baş Naziri Cüzeppe Konte Lombardiya və 14 regionda karantin elan etdi. Bu ərazilər qırmızı zona adlandırıldı. Karantini pozanlara 206 avro cərimə və 3 aya qədər həbs cəzası tətbiq edildi. Təhsil ocaqları dayandıqdan sonra eyni zamanda bütün ictimai tədbirlər təxirə salındı. Təcili tibbi yardım çağırmamaq və xəstəxanalara getməmək tapşırıldı".
Axşam saatlarında Rimini küçələri
Pərvin Bağırova bildirir ki, qadağalara rəğmən yerli sakinlər yenə vecsiz davrandılar Və nəticədə xəstəxanalarda acı mənzərə yarandı:
"Koronavirus pandemiyasına yoluxanların sayı çoxaldıqca xəstəxanalar o qədər doldu ki, artıq yer, tibbi avadanlıq olmadığından həkimlər insanlar arasında seçim etməyə məcbur qaldılar. "Kimi xilas edə bilərik?" sualı qarşısında daha cavanlara üstünlük verdilər. Bilirsiniz, əslində heç bir ölkə toplum müraciətə hazır deyil, xüsusən pandemiyada, vaksin yox, avadanlıq çatmır, insanlar sadəcə nəfəs almaq üçün avadanlığın növbəsinin ona yetişmədiyi üçün dünyasını dəyişdi. Virusun ən çox yayıldığı bölgələrdən olan Berqamoda isə artıq məzarlıqlarda yerin olmadığından cəsədlər digər bölgələrə aparılır. Bundan sonra martın 10-da Cüzeppe Konte bütün İtaliyanın karantinə alınmasını elan etdi. Təbii ki, həm ölkə xarici, həm daxili gediş-gəliş qadağan edildi. Uçuşlar dayandırıldı. Bu ərəfədə insanların təlaş yaşadığı anlar marketlərin boşaldığı məqamlar idi. Çünki hər kəs evdə qalmalı idi. Hətta bir neçə bölgələrdə türmələrdə üsyanlar qalxdı. Həbsdən qaçan məhkumlar da olub".

Həmsöhbətimizin sözlərinə görə, artıq İtaliyada bütün küçələr boşdur. Koronavirusdan ölənlərin kimliyi ilə bağlı məlumatlar isə qəzetlərdə dərc olunur:
"Artıq hər yerdə küçəyə çıxmaq qadağan edilib. Bütün kafe, restoranlar bağlanılıb. Yalnız market və apteklər açıqdır. Bunlardan gün ərzində istifadə etmək üçün özünüzlə xüsusi icazə bildirişi gəzdirməlisiniz. Fövqəladə vəziyyət elan edildikdən sonra küçələr boşdur, axşam saat 18:00-dan sonra demək olar ki, heç kimi görmək mümkün deyil. Marketlərdə qaydalar tətbiq edilib, müştərilər arasında məsafələr qeyd edilib. Hər kəs tibbi maska, əlcək taxır. İstisnalar olsa da, 95 faizi buna əməl edir. Küçələrdə polis patrul maşınlarını daim görmək olar. Şirkətlər çoxu bağlıdır. Bir çoxunun işçiləri evdən çalışmağa davam edir. İtaliya qəzetlərində koronavirusdan ölənlərin elanları yerləşdirilir. Ölən adamları tanımaq istəyənlər məlumatları qəzetdən oxuyurlar. Təkcə 13 mart tarixində qəzetlərdə ölənlər üçün 13 səhifə yer ayrılmışdı.

Lakin buna baxmayaraq, insanlar həmrəy olmağa çalışır, hər yerdə bayraqlar asılıb, eyvanlarda nəğmələr söyləyirlər, insanlarda ruh yüksəkliyini az da olsa saxlamağa çalışırlar".
Emin Səfərov
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
