Bələdiyyə sədrinin qatili Zakir Fərəcovun adamı olub

Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başlayıb. Bu da təsadüfi deyil. Z.Fərəcov 1999-2004-cü illərdə Sumqayıt bələdiyyəsinin sədri olduğu vaxtlarda adı dəfələrlə neqativ məsələlərdə, hətta kriminal olaylarda keçib.
Onun adı heç icra başçısı olduğu dövrlərdə də yaxşı işlərdə hallanmayıb. Vaxtaşırı bu qalmaqallı başçısının ismi ən müxtəlif neqativ olaylarda çəkilir. Bu qətl olayında da Zakir Fərəcovun adı çəkilir. Belə söhbətlər gəzir ki, istintaq obyektiv aparılsa, işdə Zakir Fərəcova aparan kifayət qədər ipucları var. İcra başçısının istintaqa çağırılacağı da istisna deyil.
Cumhuriyyet.az yazır ki, Əbilhəsənovların qətli ilə bağlı həbs olunan 35 yaşlı Fədai Hüseynovun məhkəməsində ilginc faktlar açıqlanıb. F.Hüseynovun indiyədək açıq qalan 3 cinayət işi olması ilə yanaşı onun V.Əbilhəsənovanın sürücüsü və tapşırıqlarını yerinə yetirən şəxs olduğu üzə çıxıb. Eyni zamanda bu dəhşətli qətldə torpaq satışı amilinin rol oynaması Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da adını dolayısı ilə bu işə bağlayan məqamlar ortaya çıxarır.
Əvvəla, məlum olur ki, Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib, qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, ötən il mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb. Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini dava etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir.
Baş verən dəhşətli qətl işində Z.Fərəcovun adının çəkilməsinin bir səbəbi isə bu il aprelin 29-da moderator.az saytında dərc olunan “Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır” sərlövhəli yazıdır. Şikayətçi Fikrət Məmmədovun məktubu əsasında hazırlanan həmin yazıda Saray bələdiyyəsində baş verənlərdən bəhs olunur. Torpaq alverində icra başçısı Zakir Fərəcovun qohumu Elgiz Fərəcovun, onun dostu kimi qatil Fədai Hüseynovun, qardaşı Vüqar Hüseynovun və Vəsilə Əbilhəsənovanın adları hallanır. Tamailə mümkündür ki, qətl torpaq mübahisəsi zəmnində baş verib. F.Məmmədovun moderator.az-da göndərdiyi məktubunda o prezidentə müraciətlə yazır: “Bələdiyyə sədri Vəsilə xanımın fəaliyyətini yoxlamaq kifayətdir ki, bələdiyyələrin vətəndaşların başına hansı oyunları açdıqlarını faktlarla müəyyənləşdirmək mümkün olsun. Vəsilə xanım uzun illərdir Saray bələdiyyəsi sədrinin müavini, indi də sədri seçilib. Xanım sədr torpaqları bölüşdürməkdə və satmaqda xüsusi mütəxəssisdir. Vəsilə xanım bu xüsusi qabiliyyəti sayəsində bu yaxınlarda Saray kəndində, “Şamlıq” deyilən ərazidə Abşeron rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Elgiz Fərəcovla əlbir olaraq əhaliyə paylanan 2 hektar pay torpağını öz sürücüsü Ziyadxanın adına sərəncam verərək saxta yolla özəlləşdirdikdən sonra Elgizin yaxın dostları olan Vüqar və Fədai Hüseynov qardaşlarının əli ilə satışa çıxarıb. “İşgüzar” sədrin fəaliyyəti bununla bitmir. Xanım bələdiyyə sədri Elgiz Fərəcovla Hüseynov qardaşlarının əliylə qanunsuz silahlı dəstə saxlaması isə dəhşət doğurur. Bu dəstə kənd ərazisini gəzərək xoşlarına gələn torpaq sahələrinin sahiblərinə hədə-qorxu gəlməklə dəyərindən 2-3 dəfə aşağı qiymətə alırlar. Xanım sədr həmin torpaqları Elgizlə birlikdə saxta yolla sənədləşdirərək yenidən baha qiymətə satışa çıxarırlar. Nəticədə xanım sədr Saray qəsəbəsi ərazisində bir qarış da olsa boş torpaq qoymayıb. Xanım sədrin xeyir-duası ilə Elgiz və onun dostları Vüqar və Fədai qardaşları kənd ərazisində yerləşən “Üç qardaş” marketinin yanında bir hektardan artıq torpağı da zəbt edərək heç bir sənəd olmadan fərdi yaşayış evləri tikməklə ayrı-ayrı adamlara satır. Bundan əlavə Elgizlə Vüqar Saray ərazisindən keçən beton kanalı torpaqla dolduraraq satışa çıxarıb. Cənab prezident! Yuxarıda adlarını qeyd etdiyim insanların çirkin əməllərindən 20 aprel 2015-ci ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyimizə görə 25 aprel tarixində Xırdalan şəhərində həmin qoçu dəstəsinin üzvləri Vüqar, Fədai və Nuru qardaşlarının başçılığı altında 8-9 nəfərlik dəstənin hücumuna məruz qaldıq. Onlar qəflətən mənim və yanımda olan bacımoğlunun, qardaşımoğlunun üzərinə hücum edərək bizi hədələdilər, üstümüzə bıçaq çəkərək ölümlə hədələdilər. Tələbləri də bu olub ki, adıçəkilən quruma etdiyimiz şikayəti geri götürməsək bizi ailəlikcə məhv edəcəklər. Xoşbəxtlikdən yaxınlıqda olan insanların köməkliyi ilə həmin quldur dəstəsinin əlindən qaçıb canımızı qurtara bildik. Bu barədə DİN-in 102 xidmətinə zəng etdik. Amma hələ də cinayətkarlar azadlıqda gəzərək bizi hədələməkdə davam edirlər. Möhtərəm prezident! Sizdən xahiş edirik ki, bu cür harınlamış məmurların saxladıqları qoçu dəstəsinin qəzəbindən bizim ailəni və Saray qəsəbə sakinlərini xilas edəsiniz”.
Bu arada daxil olan məlumata görə, iki nəfərin qətli ilə bağlı istintaq işində bütün bu məqamların nəzərə alınacağı və araşdırmaların da məhz bu istiqamətdə gedəcəyi gözlənilir. Ehtimal olunur ki, qətl işinin materialları Abşeron Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna veriləcək. Bu addımın işin Abşeron rayon Prokurorluğunda obyektiv araşdırılmasının qarşısının alınmasına ola biləcək təsirlərin aradan qaldırılması üçün atılacağı gözlənilir.
Göründüyü kimi Z.Fərəcovun adının bu dəhşətli qətl işi ilə bağlı gündəmə gəlməsini şərtləndirən çox ciddi məqamlar var və yəqin ki, həm icra başçısı, həm də onun yaxın ətrafı çox ciddi suallara cavab verməli olacaqlar. (musavat.com)
Oxşar xəbərlər
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 2025 09:58
- Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı – ŞOK detallar üzə çıxdı
14 iyul 2025 01:10
- Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak oldu
13 iyul 2025 19:53
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 2025 09:40
- Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar
13 iyul 2025 00:55
- Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK
12 iyul 2025 19:44
- Aİ-də nə qədər insan yaşayır? - Ən çox əhaliyə sahib ölkə bəlli oldu
12 iyul 2025 17:42
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 2025 14:35
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 2025 14:28
- Ukrayna hərbi kəşfiyyatı Sibirdə QAZ kəmərini PARTLATDI ...
12 iyul 2025 12:55
Xəbər lenti
- Tramp Putini hədələdi: Hamını aldadır, ona 50 gün vaxt verirəm...
14 iyul 22:43
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 12:58
- Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
14 iyul 11:53
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 11:37
- Çeçen qızı Lauranı Tiflisdə oğurladılar !
14 iyul 10:16
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 09:58
- Putin: Rusiya MƏHV olacaq, ya da , ümumiyyətlə, OLMAYACAQ....
14 iyul 09:05
- Qaranlığa qərq olan Bakı küçələri - TƏHLÜKƏLİ VƏZİYYƏT -VİDEO
14 iyul 08:49
- ABŞ Dövlət Departamentində 1 300 nəfər ixtisar edildi — Zaxarovadan kinayəli reaksiya
14 iyul 01:27
- Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı – ŞOK detallar üzə çıxdı
14 iyul 01:10
- Xocalının bu kəndlərinə İLK KÖÇ olacaq
14 iyul 00:24
- Ət bahalaşdı: Yeni qiymət VİDEO
14 iyul 00:07
- FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?
13 iyul 22:45
- Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
13 iyul 20:51
- Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak oldu
13 iyul 19:53
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11
- Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar
13 iyul 00:55
- Çayda boğulub ölən Səfiyənin - Fotosu
13 iyul 00:05
- ŞOK : Putin Ukraynanın 0.25 FAİZİNİ ələ keçirib və ...1 KV.KM-ə görə 167 ƏSGƏR İTİRİB
12 iyul 21:27
- Hotel dəhşət : Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı VİDEO
12 iyul 20:35
- Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK
12 iyul 19:44
- Şaraa Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
12 iyul 19:34
- Sabirabadda da EHSAN VERİLMƏYƏCƏK
12 iyul 18:42
- Abşeron RİH-nin həbs olunan əməkdaşı: Abdin Fərzəliyev atama bildirib ki, cinayət əməlini oğlun öz üzərinə götürsün, ona köməklik göstərəcəyəm...
12 iyul 18:03
Video & Fotoqalereya
Video
Fotoqalereya