Özbəkistan prezidentinin qızı 13 il türmədə, pulları isə xarici banklarda “çürüyəcək”
Fransa Özbəkistanın keçmiş lideri İslam Kərimovun qızı Gülnarə Kərimovanın 10 milyon dollar dəyərində mülkiyyətini Özbəkistana qaytarıb.
Ovqat.com xəbər verir ki, məlumatı Özbəkistan Ədliyyə Nazirliyi yayıb.
Məlumata görə, Fransa rəsmi Daşkəndin korrupsiya yolu ilə əldə olunduğunu sübuta yetirib geri qaytarılmasını tələb etdiyi həmin vəsaiti Özbəkistan xəzinəsinə yatırıb.
Ötən il isə İsveçrə hökuməti Kərimovanın bank hesabında saxlanılan 130 milyon dolları Özbəkistana geri qaytarmışdı.
Özbəkistan hüquq-mühafizə orqanları Gülnarə Kərimovanın bank hesablarındakı ümumilikdə 1.3 milyard dollar miqdarında vəsaitin korrupsiya yolu ilə əldə olunduğunu iddia edir və onların geri qaytarılmasına çalışır. 
Maraqlıdır ki, bir vaxtlar İslam Kərimovun ən sevimli övladı olan Gülnarənin qələmi hələ atası sağkən qırılmışdı. Gülnarənin özbək xalqını təəccübləndirən açıq-saçıq fotolar paylaşması ilə başlayan gözdəndüşmə prosesi öz atasının hakimiyyəti dövründə ev həbsinə atınması ilə nəticələnmişdi. Ərköyün qızın bu qərara qarşı “azadlıqsevər üsyanı” – evdəqalma tələbinə əməl etməməsi özbək milli təhlükəsizlik orqanlarının sərt müdaxiləsinə yol açmışdı. Özünün iddiasına görə, özbək DTX-sı şahzadəni təhqiramiz formada və zorakılıqla sakitləşdirə bilmişdi.
Bir çoxları Gülnarənin öz atasının qəzəbinə gəlməsini ailədaxili çəkişmələrin təbii nəticəsi kimi də qiymətləndirirdilər. İddialara görə, İslam Kərimovun ikinci arvaddan olan uşaqları ögey bacılarının “ən sevimli qız” olmasını həzm edə bilmir və onun ayağının altını qazmaq üçün fürsət axtarırdılar. Gülnarə isə prezident və özbək qızına yaraşmayan paylaşımları ilə bu fürsəti doğma rəqiblərinə vermişdi. Onlar da İslam Kərimovdan “pulun qudurtduğu” bacılarının cəzalandırılmasını istəyirdilər və qısa zamanda buna nail də ola bilmişdilər.

Şəkildə: Lola Kərimova
Gülnarənin əsl “qara günləri” isə İslam Kərimovun ölümündən sonra başlayacaqdı. 2016-cı ilin avqustun 27-də İ.Kərimovun vəziyyəti qəfildən pisləcək və o, xəstəxanaya yerləşdiriləcəkdi. Prezidentin səhhəti ilə bağlı məlumatları isə digər arvaddan olan Lola Kərimova özbək xalqına çatdıracaqdı. Lola Kərimova həmin vaxt atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bu həm də ata Kərimovdan sonra taxtın kimə keçəcəyinin elanı idi. Baxmayaraq ki, Kərimovdan sonra Özbəkistanda hakimiyyətə ayrı soyad daşıyan biri - Şavkat Mirziyayev gələcəkdi.
2016-cı ilin 2 sentyabr tarixində bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov vəfat etmiş və özbək patriarxının ili çıxmamış Gülnarənin məhkəmə prosesi başlamışdı. Özbək şahzadəsi həmin məhkəmədə korrupsiya, çirkli pulların yuyulması və sənəd saxtakarlığı kimi cinayətlərdə ittiham edilmiş və məsuliyyətə cəlb olunmuşdu. Məhkəmə prosesi zamanı Kərimovanın qeyri-qanuni yolla əldə etdiyi 1,3 milyard dollarlıq sərvətini xaricdə çıxardığı müəyyənləşdirilmişdi. Beləcə, həmin sərvətlərin geri qaytarılması prosesinə start verilmişdi.
Gülnarə Kərimova 2017-ci ildə başa çatan məhkəmədə korrupsiyada ittiham olunaraq 10 il azadlıqdan məhrum edilsə də, sonradan özbək ədalət sistemi “humanizm” göstərərək onun bu cəzasını 5 il ev dustaqlığına çevirmişdi. Keçən il ev dustaqlığı qaydalarını pozduğuna görə o, yenidən dəmir barmaqlıqlar arxasına göndərilmiş, iki ay əvvəl isə cəzası 13 ilə qaldırılmışdı.
Həbsdə yatdığı bu müddət ərzində Kərimova “ağıllanmış”, özbək xalqına müraciət edərək üzr istəmiş, 1 milyard avrodan çox sərvətini geri qaytardığını bəyan etmişdi. Amma belə görünür ki, özbək ədaləti Kərimovanın azadlığını daha qiymətli hesab etdiyindən 1 milyard avroyla razılaşmaq istəmir. Keşmiş prezidentin qızının bu azadlığı neçəyə satın ala biləcəyi isə bəlli deyil. 
Gülnarə Kərimovanın bütün sərvətinin geri qaytarılması isə belə görünür ki, Özbəkistan hüquq mühafizə orqanları üçün asan başa gəlməyəcək. Çünki Kərimova da ingilis ağlına üstünlük verir və bütün yumurtaları eyni səbətə yığacaq qədər sadəlövh deyil. Şahzadənin qanunsuz yolla əldə etdiyi sərvətlərini 12 ölkəyə yatırdığı iddia olunur. Özbəkistan isə yalınız iki ölkədən istədiyini geri qaytara bilib. Onun da hamısını yox.
Qısası, bizim bir çox məmurlarımız kimi Kərimovanın da xalqından oğurladığı sərvətlərini yad ölkələrin iqtisadiyyatını çiçəkləndirdiyi halda, özü öz ölkəsinin həbsxanalarında ömür çürütməyə məhkumdur. Bu da sizə “çoxbilmişliyin” axırı.
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
5 mart 2026 13:53
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
