Təkcə Masallıda gündə 8-10 nəfər koronavirusdan ölür
Cəmiyyət6 sentyabr 2021 00:31
Son aylar bütün Azərbaycanda olduğu kimi cənub rayonlarında da koronavirusa yoluxmada ciddi artım hökm sürür. Yoluxmalarla yanaşı ölümlər də artır və Masallıda, Astarada hər gün ölümlər qeydə alınır.
Koronavirusdan bu günlərdə ərini itirmiş qadın "Azadlıq” radiosuna deyir: "Ailəmizin bütün üzvləri koronavirusa tutulmuşdu. Gözləniləmədən oldu. Heç bilmədik, yoluxma necə baş verdi. Xəstəlik həyat yoldaşımı kəskin tutdu. Müraciət etdik, təcili yardıma. Xahiş etdik ki, onu xəstəxanada yerləşdirsinlər.”
Qadın ağır nəfəs alır. Hıcqırıq onu tutur. Bir qədər fasilə verir. Sonra sözünə davam edir: "Yoldaşımı Masallı xəstəxanasına yerləşdirdilər, 14 gün orada yatdı. Süni nəfəs aparatına qoşdular. Amma onu qurtara bilmədilər. Hələ inana bilmirəm. Elə bir ciddi xəstəliyi də yox idi. İndi digər ailə üzviləri nisbətən yaxşıdırlar. Amma qorxuruq.”
Bu ailə koronavirusa tutulmuş yeganə ailə deyil. Hər gün Astara rayonunda koronavirusdan ölənlər barəsində məlumatlar yayılır. Sentyabrın 1-də təkcə Astara şəhərində 2 nəfər orta yaşlı qadın koronavirusdan vəfat edib. Rayonun kəndlərində də virus yayılmaqdadır.
Astara rayonun Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlunun dediyinə görə ictimai yerlərdə virusa yoluxmuş adamları sağlam adamlardan ayırmaq olmur: "Eşitdiyimə görə, qəsəbəmizdə 24 ailədə virus tapılıb. Təhlükəli vəziyyət yaranıb. Bilmək olmur kim xəstədir, kim sağlam. Belə vəziyyətdə toylar var, ictimai nəqliyyat işləyir. Pensiya verəndə bankomatların qarşısında qələbəlik olur. Bir tədbir görülməlidir. Düzdür, marketlərin, iri ticarət mərkəzlərinin qarşısında polislər durur. Onlar vətəndaşlardan maska taxmağı və COVİD pasportu tələb edirlər...”
Astara rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayevin sözlərinə görə, yoluxma halları artsa da vəziyyət nəzarət altındadır: "Yoluxmanın şiddətli vaxtıdır. Əsas peyvənddir. Peyvənd olunsalar kütləvi yoluxma da olmazdı.”
Həkimin fikrincə, yoluxmanın artmasının səbəbi əhalinin tələb edilən qaydalara əməl etməməsidir : "Məsafə gözləyirdilər, maska taxırdılar, yoluxma da azalmışdı. İndi xəstələr evlərində gizlənirlər, test vermirlər. Vəziyyəti ağırlaşanda artıq gec olur. Xəstələri Masallıya, Cəlilabada, Sabirabada, hətta Qobustana da göndəririk. Əsasən Masallı xəstəxanasına yollayırıq. Hazırda Cəlilabad xəstəxanasında yer var. Problem yoxdur. Ailədə yoluxma halını müəyyənləşdirəndən sonra dərmanla təmin edirik.”
Baş həkim vurğulayır ki, prosesə nəzarət edilir: "Müalicə paketi var . Dağ kəndlərində də yoluxanlar var. Çünki toyda içki içirlər, öpüşürlər. Əhalinin 70 faizini peyvənd eləmişik. Yoluxma 10-15 gündən sonra geri çəkiləcək.”
Regionda fəaliyyət göstərən jurnalist Zahir Əmənov isə deyir ki, Masallı rayonunda da yoluxma yüksəkdir: "Masallı xəstəxanası xəstə qəbul etmir. Ancaq koronavirusa tutulmuş adamlar orada yerləşdirilir.”
Masallı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəşir Bəşirli də təsdiq edir ki, Masallı, Cəlilabad, Biləsuvar rayonlarında kütləvi yoluxma var: "Masallı xəstəxanasında xəstələrin yerləşdirilməsi problemi var idi. Cəlilabad rayonunda xəstəxananı açdılar. İndi xəstələrin yerləşdirilməsi problemi yoxdur.”
Həkim qeyd edir ki, virusu idarə etmək olmur: "Masallı xəstəxanası yoluxanlar üçün mərkəz hesab olunur. Buraya ən çox virusa tutulmuş böyrək çatışmazlığı olan xəstələr yerləşdirilir. Ən çox onların arasında ölüm baş verir. Reanimasiyada ağır xəstələr çoxdur. Hər gün adam ölür. Elə gün olur 5 nəfər, elə gün də olur ki, 8-10 nəfər rəhmətə gedir. Əhali maska taxmalıdır, peyvənd edilməlidir. Vaksin olunanlar xəstəliyi çox rahatlıqla keçirdirlər.”
Qeyd edək ki, Operativ Qərargahın açıqladığı rəqəmlərə görə, son həftələrdə hər gün Azərbaycanda 4 minə yaxın, bəzən daha çox yeni yoluxma qeydə alınır. Onlarla adam ölür. Aparılmış təhlillər göstərir ki, yoluxaraq vəziyyəti ağırlaşanların böyük əksəriyyəti peyvənd olunmayanlardır, o cümlədən ölənlərin 99 faizə yaxını bu kateqoriyadan olanlardır.
Oxşar xəbərlər
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
7 may 2024 00:32
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
Xəbər lenti
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
Video & Fotoqalereya
Video
Fotoqalereya