Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
Vəkil Əziz Qənbərov kənd təsərrüfatı naziri Məcnun Məmmədova açıq məktub yazıb. Vəkil Azərbaycanda kənd təsərrüfatı sahəsində görülən müsbət işləri qeyd etməklə nazirin diqqətinə fermerləri saxta sənəd düzəltməyə sövq edən qaydalardan yazıb.
Nazirə ünvanlanan, surəti Musavat.com-a təqdim olunan açıq məktubunda Əziz Qənbərov yazır:
“Hörmətli cənab nazir! Müraciətimin səbəbi şəxsi deyil. Vəkillik fəaliyyətim ilə bağlı bir çox kəlbəcərli fermerlər mənə müraciət edir ki, onların problemlərini sizə çatdırım. Belə ki, cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının mövsümi qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu, çox ədalətsiz şərt olmaqla bərabər, fermerləri məcbur edir ki, saxta sənəd düzəltsin. Həmin şərtlər aşağıdakılardır.
- 2024-cü ilin aprel ayının 1-dən qeydiyyat başlayır. Qeydiyyatın şərti kimi heyvanların qırxılması və çimizdirilməsi nəzərdə tutulur. Qış qurtarmamış fermer heyvanını necə qırxdırsın, necə çimizdirsin? Bu sualı mən KTN-in baytar mütəxəssislərinə verirəm. Cavabı da yazıram ki, bilsinlər ki, Kəlbəcərə gedən heyvan ən yaxşı halda iyun ayında qırxılır, həmin ayda çimizdirilir. Yazda qoyunu qırxıb Kəlbəcər yaylaqlarına çıxarmaq sürünü məhv etmək deməkdir. Fermerlər zatən yay aylarında özləri heyvanı həm qırxır, həm də çimizdirirlər. Lakin fermerləri məcbur edirlər ki, sən qoyunu bizə qırxdır, bizə çimizdir və Nazirlər Kabinetinin qərarına əsasən da hər qoyunun qırxılması və çimizdirilməsi üçün 2 manat ödə. Baytarlara deyilir ki, gəl qırx görüm indi qırxmaq mümkündürmü və ya çimizdir görək mümkündürmü? Bildirirlər ki, yox, edə bilmərik. Hələ mövsümü deyil. Yaxşı mövsümü deyilsə, aprel ayının 1-də olan qeydiyyata nəyə görə bu sənəd tələb olunmalıdır. O zaman fermerlər məcbur olub saxta sənəd təqdim etməlidirlər.
- Kəlbəcər, Laçın yaylaqlarından başqa digər yaylaqlara da təsərrüfatlar aparılır. Nəyə görə həmin təsərrüfatlardan deyil, yalnız Kəlbəcər və Laçın fermerlərindən bu tələb edilir?
- Digər bir məsələ də yalnız nəqliyyat vasitələri ilə təsərrüfatı aparmaqdır. Hesab edək ki, bir fermerin 250 baş xırdabuynuzlu heyvanı var. Həmin təsərrüfatı Kəlbəcərə aparmaq üçün fermer aşağıdakı xərcləri məcburi çəkməlidir.
250(baş qoyun)X 2 manat=500 manat çimizdirmək xərci;
81 hektar yaylaq sahəsinin hər hektarına görə 2 manat ödəniş tələb olunur = 160 manat icarə haqqı;
250 baş qoyunu Kəlbəcərə aparmaq üçün 5 “Kamaz” lazımdır. Keçən il bir “Kamaz” Kəlbəcərə heyvanları 800 manata aparıb. Deməli fermer 250 qoyunu Kəlbəcər yaylağına aparmaq üçün 5 “Kamaz” sürücüsünün hər birinə 800 manat ödəməli, 4 min manat buna görə xərc çəkməlidir. Hələ heyvanları 3 ay sonra yaylaqdan qaytarmaq üçün əlavə 4 min manat da xərcləməlidir.
Hörmətli cənab nazir!Bu halda 1 fermer 250 baş qoyunu yaylağa aparması üçün 8 min 660 manat pul xərcləməlidir. Bu fermerlərə yaradılmış inzibati əngəllərlə bağlı xərcdir. 1 fermer il ərzində çoban, fəhlə saxlamağa, digər zəruri xərcləri çəkməyə 20 min manat xərcləməlidir. Bu isə fermerlərin illik qazanclarının əhəmiyyətli hissəsinin əllərindən alınması deməkdir.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərə məskunlaşma ilə bağlı stimullaşdırıcı tədbirlər görməyi tapşırdığı bir vaxtda bu inzibati əngəllər işğaldan azad edilmiş rayon sakinlərinin qayıdışına ciddi əngəldir. Çünki Kəlbəcər və Laçın rayonlarının camaatının əksər hissəsi fermer təsərrüfatı ilə məşğuldurlar.
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28