Tanınmış yazıçı Mehriban xanım Əliyevaya müraciət etdi
Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvi, həkim-kardioloq, kecmiş hərbi qulluqçu Qalib Bağırov ( Qalib Şəfahət) tərəfindən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
AÇİQ MƏKTUB
Hörmətli Mehriban xanım!
Artıq Respublikamızda intaharların sayı artıb. Bunun səbəbi çox sadədir desək yanılmarıq. Məmur özbaşınalıqları, cəmiyyətin insanlara qarşı laqeyidliyi.
Haqsızlıq o qədər baş alıb gedir ki, insanlar haqlarını tələb edə bilmirlər. Hətta, özbaşnalıqdan əziyyət çəkən insanlar canlarına qəsd etməkdən belə çəkinmirlər. Artıq cənablara müraciət etməyin heç bir faydası qalmayıb. Vəziyyət elə bir həddə çatıb ki, bir məmur öz idarə rəisinin və ya nazirinin sözünü saya salmır.
Mən sizə bir həkim kimi müraciət edirəm, sizin də ixtisasınız həkimdir. Mən sizə bir yazıçı kimi müraciət edirəm, tanınmış yazıçımız Mircəlal Paşayevin ideyalarından çox bəhrələnmişik. Mən sizə bir vətəndaş kimi müraciət edirəm, ona görə ki, siz vitse-prezident seçiləndə demişdiniz imkansız və məmur özbaşnalığından əziyyət çəkən təbəqəyə köməklik göstərəcəksiniz.
Mən də 6 aya yaxındır, məmur özbaşnalığından əziyyət çəkirəm. Hələ də özbaşnalıq davam etməkdədir.
Başıma gələn bir hadisəni xatırlamaq istəyirəm. 15 oktyabr 2016-cı ildə yaşlı və xəstə anamı xəstəxanadan çıxarıb ata evimizə gedərkən Gədəbəy royonundan Şınıx istiqamətinə gedən yolda, Gərgər məktəbinin yanı deyilən ərazidə, yüksək sürətlə gələn gələn Niva markalı, 67 BA 816 dövlət nişanlı maşın idarə etməni itirərək mənim idarə etdiyim Mersedes bens 200 markalı, 10 VU 354 dövlət nömrə nişanlı maşına çırpıldı. (hadisə yerindən müstəntiqin çəkdiyi şəkillər əlavə olunur.)
Nəticə belə oldu. Görünən tormoz izi müstəntiq Cavid Kərimli tərəfində 20 metrdən 7 metrə qədər azaldılb. Hətta əvvəlcə NİVA-anı idarə edən İlqar Rzayevin sürücülük vəsiqəsinin olmamasını da müstəntiq gizlədirdi. Yolun eni 5metr 60 sm olduğu halda 7 metr göstərilir. Sonra baş müstəntiqlə birgə ölçdük, mənim fikrim doğru olduğunun təsdiqini tapdı.
Xəsarət alan anam Tibbi ekspertizadan kecirilmədi. Hadisədə şahid kimi izahat 24 mart 2017-ci ildə alındı. Hadisə yeri qərəzli şəkildə düzgün qiymətləndirlməyib və texniki ekspertizaya göndərilən sənəd müstəntiq Cavid Kərimli tərəfindən mənim yerimə digər adam tərəfindən imza atdırılıb göndərilib. İlqar Rzayev 1 həftə sonra Tibbi ekspertizaya göndərilib və ekspertizanın rəyi belə olub; “dərəcəsi müəyyən olunmayan bədən xəsarəti”
Bunla da 02 noyabr 2016 cı ildə mənə qarşı açılan cinayət işi cinayət tərkibi olmadığına görə rədd edilir. Lakin Gədəbəy rayon polis şöbəsinin İstintaq qrupunun rəhbəri polis pakovnik-leytenantı İbrahim Hüseyinov qərəzçilik məqsədi ilə, bilmirəm hansı yolla, İlqar Rzayevə 17 yanvar 2017-ci ildə, hadisədən dörd ay sonra, tibbi ekspertizadan belə bir rəy aldırtırıb ;“az ağır bədən xəsarəti”, yenidən mənə CM-nin cinayət işi açılır. Bu haqda mən baş müstəntiqə belə bir sual ünvaladım, “cənab İbrahim müəllim, bəlkə İlqarı tövlədə eşşək təpiklə vurub, və ya buna bənzər hadisə olub, buna kimsə cavabdehdimi? Hələ də bu sual cavabsız qalır.
Bununla əlaqədər mən daxili işlər nazirinə mətbuatla müraciət etdim. Müraciətdən sonra mən baş müstəntiqlə işlə əlaqadar onu otağında idim, o dedi: -Bakıdan gəlib hadisə yeri yenidən müayinə olunacaq. Bu vaxt onun telofonuna zəng gəldi. O telfonda mənim onun yanımda olduğumu dedi. Baş müstəntiq çox əsəbi görünürdü. Bir neçə dəfə otaqda fırlandı və 5 ədəd dalbadal siqret çəkdi. Bəlkə də mənim yermə başqası olsaydı döyərdi. Əsəbi halda dedi: “mən, sən və müstəntiq birinci günü generalın qəbulunda olmalıyıq”. Sonra baş müstəntiq necə oldusa gedəsi olmadı. Bizi; müstəntiq Cavid Kərimli ilə məni İstintaq İdarəsinin rəisi general-mayor Sərvər Mehrəliyev qəbul etdi. Bizi dinlədikdən sonra, tapşırıq vedi, bu hadisə cənab nazirin nəzarətindədi, İbrahimə çatdırın bu məsələni qurtarsın. Son nəticə belə oldu, baş müstəntiq nə idarə rəisinin, nə də nazirinin tapşırığını vecinə də almadı.
Sonra bildim niyə? Mən hadisə ilə əlaqdar Gədəbəy rayonunda idim. Bir yaşlı nurani kişi mənə yaxınlaşdı və dedi: “ Bala, sən ziyalı adamsan, bilirəm o İbrahim səni ləkələyəcək. O, bir neçə il bundan əvvəl Poladlı kəndində körpüdə Qətmalı Məhəmməd adında adamı öldürüb qanını batırıb”. Hələ də baş müstəntiq işləyir. Bilmirəm bu nə qədər doğrudur, amma bir neçə adam da bunun doğru olduğunu bildirdi. Yəqin ki, istintaq doğru olum olmadığını araşdırıb müəyyən edər.
Mən hadisə yerinin komsiyon texniki ekspertizadan kecirilməsini, İlqarın yenidən kamsion tibb ekspertizadan keçməsini yazılı sürətdə tələb etdim. Lakin baş müstəntiq mənə dedi, “onsuz da kimə müraciət etsən nəticəni bizdən soruşacaqlar. Biz də o bildiyimizi yazacaqlar”. Burdan da baş müstəntiqin heç nəyə və heç kimə əhəmiyyət vermədiyi açıq aydın görünür.
Vəziyyət görün nə yerə çatıb ki, Gədəbəy rayon polis idarəsinin müstəntiqləri 6 ay bundan əvvəl baş vermiş hadisəni aşkar edə bilməyib ki, hansı maşın hansı maşına çırpılıb. Müəyyən olunmamış çinayət işini yarımçıq vəziyyətdə Gədəbəy rayon Məhkəməsinə göndəriblər.
Mən bir daha şahidi oldum ki, baş müstəntiq heç nəyə, və heç kimə məhəl qoymur.
Hörmətli Mehriban xanım!
Sizə müraciət edirəm, amma bilmirəm həqiqətin öz yerini tapmasına inanım, yoxsa inanmayım???

(
( müstəntiq Cavid Kərimli tərəfindən çəkilmiş görüntü. Görünən dağa nə bələdci)
Əlaqə nömrəsi: 055 815 46 66
Qalib Bağırov ( Qalib Şəfahət)
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
