Dərc edilib: 03-04-2017

https://www.nuh.az/10189-.html

Tanınmış yazıçı Mehriban xanım Əliyevaya müraciət etdi

03.04.2017 22:16:17

Hadisə

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin  üzvi, həkim-kardioloq, kecmiş hərbi qulluqçu Qalib Bağırov ( Qalib Şəfahət)  tərəfindən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

 

 

                                                       AÇİQ MƏKTUB

 

Hörmətli Mehriban xanım!

 Artıq Respublikamızda  intaharların sayı artıb. Bunun səbəbi çox sadədir desək yanılmarıq.  Məmur özbaşınalıqları, cəmiyyətin insanlara qarşı laqeyidliyi.

 Haqsızlıq o qədər baş alıb gedir ki, insanlar haqlarını tələb edə bilmirlər. Hətta, özbaşnalıqdan əziyyət çəkən insanlar canlarına qəsd etməkdən belə çəkinmirlər. Artıq cənablara müraciət etməyin heç bir faydası qalmayıb. Vəziyyət elə bir həddə çatıb ki, bir məmur öz idarə rəisinin və ya nazirinin sözünü saya salmır.

Mən sizə bir həkim kimi müraciət edirəm, sizin də ixtisasınız həkimdir. Mən sizə bir yazıçı kimi müraciət edirəm, tanınmış yazıçımız Mircəlal Paşayevin ideyalarından  çox bəhrələnmişik. Mən sizə bir vətəndaş kimi müraciət edirəm, ona görə ki, siz vitse-prezident seçiləndə demişdiniz  imkansız  və  məmur özbaşnalığından əziyyət çəkən təbəqəyə köməklik göstərəcəksiniz.

Mən də  6 aya yaxındır, məmur özbaşnalığından əziyyət çəkirəm. Hələ də özbaşnalıq davam etməkdədir.

Başıma gələn bir hadisəni xatırlamaq istəyirəm. 15 oktyabr 2016-cı ildə yaşlı və xəstə anamı xəstəxanadan çıxarıb ata evimizə gedərkən  Gədəbəy royonundan Şınıx istiqamətinə gedən yolda, Gərgər məktəbinin  yanı  deyilən  ərazidə, yüksək sürətlə gələn gələn Niva markalı, 67 BA 816  dövlət nişanlı maşın idarə etməni itirərək mənim idarə etdiyim Mersedes bens 200 markalı, 10 VU 354 dövlət nömrə nişanlı maşına çırpıldı. (hadisə yerindən müstəntiqin çəkdiyi şəkillər əlavə olunur.)

 Nəticə belə oldu. Görünən tormoz izi müstəntiq Cavid Kərimli tərəfində  20 metrdən 7 metrə qədər azaldılb. Hətta əvvəlcə NİVA-anı idarə edən İlqar Rzayevin sürücülük vəsiqəsinin olmamasını da müstəntiq gizlədirdi. Yolun eni 5metr 60 sm olduğu halda 7 metr göstərilir. Sonra baş müstəntiqlə birgə ölçdük, mənim fikrim doğru olduğunun təsdiqini tapdı.

Xəsarət alan anam Tibbi ekspertizadan kecirilmədi. Hadisədə şahid kimi izahat  24 mart 2017-ci ildə alındı. Hadisə yeri qərəzli şəkildə düzgün qiymətləndirlməyib və texniki ekspertizaya göndərilən sənəd müstəntiq Cavid Kərimli tərəfindən  mənim yerimə digər adam tərəfindən imza atdırılıb göndərilib. İlqar Rzayev 1 həftə sonra Tibbi ekspertizaya göndərilib və ekspertizanın rəyi belə olub; “dərəcəsi müəyyən olunmayan bədən xəsarəti

Bunla da  02 noyabr 2016 cı ildə mənə qarşı açılan  cinayət  işi cinayət  tərkibi olmadığına görə rədd edilir. Lakin Gədəbəy rayon polis şöbəsinin İstintaq qrupunun rəhbəri polis pakovnik-leytenantı  İbrahim Hüseyinov qərəzçilik məqsədi ilə, bilmirəm hansı yolla, İlqar Rzayevə 17 yanvar 2017-ci ildə, hadisədən dörd ay sonra, tibbi ekspertizadan belə bir rəy aldırtırıb ;“az ağır bədən xəsarəti”, yenidən mənə CM-nin cinayət işi açılır.  Bu haqda mən baş müstəntiqə belə bir sual ünvaladım, “cənab İbrahim müəllim, bəlkə İlqarı tövlədə eşşək təpiklə vurub, və ya buna bənzər hadisə olub, buna kimsə cavabdehdimi? Hələ də bu sual cavabsız qalır.

Bununla əlaqədər mən daxili  işlər nazirinə mətbuatla müraciət etdim. Müraciətdən sonra mən baş müstəntiqlə işlə əlaqadar  onu otağında idim, o dedi: -Bakıdan gəlib hadisə yeri yenidən müayinə olunacaq. Bu vaxt onun telofonuna zəng gəldi. O telfonda mənim onun yanımda olduğumu dedi. Baş müstəntiq çox əsəbi görünürdü. Bir neçə dəfə otaqda fırlandı və 5 ədəd dalbadal siqret çəkdi. Bəlkə də mənim yermə başqası olsaydı döyərdi. Əsəbi halda dedi: “mən,  sən və müstəntiq  birinci günü generalın qəbulunda olmalıyıq”. Sonra baş müstəntiq necə oldusa gedəsi olmadı. Bizi; müstəntiq Cavid Kərimli ilə məni İstintaq İdarəsinin rəisi general-mayor Sərvər Mehrəliyev qəbul etdi. Bizi dinlədikdən sonra, tapşırıq vedi, bu hadisə cənab nazirin nəzarətindədi, İbrahimə çatdırın bu məsələni qurtarsın. Son nəticə belə oldu, baş müstəntiq nə idarə rəisinin, nə də nazirinin tapşırığını vecinə də almadı.

Sonra bildim niyə? Mən hadisə ilə əlaqdar Gədəbəy rayonunda idim. Bir yaşlı nurani kişi mənə yaxınlaşdı və dedi: “ Bala, sən ziyalı adamsan, bilirəm o İbrahim səni ləkələyəcək. O, bir neçə il bundan əvvəl Poladlı kəndində körpüdə Qətmalı Məhəmməd adında adamı öldürüb qanını batırıb”. Hələ də baş müstəntiq işləyir. Bilmirəm bu nə qədər doğrudur, amma bir neçə adam da bunun doğru olduğunu bildirdi. Yəqin ki, istintaq doğru olum olmadığını araşdırıb müəyyən edər.

Mən hadisə yerinin komsiyon texniki ekspertizadan kecirilməsini, İlqarın yenidən kamsion tibb ekspertizadan keçməsini yazılı sürətdə tələb etdim. Lakin baş müstəntiq mənə dedi, “onsuz da kimə müraciət etsən nəticəni bizdən soruşacaqlar. Biz də o bildiyimizi yazacaqlar”. Burdan da baş müstəntiqin heç nəyə və heç kimə əhəmiyyət vermədiyi açıq aydın görünür.

Vəziyyət görün nə yerə çatıb ki, Gədəbəy rayon polis idarəsinin müstəntiqləri 6 ay bundan əvvəl baş vermiş hadisəni aşkar edə bilməyib ki, hansı maşın hansı maşına çırpılıb. Müəyyən olunmamış çinayət işini yarımçıq  vəziyyətdə Gədəbəy rayon Məhkəməsinə göndəriblər.

Mən bir daha şahidi oldum ki, baş müstəntiq heç nəyə, və heç kimə məhəl qoymur.

Hörmətli Mehriban xanım!

Sizə müraciət edirəm, amma bilmirəm həqiqətin öz yerini tapmasına inanım, yoxsa inanmayım???

 

 

 

(

( müstəntiq Cavid Kərimli tərəfindən çəkilmiş görüntü. Görünən dağa nə bələdci)

 

 

Əlaqə nömrəsi:  055 815 46 66

 

Qalib Bağırov ( Qalib Şəfahət)

NUH informasiya agentliyi səhifəsindən çap edilib