- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
Beyin-sinir cərrahı Ruslan Yunusovla müsahibə
Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərinin çətinliyi səbəbindən neyrocərrahların sayı çox deyil. Çox vaxt əməliyyatlar 8-15 saata qədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkələrdə bu sahənin mütəxəssislərinə daha çox önəm verilir.
NUH.az-ın müsahibi "Caspian International” Hospitalın beyin-sinir cərrahiyyəsi uzmanı Ruslan Yunusovdur.
O, 2009-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında internaturanı başa vurub. 2011-2016-cı illərdə Ankarada “Hacettepe” Xəstəxanasında beyin cərrahı üzrə uzmanlıq ixtisasını bitirib elə həmin ildə də uzman olaraq Azərbaycana geri dönüb.
- Bu vaxta qədər nə qədər əməliyyatlar aparmısız?
- Azərbaycanda ortalama həftədə 1-2 əməliyyatımız olur. Amma bizim Türkiyədəki təcrübəmiz daha zəngin və gərgin olub. 4-5 il içərisində minə yaxın əməliyyatda iştirak etmişik. Çünki ora həm mərkəz, həm də universitetin xəstəxanası olduğuna görə, çoxsaylı xəstələr olurdu. Neyrocərrahiyyədə onurğa beyinin, beyin şişləri, bel yırtıqları və körpə uşaqlarda hidrosefaliya xəstəliyi (beyinə su yığılma) və digər sahələrdə əməliyyatlar həyata keçirilir.
- Beyin xəstəlikləri daha çox hansı yaş qrupunu əhatə edir?
- Bizim xəstə populyasiyamız hər yaş dövrünü əhatə edir. Xəstəliklərin rast gəlməsi də insanların yaş dövrünə görə fərqlənir. Beyin şişləri hər yaşda rast gəlinsə də, daha çox 40-60 yaş arası xəstələrdə görülür. Kəllə-beyin travmalı xəstələr isə daha çox 18-35 yaş arası insanlardır. Boyunda və beldə olan fəqərəarası disklərin yırtığında vəziyyət bir qədər fərqlidir. Yırtıqlar daha çox əhalinin aktiv fiziki işdə işləyən hissəsində əmələ gəlir. Bu da daha çox 20-50 yaş arası insanlardır. Uşaqlarda isə daha çox anadangəlmə inkişaf qüsurları, hidrosefaliya və beyin şişləri rast gəlinir.
- Müasir dövrdə neyrocərrahiyyədə ən çox yayılan xəstəliklər hansıdır?
- Hazırda ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır. Bu, sırf həyat tərzindən yaranan xəstəlikdir. Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlar lazım oldu-olmadı mütəmadi kompüter və telefonlardan istifadə edir. Bu da onurğamızın fiziyololji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinə şərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq, düzgün və yetərincə istirahət etməmək də yırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrıların əmələ gəlməsinə səbəb olur. Əgər vaxtında müdaxilə edilməzsə, əməliyyata qədər gətirib çıxarda bilər. Azərbaycana son 4-5 ildə beyin cərrahiyyəsində endoskopik əməliyyatların da sayı artıb. Əvvəllər hipofiz adenomalarını götürmək üçün açıq beyin əməliyyatı aparılırdı. Bu, daha ağır əməliyyat sayılırdı. İndi artıq endoskopik üsulla burundan daxil olub həmin şişi götürmək mümkündür. Yəni, qapalı cərrahiyyə üsulunun tətbiqi hipofiz vəzi şişlərinin əməliyyatını artırıb.
- Azərbaycanda beyin cərrahiyyəsi sahəsindəki vəziyyət sizi qane edirmi?
- Uzmanlıq təhsili aldığım yerlə müqayisə edəndə hələki tam qane etmir. Çünki orada istər maddi-texniki baza olsun, istər personal hazırlığı olsun yüksək səviyyədə təşkil olunmuşdu. Amma bizim də üzərimizə düşən vəzifə qazanılmış təcrübələri Azərbaycanda tətbiq etməkdir. Bu işdə də xəstəxanamızın rəhbərliyi bizə hər cür köməklik göstərir.
- Gənc yaşda beyin cərrahiyyəsi üzrə uzmansız. Sizcə, xəstələr daha çox cavan yoxsa nisbətən yaşlı həkimlərə etimad göstərir?
- Dəfələrlə olub ki, müraciət edən pasientlərə hansısa tövsiyə verəndə və yaxud əməliyyatın gedişi ilə bağlı məlumat verəndə xəstə “Kimin yanına gedək” deyə sual verib. Bəzən özümə də gülməli gəlir. Amma biləndə ki, əməliyyatı mən edəcəm, təəccüblənirlər. Cavan həkim olmaq bəlkə də bir dezavantajdır və bizim üçün hər şeyin bir sıfır geridə başlamasına səbəb olur. İnsanların yanaşmasına görə əgər gəncsənsə, deməli, təcrübəli deyilsən. Amma həkim cərrahdırsa, təcrübəli olmalıdır. Uzmanlıq təhsili aldığım müddətdə iştirak etdiyimiz əməliyyatların statistikasını aparmışıq. Çünki təhsili başa vurduqdan sonra professorlara hesabat verirdik. Təqdim etdiyimiz statistika professorlar tərəfindən təsdiq olunurdu. 5 il ərzində minə yaxın əməliyyatlarda iştirak etmişəm. Zənnimcə, bu, kifayət qədər böyük bir təcrübədir.
- Beyin cərrahiyyəsində hansısa yenilikləriniz olubmu?
- Xüsusi olaraq hansısa yeniliyə imza atmamışam. Amma əvvəllər Azərbaycanda endoskopik əməliyyatlar edilmirdi. Son illər bu əməliyyat uzmanlarla bərabər edilməyə başlanılıb. Hipofiz adenoması ilə yanaşı uşaqlarda hidrosefaliya (başın böyüməsi, beyində suyun toplanması) əməliyyatları endoskopun ən çox istifadə olunduğu əməliyyatlardır. Endoskopla beyinə kiçik dəlik açmaqla hidrosefaliyanı müalicə etmək mümkündür. Azərbaycanda ayrıca uşaq beyin cərrahiyyəsi ixtisası yoxdur. Türkiyədə neyrocərrahlar dərnəyində xüsusi olaraq uşaq beyin cərrahları üçün təşkilati kurslar var idi. Bu kursu bitirənlərə ayrıca sertifikat təqdim edirdilər. Uzmanlıq təhsili əsnasında mən də bu kursu bitirənlərdən biri oldum. Marağım əsasən pedriatrik beyin cərrahiyyəsinədir. Azərbaycanda uşaq beyin cərrahiyyəsini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Hazırda biz uşaqlar üzərində beyin əməliyyatlarını icrasını da edirik.
- Əməliyyatdan sonra xəstə nə qədər müddətə sağalır?
- Xəstələrin sağalma müddəti keçirdikləri əməliyyata görə dəyişir. Yırtıq əməliyyatından 2 gün sonra xəstələr evə yazılırsa, açıq beyin əməliyyatı keçirən xəstələr 1 həftə sonra evə yazılır. Endoskopik əməliyyat olunan xəstələri isə 3-4 gün sonra evə yazırıq. Əməliyyatdan 10-15 gün sonra xəstələrin yaraları sağalmış olur və dikişləri alınır. Evə yazılan xəstələr təxminən 1 ay sonra öz normal həyatlarına qayıdırlar.
- İnsan nə qədər koma vəziyyətində qala bilər? Uzun müddət komada qalmış insanın sağalma şansı varmı?
- Komadan ayılma müddətini söyləmək çətindir. İlk növbədə insanın komaya düşmə səbəbini müəyyən etmək lazımdır. Komaya müxtəlif səbəblərdən düşmək olur. Məsələn, beyin şişləri, beyin qanaması, insanın keçirdiyi kəllə-beyin travması və eləcə də müxtəlif səbəblər sadalamaq olar. Burada xəstənin yaşı və orqanizminin sağlamlığı çox önəmlidir. Əgər xəstə gənc və orqanizmi sağlamdırsa, komadan çıxma şansı daha çoxdur. Amma yaşlı və çoxlu sayda travma alan xəstənin komadan çıxma şansı bir qədər aşağıdır. Bəzən təcrübədə gənc xəstənin aylar sürən komadan sonra ayılmasına da rast gəlmişik. Amma komadan oyanan insan əvvəlki insan olurmu – bu, bir qədər müəmmalıdır. Çünki koma vəziyyəti istər-istəməz insanın beyninə təsirsiz ötüşmür. Erkən dönəmlərdə oyananlar daha yaxşı sağalma periodu keçirlər. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da, onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Buna tibbdə vegetativ hal deyilir.
Bəzən xəstənin başında böyüyən şişdən xəbəri olmur, “baş ağrım var” deyib heç nə olmamış kimi gəzir. Şiş beyini sıxışdırır və anidən şişin içində qanama olur. Bu insanı komaya salır. Erkən müdaxilə nəticəsində şiş beyindən çıxarılır və pasient normal həyata geri dönür. Bizim 30 yaşlarında belə bir xəstəmiz olmuşdu. Komada olan xəstəyə beyin KT olundu və beynindəki şişdə qanama olduğu təsbit edildi. Təcili əməliyyata alınan xəstə ertəsi gün oyanıb danışmağa başladı. Əgər səbəb bəllidirsə, erkən müdaxilə etməklə xəstəni komadan çıxarıb həyata qaytarmaq mümkündür.
NUH.az
- bu gün Ağdamda qəzada ölənlər hərbçilər imiş - FOTO
10 may 2026 23:09
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
10 may 2026 12:14
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- Pensiyaya çıxanları təhlükə gözləyir - Çıxış yolu açıqlandı
7 may 2026 00:54
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- Asif Nəsirli qumbara atan şəxsi 6 dəfə kimya edib, sağaldıb, cibinə pul qoyub və...
2 may 2026 23:41
- ADNA-da törədilən terror aktından 17 il ötür
3 may 2026 13:23
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 2026 11:34
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Hər səhər 20 dəqiqə gəzməyin faydası - Mütəxəssislər xəbərdarlıq edir
16 aprel 2026 00:07
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
