Tarixşünaslığımızdakı boşluğu doldura biləcək kitab
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İranın Şəhid Behişti Universitetinin müəllimi, tədqiqatçı-alim Məhbubə Tehraninin “Kərim xan Zənd” əsəri işıq üzü görmüşdür.
M.Tehraninin bu əsəri ilk dəfə 2007-ci ildə İranda çap edilsə də, nəşriyyatlar oxucu tələbatını nəzərə alaraq onu qısa müddət ərzində dörd dəfə nəşr etmişlər. Kitab İran və Azərbaycan tarixşünaslığında nisbətən az öyrənilmiş bir dövrün-Nadir şah Əfşarın qətlindən sonra Qacarların hakimiyyətinə qədərki mərhələnin təsvir və təhlilinə həsr edilmişdir. Kitabın Azərbaycan oxucusu üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, müəllif fars dilində olan çoxsaylı tarixi mənbələrdən istifadə etmişdir. Bu mənbələrin bir çoxu Azərbaycan tarixçiləri üçün yenidir və onlara verilən istinadlar iki Azərbaycan imperiyası arasındakı təxminən 50 illik bir tarixi mərhələni daha dolğun təsəvvür etməyə imkan verir. Kitabda Nadir şah Əfşarın qətlindən sonra ölkədəki vəziyyət, Lor tayfasının tarix səhnəsinə gəlməsi, Əfşarlar dövlətinin sərkərdəsi olan Kərim xan Zəndin hakimiyyət uğrunda mübarizəyə girişməsi, onun hakimiyyət dövrü, Kərim xanın ölümündən sonrakı dövrdə (1779-1794) onun xələflərinin səltənət uğrunda qanlı çarpışmaları ciddi tarixi mənbələr əsasında araşdırılmışdır. Əsas tarixi hadisələr kitabın 1-ci fəslindən başlayaraq 7-ci fəslə qədərki hissələrində tədqiq edilərək öyrənilmişdir. Sonrakı fəsillərdə isə, Kərim xanın fərdi xüsusiyyətləri, insani keyfiyyətləri, cəmiyyətə münasibəti, idarəçilik prinsipləri, Zənd tayfasının həyat tərzi, məişəti və s. Barədə məlumat veilmişdir. Müəllif o dövrün mədəni-ədəbi həyatına da baş vurmuş, sənət adamlarının yaradıcılığından bəzi nümunələr vermişdir. Əsəri Azərbaycan tarixşünaslığı üçün əsl töhfə hesab etmək olar. “Kərim xan Zənd” əsərini fars dilindən Azərbaycan dilinə filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov çevirmişdir. Kitabın elmi redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
NUH.az
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 2025 22:11
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 2025 22:12
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 2025 02:08
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
