Mənə şair demə, qardaş Vaqif Qüdrət
Bəzən deyirlər ki, şeir zamanı deyil. Amma ürək qanı ilə yazılmış şeir az vaxtda insanların ürəyinə yol tapır.
VAQİF QÜDRƏT-in oxuculara təqdim etdiyimiz "Mənə şair demə, qardaş" şeiri sosial şəbəkədə maraqla qarşılanıb.
Hətta hörmətli professorumuz Qulu Məhərərmli şeirlə bağlı maraqlı şərh yazıb:
" Özünə şair deyib baş girləyənlərin, şeiri çörək ağacına çevirib təmənnalı tərif yazanların, əlləri ətəklərdə olanların, yaltaq çıxışları ilə sözü və şair adını urvatdan salanların Vaqif Qüdrətin "Mənə şair demə" şeirini oxuyub əzbərləmələrini məsləhət görərdim...
MƏNƏ ŞAİR DEMƏ,
QARDAŞ
Məmməd İsmayıla.
Mənə şair demə , qardaş,
Yalvarıram dönə-dönə.
Mənə şair demə, qardaş,
Qurban olum gözlərinə.
Şair olmaq, bu dünyayla vuruş imiş,
Şair olmaq,
nəhəng, müdhiş dalğaların qarşısında
qaya kimi duruş imiş.
Şair olmaq, gözəllərin, qəzəllərin
xumarında yatmaq deyil,
Harınların, qarınların
tərifində batmaq deyil,
hər doğulanla doğulmaq,
hər ölənlə ölmək imiş.
Şair olmaq, insanlığı yavanlara,
günlərini qovanlara
ölməz Sabir gülüşüylə gülmək imiş.
Şair olmaq,
ALLAH OLMAQ DEMƏK İMİŞ.
Mənə şair demə, qardaş,_
Mənə şair deməyinlə
şair adlı böyüklüyü kiçildirsən,
Nəsiminin yarasını incidirsən.
Şair olmaq, kor gözlərə işıq olmaq,
zülmətlərə Günəş olmaq demək imiş,
Buz bağlamış duyğulara yanğı salmaq,
atəş olmaq demək imiş.
Mənə şair demə,qardaş_
şair olan bir əlində Misri qılınc,
bir əlində telli sazı
ömrü-günü at belində
ötüb keçən Koroğluymuş,
Şair olan,
öz şerini tarixlərə öz qanıyla
yazıb gedən Babək imiş,
el oğluymuş.
Şair olmaq,
şəhidlərin sırasında olmaq imiş_
olammadım.
Vətən üçün ölmək imiş,
öləmmədim.
Mənə şair demə,qardaş,
şair deyil hələ hər bir şeir yazan,
söz toxuyan.
Vaqif çoxdur bu dünyada,
yaxşı deyib babalar da:
"Molla Pənah Vaqif olmur
hər oxuyan".
"Mən şairəm" deyən kəsdə
Şimşəkləri qırıb tökən qeyrət gərək.
"Mən şairəm" deyən kəsdə
özü şair olan xalqa
mübarizə yollarında
ürəyini bayraq edən,
öndə gedən cürət gərək!
Şair olmaq,
ürəklərdə arzu olmaq,inam olmaq,
sabah olmaq demək imiş,
Şair olmaq_
ALLAH OLMAQ DEMƏK İMİŞ.
Mənə şair demə,qardaş,
Yalvarıram dönə-dönə.
Mənə şair demə,qardaş,
Qurban olum gözlərinə.
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
