Milli sərvətimiz təkcə neft deyil...
Mənsimov kimi dünyamiqyaslı iş adamları əsl milli sərvətdir
Xeyli müddətdir dünyada tanınmış azərbaycanlı iş adamları ( Araz Ağalarov, İsgəndər Xəlilov, Qod Nisanov, Mübariz Mənsimov, Fərhad Əhmədov, Zarax İlyev, Telman İsmayılov və s ) barəsində yazmağı düşünürdüm.
Məqsədim konkret olaraq hansısa məşhur azərbaycanlı biznesmenin fəaliyyətini işıqlandırmaq deyil, onların dövlətimiz və cəmiyyətimiz üçün rolu və onlara qarşı olan bəzi neqativ-bədxah münasibətlər barədə düşüncələrimi bölüşmək idi.
Yazı müxtəlif səbəblərdən yubanırdı.
Ancaq son günlər Türkiyədə yaşayan dünyamiqyaslı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla bağlı Azərbaycan mətbuatında gedən əsassız fikirlər, qara piar, bədxah münasibət, çirkin təbliğat bu məqalənin yazılmasını sürətləndirdi.
...Söhbət dünyada tanınmışlardan düşmüşkən onu qeyd edim ki, müxtəlif xalqların və ölkələrin tanınmasında məşhur simaların böyük rolu var. Məsələn, Argentina deyəndə milyonlarla insanın ağlına ilk olaraq Messi, Pele deyəndə Braziliya gəlir.
70 ildən artıq tərkibində yaşadığımız SSRİ məkanında isə dövlətin ideologiyasına uyğun olaraq hər bir millət əsasən öz şairləri, yazıçıları, incəsənət xadimləri ilə tanınırdı.
Məsələn, böyük sovet məkanında və ondan xaricdə Azərbaycan deyəndə əksəriyyətin ağlına Rəşid Behbudov, Müslüm Maqomayev gəlirdi. Bu şəxslər millətin rəmzi-simvolu, müasir dillə desək brendi sayılırdı.
Düzdür, ötən əsrin 80-ci illərində Heydər Əliyevin Siyasi Büro üzvü seçilməsi və sovet hökumətinin rəhbərlərindən biri olması Azərbaycanın tanınmasında ciddi rol oynadı. Və həmin dövrün şahidləri gözəl bilir ki, o illərdən başlayaraq Əliyev familyası Azərbaycanın simvoluna çevrildi.
Ancaq 1991-ci ildə dünyanın nəhəng dövləti olan SSRİ-nin dağılması ilə demək olar ki, dəyərlər dəyişdi. Və idmançılar, şou biznes nümayəndələri, iş adamları, biznesmenlər ön plana çıxdı. Bu sırada biznesmenlər xüsusi ilə seçilməyə başladı. Bunun ciddi əsası var idi. Çünki 70 ildən artıq müddətdə demək olar ki, xalqların “biznes bacarığı”, “ sahibkarlıq qabiliyyəti” boğulmuşdu. Bazar iqtisadiyyatına keçidlə bu bacarıq və qabiliyyət üzə çıxdı. Bu prosesdə azərbaycanlı iş adamları da öz bacarıq və qabiliyyətini ortaya qoydu. Az vaxtda xeyli sayda həmyerlimiz öz İSTEDAD-ları ilə nəinki keçmiş sovet məkanında, hətta dünya miqyasında tanınmış biznesmenlərə çevrildilər, onların adları dünyanın ən mötəbər siyahılarına ( FORBES ) düşdü. Bəli, məhz öz istedadları ilə. İstedad sözünü nə üçün xüsusi olaraq qeyd edirəm. Çünki bizim insanların düşüncəsində İSTEDAD məfumu ancaq 5-6 şeir yazan şairə, 3-4 mahnı bəstələyən bəstəkara, yaxud elmin dar bir sahəsində uğur əldə edən alimə şamil edilir. Ancaq əslində dünya səviyyəsində uğur əldə etmək, siyasi və iqtisadi burulğanlardan keçib öz biznesini inkişaf etdirmək üçün biznesmenlər daha istedadlı və bacarıqlı olmalıdır.
Məşğul olduğu sahədən asılı olmayaraq isə hər bir istedadlı azərbaycanlı, dünya səviyyəsində uğur qazanmış həmyerlimiz milli sərvətdir. Onları qorumaq isə hər birimizin borcudur. Nəinki ləkələmək, bədxah münasibət və s.
Digər tərəfdən biznesmenlərə neqativ münasibətin kökündə başqa səbəb də var. İdeologiyasının əsasında “bərabərlik” dayanan sovet dövlətində Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi iş adamları uzun müddət cəmiyyətə ən yaxşı halda tacir statusunda, az qala istismarçı kimi təqdim olunurdu. Baxmayaraq ki, bu gün də Bakı şəhərinin əhalisi Tağıyevin çəkdiyi suyu içir, ölkəmizin Elmlər Akademiyasının Rəyasət Heyəti Musa Nağıyevin şəxsi evində fəaliyyət göstərir və s.
Sözün qısası, tanınmış biznesmenlərə, uğurlu insanalara mənfi-bədxah münasibətin obyektiv və subyektiv səbəbləri var.
...Yeri gəlmişkən, söhbət uğur qazanmış insanlara bədxah münasibətdən düşmüşkən, Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, mən Siyasi Büro üzvü seçiləndə düşünürdüm ki, hamı sevinəcək, ancaq paxıllıq edənlər, bədxahlar, qısqanclıq edənlər də tapıldı və mənim barəmdə Moskvaya danos yazanlar, anonim məktub göndərənlər də oldu.
Bu gün də həmin ənənə, həmin paxıllıq, qısqanclıq, bədxahlıq, danosbazlıq daha çirkin formada və daha geniş miqyasda Mübariz Mənsimov kimi dünyada tanınmış uğurlu həmvətənlərimizə qarşı davam edir.
Yazırlar ki, Mübariz Mənsimov Rusiyanın adamıdır, Ərdoğanla biznes ortağıdır və s.
Bu yazılanların nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm. Ancaq əgər hətta belədirsə, bu Mübariz Mənsimovun bir biznesmen olaraq qabiliyyətinin və bacarığının göstəricisidir. Ki, Rusiya boyda nəhəng dövlətin və qosqoca Türkiyənin başçısının etimad və etibarını qazana bilib. Axı, Rusiyada və Türkiyədə Mübariz Mənsimovun rəhbərlik etdiyi biznes sahəsini ələ keçirmək istəyən kifayət qədər iddialı biznesmen var.
Digər tərəfdən Mənsimovu Rusiyanın adamı, Ərdoğanın iş ortağı adlandıranlar unudurlar ki, bir neçə il əvvəl ( 2009-cu ildə ) Türkiyə-Ermənistan sərhədlərinin açılması ciddi müzakirə olunanda Mübariz Mənsimov açıq şəkildə bəyan elədi ki, Ermənistanla sərhəd açılarsa, mən biznesimi Türkiyədən çıxaracam: “Ermənistanla sərhəd qapısı olan dövlətdə qalmaram, Türkiyədəki şirkətimi bağlayaram”.
Görəsən, “Rusiyanın adamı”, yaxud “Ərdoğanın ortağı” olan biznesmen belə kəskin bəyanat verə bilərdimi..?
Məlumdur ki, biznesmenlərdə patriotik ruh o qədər də yüksək olmur, amma Mənsimov həcmi milyardlarla ölçülən biznesini risk altında qoyaraq öz vətəninin xeyrinə bu bəyanatı verdi.
Amma bir neçə ay əvvəl Türkiyədə Rusiya təyyarəsinin vurulması ilə iki dövlət arasında münasibətlər kəskinləşəndə və Rusiya parlamentində erməni genosidi müzakirəyə çıxarılanda Rusiyadakı diasporamızın səsi də çıxmadı. Hətta etiraz etməyə cəsarət edənlər də tapılmadı. Məsimova iftira atanlar bu boyda fərqi görmür..?
Sonra yazırlar ki, guya Mənsimov İŞİD-lə, kürdlərlə bağlıdır, gizli neft daşımaları ilə məşğul olur.
Bunu yazanlar başa düşmür ki, dünyanın bir nömrəli strateji məhsulu olan neftin daşınması beynəlxalq nəzarət altındadır, hansı gizli neft daşımasından söhbət gedə bilər..?
Axı, nüvə silahı hərb sahəsində nədirsə, neft də dünya iqtisadiyyatı üçün həmin əhəmiyyəti kəsb edir. Bunu necə gizli daşımaq olar..?
Mübariz Mənsimovun biznesinin guya iflas olduğunu az qala sevinclə mətbuatda paylaşanlar başa düşmür ki, dünyamiqyaslı biznesmenlər hətta müflis olsalar belə tez bir zamanda böhrandan çıxmağın iqtisadı mexanizmlərini, yollarını gözəl bilirlər. Məsələn, hazırda ABŞ-da prezidentliyə namizəd olan, milyarder Donald Tramp dəfələrlə müflis olsa da yenidən uğur qazanıb.
Söhbət təkcə Mənsimovdan getmir. Bu gün nəhəng Rusiyada çalışan biznesmenlərimizin uğurlarına sevinmək lazımdır. Axi, Rusiya kimi nəhəng ölkədə, yaxud qosqoca Türkiyədə biznes qurmaq, uğur qazanmaq, hətta dünyanın ən zəngin adamlarının siyahısına düşmək asan məsələ deyil.
Digər tərəfdən həmin biznesmenlərin “kölgə”sində minlərlə, bəlkə də on milərlə azərbaycanlı özünə iş tapır. Bu biznesmenlər həmin ölkələrdə yaşayan azərbaycanlılar üçün həm də təminat deməkdir. Bu biznesmenlər eyni zamanda millətimizin başqa ölkələrdə təmsilçiləridir.
TƏMSİL-çilik məsələsinə xüsusi ilə toxunmağı vacib hesab edirəm.
Vaxtilə sovet dövründə Heydər Əliyev azərbaycanlı gənclərin Azərbaycandan kənarda təhsilinə xüsusi önəm verirdi. Məqsəd ancaq həmin gənclərin yüksək təhsil alıb Azərbaycana qayıtması deyildi. Əlbəttə, həmin gənclərin yetərli hissəsi ölkəmizə qayıdıb fəaliyyət göstərir. Ancaq həmin gənclərin bir hissəsi o zaman təhsil aldıqları ölkərin vətəndaşları olaraq uğurla çalışır və həmin ölkələrdə Azərbaycanı uğurla təmsil edirlər. Bu uzaqgörən bir siyasət idi. Bu gün də həmin siyasəti prezident İlham Əliyev davam etdirir. Və son 10-15 ildə minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın məşhur universitetlərində təhsil almağa göndərilib. Bu gənclərin bir hissəsi yüksək təhsillə Azərbaycana qayıdıb fəaliyyət göstərir. Ancaq geri qayıtmayanlar da Azərbaycan üçün həmin ölkələrdə uğurlu təmsilçi ola bilərlər.
Biz hamının Azərbaycana qayıtmasında deyil, əksinə xarici ölkələrdə çalışan iş adamlarının, müxtəlif peşə sahibləri olmasında maraqlı olmalı və onlara dəstək olmalıyıq. Bunu Azərbaycanın gələcəyi tələb edir.
Məlumat üçün bildirim ki, Çin kimi nəhəng ölkə öz iş adamlarının xaricdə uğur qazanması üçün onlara dövlət səviyyəsində dəstək olur. Biz isə böyük uğur qazanmış həmvətənlərimizi ləkələməklə məşğuluq.
Unutmaq lazım deyil ki, böyük biznes özü ilə böyük mədəniyyət, böyük incəsənət gətirir, böyük elmi kəşflərə himayədarlıq edir.
Bədxah qonşularımızın “erməni düdüyü” kimi dünyaya tanıtmaq istədikləri milli alətimiz olan balabanın mahir ifaçısı Əlixan Səmədovun Türkiyədə və başqa ölkələrdə tanınmasında Mübariz Mənsimov az rol oynamayıb..
Sözün qısası, milli sərvətimiz olan uğurlu azərbaycanlıları, dünyada tanınmış biznesmenlərimizi ləkələmək yox, əksinə onları qorumaq və mənəvi dəstək olmaq lazımdır.
Unutmaq lazım deyil ki, yeraltı və yerüstü sərvətlər bir gün tükənəcək. Azərbaycan insanının, uğur qazanmış insanlarımızın enerjisi isə tükənən deyil. Gəlin, uğur qazanmış həmvətənlərimizə ən azı mənəvi dəstək olaq.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
