General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
Bəli, belədir, hər şey Arazpress.com-un əvvəlki yazılarında göstərilən kimidir. Yəni, bu yazının başlığında qeyd olunduğu kimi, özünü Qubanın qara ləkəsi kimi tanıdan peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun törətdiyi qanunsuz əməllər saysız-hesabsızdır. Bu səbəbdən, üzə çıxardığımız ciddi faktlar əsasında hazırlayıb dərc etdiyimiz yazılarla bu cinayətkarın qaranlıq keçmişini ifşa edə bilirik. Yazılarımızda xüsusi olaraq onu vurğuladıq ki, mövcud qanunlarımızın tələblərini saya salmayan bu qorxulu insan özü kimi mahir fırıldaqçıları özündə birləşdirən olduqca təhlükəli bir şəbəkəyə başçılıq edir. Bu şəbəkədə adı öndə duranlar isə, Alibekin öz törəmələridir. Hətta onlar öz çirkin əməlləri ilə atanı geridə qoyublar.
Törətdiyi qatı cinayətlərə baxmayaraq, Rusiya vətəndaşı olan və hal-hazırda Qubanın Digah kəndinndə yaşayan Alibek Kurbanovun “xətrinə dəyən” yoxdur — sanki dünya vecinə deyil. Ölkədə nüfuz sahibi olan bir generalın adından sui-istifadə etməklə, özünə “toxunulmazlıq statusu” qazanıb. Bu nüfuzlu şəxslə münasibəti olduğunu deyir. Buna görədir ki, insanların etibarından da sui-istifadə edə, dələduzluq yolu ilə onları aldada bilir. Aldatdığı insanlara nələr vəd etmir?! Guya, hər şey onun əlindədir. İnsanları buna inandırır ki,
qohumu olan bu generalın əliylə bütün işləri görməyə qadirdir.
Müxtəlif sahələrdə işə düzəlmək istəyənlər beləcə onun “toruna düşür”. Konkret desək, işə düzəlmək, işinə bərpa olunmaq istəyən bir çoxları guya rüşvət qismində veriləcək müxtəlif məbləğlərdə pullarından keçməli olurlar. Eyni üsulla ayrı-ayrı şəxslərdən daha çox məbləğdə alınan pullar “səs-küysüz” mənimsənilir. Çünki vədinə əməl etməyəndə, zərərçəkənlər hər dəfə pullarını tələb edəndə Alibek Kurbanov həmin generala arxalandığını, heç kimdən qorxmadığını açıq deməkdən çəkinmir.
Həmin generalın kimliyi bizə məlum olsa da, araşdırmalarımız davam etdiyindən hələlik adını çəkmək istəmirik. Lakin hesab edirik ki, belə bir generalın adından sui-istifadə edərək, insanları aldatmaqla məşğul olan bir şəxsə qarşı mütləq cinayət işi açılmalı və çirkin əməlləri kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır ki, digərləri də bu yola qədəm qoymaqdan çəkinsinlər.


Bu general fərqindədirmi ki:
— Onun nüfuzundan şahidləri qorxutmaq və “Pediatriya — 2” klinikasındakı qanunsuz tibbi fəaliyyəti pərdələmək üçün istifadə olunur;
— Onun adı Sevda Alibekovnanın ailələri dağıtması, özgə uşağın alimentini mənimsəyərək “Uniser” məktəbinin pullarını ödətməsi kimi mənəviyyatsız əməllərə “toxunulmazlıq” qazandırır;
— Onun şərəf və ləyaqəti, dövlət tərəfindən verilən rütbəsi — atası məşhur fırıldaqçı, qızı isə doğma balası Sultanı atıb, elit mülkiyyət ovuna çıxan bir “Ququş ana” olan sülalə ilə eyni tərəziyə qoyulur…
Alibekin adına bağlı cinayətkar şəbəkənin və Kurbanovlar sülaləsinin ifşası zamanı məlum oldu ki, o, kənddə və ətraf məkanlarda yeni bir manipulyasiya dalğası başladıb. Bir daha qeyd edirik ki, şəbəkənin və ailənin başçısı hər yerdə ağızdolusu: “General qohumum var”, — deyərək, hamıya hədə-qorxu gəlir. Beləcə, əməllərinə nüfuz alveri qatmaqla rahatlanır. Saxta “krışa” taktikası hər yerdə işinə yarayır. Bir sözlə, o,
illərdir istifadə etdiyi köhnə fırıldaq metoduna sadiq qalır və cinayət əməllərinə “toxunulmazlıq zirehi” geydirə bilir.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, görünən odur ki, qızı Sevdanın “imkanlı soyadlar” ovu da bu məqsədə xidmət edir. Onlar ailəliklə bir plan qurublar: Sevda manipulyasiya ilə nüfuzlu ailələrə sızır və mülkiyyət ələ keçirir. Alibek isə bu qurbanların vəzifə və rütbələrindən istifadə edərək, kənddə və hər yerdə “mənim arxamda general dayanır” mifi yaradır. Bu detal Alibek Kurbanovun köhnə fırıldaqçı taktikasının — yəni nüfuzlu adlardan istifadə edərək, qorxu və toxunulmazlıq mühiti yaratmaq metodunun davam etdiyini göstərir. Bu, həm də Sevdanın niyə məhz “imkanlı soyadlar” və “vəzifəli qurbanlar” ovuna çıxdığını aydın izah edə bilir. Bir sözlə, bütün şəbəkə, ailə üzvləri bu general adının arxasında gizlənməyə çalışır.
Bəs, generalın bu ailənin əməllərindən xəbəri varmı? Bizi daha çox maraqlandıran bu sualın cavabıdır. Yəqin ki, Alibekin adından istifadə etdiyi həmin şəxsin bu fırıldaqçı sülalənin “tibbi terrorundan”, Sevdanın “Ququş ana” həyat tərzindən və “Uniser” məktəbi ətrafındakı aliment fırıldaqlarından xəbəri yoxdur. Çox güman ki, nüfuzlu şəxslərin adları bu ailə tərəfindən sadəcə şantaj və müdafiə vasitəsi kimi istifadə olunur. Belə olmasaydı, diplomsuz “podoloq” — qeydiyatçı (resepşn) kimi rəsmləşən Sevda Alibekovna heç bir cəsarətlə Məmməd Araz, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasının stomatologiya mərtəbəsində lisenziyasız fəaliyyət göstərə və çarpaz yoluxma riski yarada bilməzdi. Onlar arxalandıqları “general” adının hər qapını açacağını və qanundan üstün olacağını düşünürlər. Lakin unudurlar ki, dövlət strukturları və qanun qarşısında heç bir saxta qohumluq əlaqəsi “tibbi terrora” və “ailə qatilliyinə” bəraət qazandıra bilməz.
Arazpress.com olaraq bir daha bildiririk ki, heç bir vəzifəli şəxsin adı bu ailəni törətdiyi mənəvi və hüquqi cinayətlərdən xilas edə bilməyəcək. Heç bir yüksək rütbə belə bir “tibbi terrora” və nikah fırıldaqlarına bəraət qazandıra bilmədiyi üçün.
Məhi ELSEVƏR

REDAKSİYADAN:
Doğrudan da, Qubanın Digah kəndində məskunlaşan bu şəxs iki ölkənin qanunlarına meydan oxuyan təhlükəli bir fırıldaqçıdır. Onun keçmişi təkcə Rusiya ilə məhdudlaşmır. Cinayət yolu hələ Sovet dövründə, Qazaxıstan SSR-in Quryev (hazırkı Atırau) şəhərində, Manqışlaq vilayətindəki həbsxanalardan başlayıb. Ağır maddə ilə (zorlama) məhkum olunmuş bu şəxs hələ o vaxtlar qanunlara meydan oxumağa adət edib. Bir insanın on illərlə fərqli ölkələrdə (Qazaxıstan, Rusiya, Azərbaycan) eyni cinayət və fırıldaq ssenarilərini tətbiq etməsi, onun islaholunmaz bir dələduz olduğunu sübut edir.
Alibek Kurbanovun 1984-cü ildə ağır cinayətə görə, zorlama maddəsi ilə məhkum olunduğunu təsdiqləyən rəsmi məhkumluq kartı ortaya çıxıb. Biz həmin kartı dərc etmişik. Bir qadının namusuna toxunan bu təhlükəli insan, on illərlə özünü dürüst insan kimi qələmə verərək, cəmiyyəti aldada bilib. Belə bir keçmişi olan adamın milli dəyərlərdən və ailə namusundan danışması isə, ən böyük rəzalətdir.
Ən dəhşətlisi isə odur ki, Azərbaycan məhkəmələri onun əleyhinə qərarlar çıxarsa da, o, bu qərarları heç saymaq istəmir. Məhkəmə qərarını icra etməyən bir fırıldaqçı özünü bir nüfuzlu generalın dostu kimi göstərir və insanları bu üsulla təhdid edir. Bu təhlükəli tendensiya isə, hər bir sakin üçün çox təhlükədir.
araz.az xəbər portalı.
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
9 may 2026 18:45
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
9 may 2026 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
9 may 2026 00:20
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
8 may 2026 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
8 may 2026 18:54
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
8 may 2026 13:16
- İlham Əliyev Roma Papasına məktub göndərdi
8 may 2026 13:06
- Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
8 may 2026 11:17
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
09 may 18:45
- Cinsini dəyişdirən türk MƏŞHURLAR
09 may 16:22
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
09 may 15:58
- Əli Kərimlinin atası vəfat etdi
09 may 15:38
- Prezident və birinci xanım Cəbrayıla səfər etdi
09 may 15:28
- DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
09 may 14:09
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
09 may 13:07
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
09 may 12:05
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
09 may 11:52
- Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
09 may 11:44
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
09 may 11:29
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
09 may 11:06
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
09 may 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
09 may 00:20
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
08 may 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
08 may 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
08 may 18:54
- Nazir bu instituta direktor təyin etdi
08 may 18:41
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
08 may 16:04
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
08 may 14:25
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
08 may 13:16
- İlham Əliyev Roma Papasına məktub göndərdi
08 may 13:06
- Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır
08 may 13:01
- Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
08 may 11:17
- Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
08 may 11:08
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
08 may 10:46
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
08 may 01:04
- Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır
08 may 00:44
- Putinin KARİKATURASINI çəkən RƏSSAM həbsxanada ÖLDÜ
08 may 00:05
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
07 may 23:07
