- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Prezidentin xoşniyyətli təşəbbüsü və Həsənov Kərəmin “kəramət”i
Bəs, Kərəm Həsənovun rəhbəri olduğu komitə niyə vətəndaşı dağa-daşa salır?.. Məqsəd nədir?..
Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Prezident İlham Əliyevin tapşırığından 6 ildən artıq vaxt keçsə də, bu məsələ hələ də tam həllini tapmayıb.
Xatırladaq ki, dövlət başçısı bu problemi 2011-ci ilin martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib.
Həmin tədbirdə Prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib.
Prezident bu problemin əhalinin sosial vəziyyətinə və mülkiyyət hüquqlarının qorunması işinə mənfi təsir göstərdiyini söyləyərək məsələnin maksimum dərəcədə əhalinin xeyrinə həll etməyi tapşırmışdı.
Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu:”Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.
Bəli, atalar demişkən, “Pir mənimdir kəramətinə bələdəm”. Ölkənin Prezidenti 6 il öncə xalqın xeyrinə təşəbbüs irəli sürəndə Əmlak Məsələləri Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan məmurların, o cümlədən Həsənov Kərəmin kəramətinə gözəl bələd idi. Bilirdi ki, bəzi məmurlar tamah ucbatından bu təşəbbüsə imkan verməyəcək. Əlimizdə olan xeyli sayda materiallar bunu təsdiqləyir. Məsələn, bir neçəsini konkret faktlarla ortaya qoyaq ki, Kərəmin kəraməti bəlli olsun.
“Qarabağ Müharibəsi veteranı” Zahid Novruzov hüquqi yardım üçün Qafqaz Hüquq Mərkəzinə etdiyi müraciətdə bildirir: “25 ildir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayıram. Bütün müvafiq təşkilatların, Suraxanı icra hakimiyyətinin, yerli bələdiyyənin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu”, “Azəriqaz” və digər bütün aidiyyəti təşkilatların rəsmi icazəsi ilə Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10/1 ünvanda yerləşən 80 kv/metr torpaq sahəsi üzərində 1 mərtəbəli qeyri-yaşayış obyekti tikmişəm.
Tikinti başa çatandan sonra obyektə “texniki pasport” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) müraciət etdim”. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini Xəyalə Mərdanova 12 noyabr 2012-ci ildə cavab məktubunda (№123020643193) vətəndaşa yazır ki: “Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür”.
Ortaya xeyli suallar çıxır: Əgər həmin ərazi SOCAR-a məxsusdursa, Suraxanı icra hakimiyyəti, bələdiyyə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, “Azəriqaz” tikintiyə necə icazə verib?… Vətəndaşın müraciəti əsasında “LEGİON”-un apardığı araşdırma zamanı müvafiq qurumlar həmin ərazinin SOCAR-a dəxli olmadığını bildirdilər.
Bəs, Kərəm Həsənovun rəhbəri olduğu komitə niyə vətəndaşı dağa-daşa salır?.. Məqsəd nədir?..
Şikayətçi Zahid Novruzov bu suala belə cavab verdi: “Mənə müvafiq sənədlər vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi məndən 5 min manat rüşvət tələb etdi. Mən rüşvət verməkdən imtina etdim. Mənim 60 yaşım var, Qarabağda döyüşmüşəm, veteranam, mən niyə məmurlara rüşvət verməliyəm? Mən buna görəmi mənfur ermənilərlə vuruşmuşam?”
İndi isə Kərəm Həsənovun başqa bir arqumentinə göz ataq. Vətəndaş 10 ilə yaxındır Sabunçu rayonu, Bəşir Bünyatov küçəsində fərdi evində yaşayır, evinə pasport qeydiyyatına alınıb, hüquqi qeydiyyatla bağlı məhkəmə qərarı var. Üstəlik İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş evinə hüquqi qeydiyyata alınıb və fərdi yaşayış evinin layihəsi təsdiq edilib. Prezidentin də qəti tapşırığı öz yerində.
Daha nə lazımdır, cənablar?… ƏMDK vətəndaşa yazır ki, “Fərdi yaşayış eviniz qaz borusuna yaxındır, yaxınlıqdan dəmir yolu keçir və s.” ona görə də eviniz özəlləşdirilə bilməz. Onda sual oluna bilər ki, əgər Sabunçu rayon Məhkəməsinin Qətnaməsi əsassız və qanunsuzdursa, niyə Kərəm Həsənov Apellyasiya Məhkəməsinə şikayət etməyib?
Bundan başqa, yaşayış massivindəki digər evlərə necə və neçə min manata “kupça” verilib?..
Deməli rüşvət veriləndə qaz borusuna , dəmir yolu xəttinə göz yumulur, verilməyəndə, yaxud rüşvət az olanda ortaya çeşidli səbəblər çıxır. Həm də bu səbəblər ona görə gülməlidir ki, həmin qaz borusunun, dəmir yolu xəttinin daha çox yaxınlığında xeyli sayda dövlət idarələri- Sabunçu Məşğulluq İdarəsi, Gənclər Evi və s. tikilib, orada məmurlar çalışır.
Bəs bu necə olur? Deməli, söhbət rüşvətdən gedir. Özü də hansı miqdarda?.. Bütün bunlardan əlavə axı ortada məhkəmə araşdırması var, icra hakimiyyətinin sərəncamı var, məhkəmə dövlətin adından qərar çıxardıb. Bəs, bunları hara yazaq?..
Bir sözlə, Reyestr Xidmətinin məmurları qaz borusunu, dəmir yolu xəttini özlərini üçün şəxsi qazanc mənbəyinə çevirib və Prezidentin 6 il öncə verdiyi tapşırığı qulaqardına vururlar.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Bu bəyənmədiyimiz əcnəbilərin kəraməti, bu da bizim harınlamış milli məmurların kəraməti…
P.S. Sabunçuda qeyd etdiyimiz fərdi evin sahibi 7 min manat rüşvət verəndən sonra “kupça”sını ala bildi.
Araz Məmmədov
LEGİON
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 2026 16:05
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 2026 13:03
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 2026 12:36
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 2026 00:46
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 2026 12:36
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 2026 12:47
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
