Məcburi köçkün XƏBƏRDAR ETDİ: O binanın qarşısında özümə od vurub yandıracam
“Mənə zəng edib başımın altına yastıq qoymaqdansa, problemimlə maraqlanıb onu həll etsinlər”. Bu sözləri Kivnews.com portalına Cəbrayıl rayonundan məcburi köçkün, hazırda Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin 4 ünvanında yerləşən uçub-dağılmış Tikinti Mexanikləşdirmə İdarəsində (UMS Trest) müvəqqəti məskunlaşmış, yayda istidən, qışda isə evinin içinə tökülən yağış sularından əziyyət çəkən Həsənova Adilə Bilal qızı bildirdi.
Qeyd edək ki, ötən gün məcburi köçkünün ürəkdağlayan müraciətini dərc etmişdik. (Yazı ilə tanış olmaq üçün bu linkə daxil olun: http://kivnews.com/?p=95710 ) Həmin müraciətdə dövlət qurumlarının vətəndaşın ərizələrinə laqeyd münasibətini qeyd edərək vurğulamışdıq ki, məcburi köçkün Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilən binada mənzil tələb edir. Çünki Adilə Həsənova iki övladı ilə 1993-cü ildən baxımsız, heç bir şəraiti olmayan, uçub-dağılmış idarə binasında məskunlaşıb. Hər qış yağan yağış onun yaşadığı otağa tökülüb. Amma ümid edib ki, bəlkə Cəbrayıl rayonu alındı geri qayıtdım. Lakin Cəbrayılın alınması uzandığından, artıq məcburi köçkünlər üçün tikilən binalardan ev tələb edir: “Bu illər ərzində çox əziyyətlər çəkdim. Heç kim mənim şəraitimlə maraqlanmadı. Amma dünən Sizə etdiyim müraciət onları silkələdi”.
Qeyd etdiyimiz kimi, dünən Kivnews.com portalında Adilə Həsənovanın ürək parçalayan müraciətindən sonra bu vaxta kimi edilən rəsmi müraciətlərə cavab verməyən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəhayət dilləndi. Adilə Həsənova bildirir ki, məqalədən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon Şöbəsindən ona zəng ediblər: “Mən bilirəm ki, Sabunçu Qaçqınkomu heç kimə ev vermir. Onlardan heç şikayətim də yoxdur. Sadəcə olaraq dərdimi onlara da dedim. Onlara da bildirdim ki, Qaçqınkom mənim kimi şəraitsiz birinə mənzil vermirsə kimə verir? Mən hədə-qorxu gəlmirəm, demək istəyirəm ki, artıq həyatdan bezmişəm. Ramana qəsəbəsi Şuşa şəhərciyində tikilən yeni 50 mənzilli binada məni evlə təmin etməsələr, o binanın qarşısında özümə od vurub yandıracam. Sonra rəsmi şəxslər deməsin ki, bizim Adilə Həsənovanın yaşayışından xəbərimiz olmayıb. Mənə zəng edən yoldaş Dövlət Qaçqınkomun sözünü mənə çatdırır ki, bəs mərhələli şəkildə məni də evlə təmin edəcəklər. Hansı mərhələdən söhbət gedir? 20 ildir mərhələli şəkildə evlər verilir, köməkliklər edilir. Bu illər ərzində mənə heç bir köməklik olunmayıb. Ona görə də, mərhələli şəkil mənə lazım deyil. Bina tikilib, hazır mənzillər var, məni evlə təmin etsinlər. İmkanı olan, şəhərdə bir neçə yerdə evi olanlara mənzil verməkdənsə, mənim kimilərinə mənzil verilməlidir”.
Adilə Həsənova qeyd etdi ki, Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilən əvvəlki binalarda mənzil alıb yaşamayanlar var: “Həmin mənzil sahiblərinə sərf etmir gəlib qaçqın binasında yaşasınlar. Çünki onların villaları, bahalı evləri var. Amma hansısa gücün sahəsində məcburi köçkünlər üçün tikilən binadan da mənzil əldə ediblər. Mənim deməyimə ehtiyac yoxdur, Qaçqınkom yaxşı araşdırsa, hər şeyi görər”.
Adilə Həsənova son olaraq bildirdi ki, məcbur olsa başqa dövlət səfirliklərinə müraciət edəcək: “Mən dövlətimi, dövlət başçımı çox sevirəm. Bilirəm ki, o, hər zaman bizlərin problemi ilə maraqlanır. Sadəcə olaraq bütün müraciətlər ona verilmir deyə, mənim kimi imkansızlar qapılar gəzir. Mən dövlətimizin adına ləkə gətirmək istəmirəm. Amma çıxış yolum qalmayanda, buna gedəcəm. Başqa dövlətlərdən sığınacaq istəsəm, məni heç kim qınamasın”.
Kivnews.com
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06

