Azərbaycan Cənubi Qafqazda ABŞ üçün prioritet ölkədir
Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi ekspert Yeganə Hacıyeva yeni və dəyişmiş geosiyasi şəraitdə ABŞ, Rusiya və Azərbaycanın münasibətləri il bağlı sualları cavablandırıb. NUH.az ekspertin cavablarını dərc edir.
- Azərbaycan hakimiyyətinin son zamanlar Rusiya və ABŞ-la münaisbətlərində razılaşmaların olduğunu söyləmək mümkündürmü?
Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və enerji mərkəzi kimi bu regionun əsas və aparıcı dövlətidir. Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq regiondakı güclər arasında balanslı siyasət yürüdərək , öz milli maraqlarına uyğun müəyyənləşdirdiyi müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirir
Azərbaycan Amerika Birləşmiş Ştatların vacib hərbi-strateji , etibarlı iqtisadi tərəfdaşı olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyinin etibarlı dəstəkçisidir və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından istifadə edir . Həmçinin ABŞ-ın əsas qlobal hərbi tərəfdaşı olmaqda davam edən NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçir. Azərbaycan uzun illər Əfqanstan , İraq ,Kosovodakı sülhməramlı missiyalarında ABŞ-ın etibarlı tərəfdaşı kimi iştirak edib. Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan layihələrin və enerji nəqli marşrutlarının Gürcüstan-Türkiyə xətti ilə Avropaya çatdırılması siyasətinin təşəbbüskarı və aktiv dəstəkçisidir.
- Prezidentin bu günlərdə ABŞ-la münasibətlərin daha da yaxşılaşdığını deməsi də buna sübutdurmu?
Bəli , ABŞ-ın qlobal hərbi strateji , enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan bir tərəfdaşı kimi Azərbaycanın Dağlıq Qarabağ koflikti və ölkənin daxili siyasətinə münasibətdə ABŞ-dan haqq etdiyi ədalətli bir yanaşma gözləntisi olsa da , ancaq uzun illər Azərbaycan ABŞ-ın xarici siyasətində prioritet ölkə olmamışdır . ABŞ-ın Azərbaycanla bağlı xarici siyasətinin ana xətti Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək istəyi üzərində qurulmuşdur. Yeni və dəyişmiş geosiyasi şərtlərlə ABŞ xarici siyasətində münasibətlər tamamilə yeni müstəviyə qədəm qoydu. Qlobal siyasi sistemdə güclər balansının yenidən formalaşması , ABŞ üçün qlobal enerji və beynəlxalq təhlükəsizliyə təsiretmə imkanlarına malik Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətininin qiymətləndirilməsi ehtiyacı yarandı . ABŞ-ın çox qısa bir müddət ərzində bir neçə dəfə diplomatik xətlərlə öz milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşən , zəngin təbii ehtiyatlara, neft yataqlarına malik , beynəlxalq hüquq və prinsiplərə hörmət edən , sivil və müstəqil siyasət həyata keçirən strateji tərəfdaşı Azərbaycanı özü üçün Cənubi Qafqazda prioritet ölkə seçdiyini bəyan etməsinin şahidiyik.
- Məlumatlara görə razılaşmalara əsasən Rusiya Azərbaycanın ABŞ-la, Avropa Birliyi ilə əlaqələrinə qarışmayacaq. Bu sizcə, mümkündürümü ?
Bəli , məncə bu mümkündür . Rusiya ənənəvi təsir dairəsinə daxil olan Cənubi Qafqazın geosiyasi əhəmiyyətli və regionun aparıcı dövləti olan Azərbaycanın AB və ABŞ la əlaqələrinin dərinləşməsində özünün oynadığı rolunun fərqindədir.
Azərbaycanın strateji tərəfdaş kimi Avropa Birliyi və ABŞ- la əlaqələrinin əsasında əlbəttə ən birinci tələbi milli maraqlarının və Dağlıq Qarabağ konfliktinin həllində ədalətli mövqeyinin nəzərə alınması durur . Eyni yanaşmanı Rusiya ilə münasibətlərə də şamil etmək mümkündür. Əgər əvvəllər Rusiyanın təsir dairəsində saxlamaq istədiyi ölkələrə Avropa Birliyinə alternativ kimi Avrasiya İqtisadi Birliyi və ya Gömrük İttifaqı təklifi var idisə , dəyişmiş geosiyasi şərtlərdə formalaşan yeni siyasi müstəvidə artıq bu alternativ yoxdur. İqtisadi və enerji layihələrində Qərbin güvənli tərəfdaşı olan Azərbaycanın beynəlxalq siyasi müstəvidə qonşuları olan Rusiya və İrana qarşı sanksiya kampaniyalarında iştirak etməməsi , xüsusi ilə Yaxın Şərq siyasətində balanslı və ehtiyatlı yanaşma sərgiləməsi , Rusiya üçün müəyyənedici şərt olan Suriyanın legitim prezidentinin və höküməinin istefaya getməsini tələb edən qlobal siyasi koalisiyada yer almaması , xarici siyasi prioritetində NATO- ilə üzvlüyü deyil balanslı siyasət yürütməsi Rusiyanın Azərbaycanla münasibətdə siyasi kompromis etməsinə rəvac vermişdir.
NUH.az
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 2025 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
