Dərc edilib: 21-07-2017

https://www.nuh.az/11604-.html

Azərbaycan Cənubi Qafqazda ABŞ üçün prioritet ölkədir

21.07.2017 16:40:45

Siyasət

Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi ekspert Yeganə Hacıyeva  yeni və dəyişmiş  geosiyasi şəraitdə  ABŞ, Rusiya və Azərbaycanın münasibətləri il bağlı sualları  cavablandırıb. NUH.az ekspertin cavablarını dərc edir.  

 

- Azərbaycan hakimiyyətinin son zamanlar Rusiya və ABŞ-la münaisbətlərində razılaşmaların olduğunu söyləmək mümkündürmü?

 

Azərbaycan Cənubi Qafqazın  siyasi, iqtisadi və enerji  mərkəzi  kimi bu  regionun əsas və aparıcı dövlətidir. Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən fərqli  olaraq  regiondakı güclər arasında  balanslı siyasət yürüdərək , öz milli maraqlarına uyğun müəyyənləşdirdiyi  müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirir

Azərbaycan  Amerika  Birləşmiş Ştatların vacib  hərbi-strateji , etibarlı iqtisadi   tərəfdaşı olmaqla yanaşı,  qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyinin etibarlı dəstəkçisidir və ABŞ-ın  Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ   Əfqanıstandakı missiyası və  Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri   üçün döyüş təyinatı olmayan yüklərin  daşınmasında   Azərbaycan hava məkanından istifadə edir . Həmçinin ABŞ-ın əsas  qlobal hərbi tərəfdaşı olmaqda davam edən   NATO-nun  Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə 40 faizini  Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata  keçir. Azərbaycan uzun illər  Əfqanstan , İraq ,Kosovodakı  sülhməramlı  missiyalarında ABŞ-ın  etibarlı tərəfdaşı kimi iştirak edib. Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan layihələrin  və enerji nəqli marşrutlarının Gürcüstan-Türkiyə xətti ilə Avropaya çatdırılması siyasətinin  təşəbbüskarı və aktiv dəstəkçisidir.

 

- Prezidentin bu günlərdə ABŞ-la münasibətlərin daha da yaxşılaşdığını deməsi də buna sübutdurmu?

 

Bəli , ABŞ-ın qlobal hərbi strateji , enerji stabilliyi və təhlükəsizliyində   mühüm rol alan bir tərəfdaşı  kimi  Azərbaycanın  Dağlıq Qarabağ  koflikti  və ölkənin daxili siyasətinə münasibətdə ABŞ-dan haqq etdiyi   ədalətli bir  yanaşma gözləntisi olsa da  ,  ancaq  uzun illər Azərbaycan   ABŞ-ın   xarici siyasətində prioritet ölkə olmamışdır . ABŞ-ın Azərbaycanla bağlı xarici siyasətinin ana xətti   Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək istəyi üzərində qurulmuşdur.   Yeni və dəyişmiş  geosiyasi  şərtlərlə ABŞ xarici  siyasətində   münasibətlər tamamilə yeni müstəviyə qədəm qoydu. Qlobal siyasi sistemdə güclər balansının yenidən formalaşması , ABŞ üçün  qlobal enerji və  beynəlxalq təhlükəsizliyə təsiretmə imkanlarına malik Azərbaycanın  strateji tərəfdaş kimi  əhəmiyyətininin qiymətləndirilməsi   ehtiyacı yarandı . ABŞ-ın   çox qısa bir müddət ərzində  bir neçə dəfə diplomatik xətlərlə  öz milli mənafeləri baxımından   əlverişli geosiyasi ərazidə yerləşən , zəngin təbii ehtiyatlara,  neft yataqlarına malik ,  beynəlxalq hüquq və prinsiplərə hörmət edən , sivil və müstəqil siyasət  həyata keçirən  strateji  tərəfdaşı  Azərbaycanı özü üçün Cənubi Qafqazda prioritet ölkə seçdiyini bəyan etməsinin şahidiyik.

 

- Məlumatlara görə razılaşmalara əsasən Rusiya Azərbaycanın ABŞ-la, Avropa Birliyi ilə əlaqələrinə qarışmayacaq. Bu sizcə, mümkündürümü ?

 

Bəli , məncə bu mümkündür . Rusiya   ənənəvi təsir dairəsinə daxil olan Cənubi Qafqazın geosiyasi əhəmiyyətli və regionun aparıcı dövləti olan  Azərbaycanın AB və ABŞ la  əlaqələrinin dərinləşməsində özünün oynadığı    rolunun  fərqindədir.

Azərbaycanın  strateji tərəfdaş kimi Avropa Birliyi və ABŞ- la əlaqələrinin əsasında  əlbəttə ən birinci tələbi  milli maraqlarının  və  Dağlıq Qarabağ konfliktinin həllində ədalətli  mövqeyinin  nəzərə alınması   durur . Eyni yanaşmanı  Rusiya ilə münasibətlərə də şamil etmək mümkündür. Əgər  əvvəllər  Rusiyanın  təsir dairəsində  saxlamaq  istədiyi   ölkələrə    Avropa Birliyinə alternativ kimi   Avrasiya İqtisadi Birliyi  və ya  Gömrük İttifaqı   təklifi var idisə , dəyişmiş geosiyasi  şərtlərdə formalaşan yeni siyasi müstəvidə  artıq bu alternativ yoxdur.  İqtisadi və enerji  layihələrində  Qərbin güvənli  tərəfdaşı olan Azərbaycanın    beynəlxalq siyasi  müstəvidə qonşuları  olan Rusiya və İrana qarşı sanksiya kampaniyalarında iştirak etməməsi  , xüsusi ilə Yaxın   Şərq siyasətində balanslı və ehtiyatlı yanaşma sərgiləməsi  , Rusiya üçün  müəyyənedici şərt olan Suriyanın legitim prezidentinin və höküməinin istefaya getməsini tələb edən qlobal siyasi koalisiyada yer almaması ,   xarici siyasi prioritetində  NATO- ilə  üzvlüyü  deyil  balanslı siyasət yürütməsi Rusiyanın   Azərbaycanla münasibətdə siyasi  kompromis  etməsinə rəvac vermişdir.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib