Milli Mətbuat(ın) gününə - Yetimin papağı

AZADLIQ Partiyasının sədri Əhməd Oruc
1997-ci ilin sonları idi, ölkədə hakimiyyətin nəzarətində olmayan xeyli qəzetlər var idi, ənənəvi müxalifətin liderləri hər gün bir neçə qəzetdə demokratiya, insan haqları barədə, dünyanın demokratik camiəsinin Azərbaycana mütləq dəstək verəcəyi haqda müsahibələr verirdi. Qərbin bir sıra fondları hələ ki, müxtəlif adlarla ADİF, MDF kimi qurumlar vasitəsilə demokratları, demokratik mətbuatı "dəstəkləyirdi."
Demkonqresin iclasında ölkədə müstəqil mətbuat problemi barədə məsələ qaldırdım və məsələnin məğzini təqribən bu şəkildə qoydum- Hakimiyyət tədricən məhkəmələr, iqtisadi sanksiyalar, həbslər vasitəsilə ona tabe olmayan mətbuatı ya məhv edir, ya da satın alır. Kənar ölkələr və fondlarən maliyyələşdirdiyi mətbuat da öz sahiblərinin marağından kənara çıxa bilməz. Və tədricən milli maraqlardan çıxış edən, müstəqil mətbuat sıradan çıxacaq. Ona görə ölkədə müstəqil mətbuatın fəaliyyət göstərə bilməsi üçün strateyi bir proqram hazırlanmalı, həm öz təzyiqlərimizlə, həm də Demokratik təsisatların vasitəsilə bu problemin həllinə çalışmalıyıq.
O vaxt AXCP və Musavatın nəzarətində olan xeyli qəzet var idi. Və bu partiyalardan birinin müavini - "Bizim heç bir mətbuat problemimiz yoxdur, Əhməd Oruc, sizin probleminiz varsa, özünüz də həll edin"- deyə münasibət bildirdi və əsas liderlər də məsələni aktual hesab etmədilər. Məsələnin mahiyyətininin dərk edilmədiyini, bu cür vəziyyətdə müzakirələrin heç bir nəticə verməyəcəyini başa düşdüyümdən israr etmədim.
Bu xatırlatmanı ona görə elədim ki, bu günkü mətbuatın vəziyyətini bu günkü yurnalistlərin üzərinə yükləmək yanlış olardı. Bu günkü vəziyyət azad mətbuat təfəkkürünə müharibə elan etmiş, onu heç cür qəbul etməyən, 24 ildi hakimiyyətdə olan feodalların sistemli basqıları, ölkədə demokratik cəmiyyətdən danışanların belə demokratik cəmiyyətin əsasları haqda yetərli təsəvvürünün olmaması nəticəsində yaranıb.
Bu hakimiyyətin milli maraqlara zidd, korrupsiyaçı, rüşvətxor, yalançı, ədalətsiz mahiyyətinin ortaya qoyulması, gerçək milli maraqların içtimai rəyə təqdim olunması yolunda fədakarlıq göstərmiş və göstərən, bu yolda təzyiqlərə, təqiblərə, həbslərə, mərhumiyyətlərə, ölümlərə məruz qalan mətbuat nümayəndələrinin hər biri gerçək bir qəhramandır və onlara bir daha sayqı və sevgimi bildirirəm. Onların hər biri azərbaycan cəmiyyətinin gerçək sivil cəmiyyətə çevrilməsində bir işıq, bir örnəkdilər və onlar ömürlərini ən dəyərli bir işə-üstün, insanın təməl azadlıqlarının təmin olunduğu bir cəmiyyət quruculuğuna, bu yolun aydınlanmasına fəda ediblər.
Jurnalistlərə ev verilməsi məsələsinə münsibəim birmənalı deyil. Düşünəndə ki, ölkənin milyardlarla gəliri bir ovuc hakimiyyət bandası tərəfindən talan edilir, yalnız bir dövlət bankından 12 milyard hakimiyyət tərəfindən oğurlanıb, bu hakimiyyət sivil görünmək üçün Avropada qəbristanlıqlarının təmirinə milyonlar xərcləyir, Rusiya kimi nəhəng, dünyaya meydan oxuyan nüvə dövlətində məktəb, yetimxana tikir və ölkədə minlərlə, on minlərlə ailə evsizlikdən, catışmazlıqlardan əziyyət çəkir, bu günkü şərtlər daxilində yurnalistlərin əməkhaqqı ilə ev almaları imkansızdır, onda 255 aztəminatlı ailənin də bir ciddi problemdən qurtulmasına etiraz etməyə çətinlik çəkirsən. Həm də nəzərə alsaq ki, ev alanların bir qismi milli mücadilədə zəhməti olan, mərhumiyyətlər görmüş yurnalistlərdir, normal bir ölkə olsa onlar daha yaxşı yaşamalı idilər, məsələ daha da qəlizləşir.
Fikirləşəndəki, bu ölkədə şəhid ailələri illərdir şəhidlərin qanpulunu ala bilmir, neçə yurnalist yazdıqlarına görə həbsdədir, sürgündədir, hakimiyyət bu evvermə ilə yurnalistləri öz cinayətlərinə ortaq etməyi, susdurmağı düşünür, bu evlərin hər biri azad mətbuatın məhvinə bir simvoldur, bu işə xeyir-dua verə bilmirsən.
Bütün bu problemlərin həlli ölkədə normal cəmiyyətin , sivil cəmiyyət təfəkkürlülərin hakimiyyətinin qurulmasıdır.
Əlbəttə, normal ölkədə hər bir sənət sahibinin, o cümlədən yurnalistlərin heç kimə ehtiyacı olmadan yaşamasına imkan, şərait olur.
Analoqu olmayan, indiki halda anormal hakimiyyət nəticəsində ölkədə tədricən hər şey anormal vəziyyət almağa başlayır. Ev alan yurnalistlərin bir qismi evi "prezidentin hədiyyəsi" adlandırırlar. Prezident institutu qanunlar çərçivəsində fəaliyyət göstərən bir qurumdur. Prezidentin ehtiyat fondundan yurnalistlər üçün mənzil tikintisinə ayırdığı pul büdcə vəsaitidir, şəxsi pulu deyil və prezidentin dövlət büdcəsini kiməsə bağışlamaq, hədiyyə etmək səlahiyyəti yoxdu. Yurnalistlərin əksəriyyəti bunu bilir, amma hesab edirlər ki, belə yazmaq məqsədəuyğundur.
Bu ölkədə vətəndaşların təqaüd, əmək haqlarının indeksləşdirilməsi haqda qanun hələ də işləmir. Əvəzində hakimiyyət çox eybəcər bir şəkildə prezident təqaüdü, gənc şairlərə təqaüd, yurnalistlərə ev və s. şəkildə cəmiyyətin danışa bilən bir kəsimini də özündən asılı edir.
Və nə qədər qəribə olsa da ölkə mətbuatına bir dəfə müsahibə verməmiş, bir dəfə mətbut konfransı keçirməmiş prezident mətbuatın dostu seçilir. Bu fakt mətbuatımızın nə gündə olmasının göstəricisidir.
Sonda bir məsələni də vurğulamaq istəyirəm ki, mənzil almış yurnalistlər hakimiyyətə borcluluq kompleksinə düşməməlidir. Bu məsələ ən yaxşı halada hakimiyyətin "yetimin papağını özünə qaytarmasıdı".
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
4 sentyabr 2025 13:45
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Putin Azərbaycanla münasibətlərdən danışdı
3 sentyabr 2025 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
3 sentyabr 2025 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
3 sentyabr 2025 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Bu universitetə yeni rektor təyin edildi
3 sentyabr 2025 12:29
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57