Şairin heykəlini götürdülər
İcra başçısının məşhur şairin adına olan parkı iş adamına satdığı bildirilir
Bir neçə gün öncə şair Əli Kərimin həyat yoldaşının Prezidentə müraciət etməsi ilə bağlı ölkənin bir çox saytlarında informasiya getmişdi. Müraciətdə Əli Kərimin Göyçay Şəhərində parkının dağıdılmasına etiraz edilirdi. Məktub müəllifi şair Əli Kərimin 1969-cu ildə doğulduğu Göyçayda, Boz dağın ətəyində dəfn edilərkən qanqallıqdan ibarət olan ərazidə Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə park salındığı və abadlaşdırıldığı bildirilir. Qeyd edilir ki, məhz Ulu Öndərin rəhbərliyi dönəmində onun qəbrinin üstü götürülmüş, qəbrin ətrafında park salınmış və həmin parka şairin adı verilmişdir. Daha sonra müraciətdə deyilir: “Qısa müddətdə orada ağaclar əkildi, abadlıq işləri aparıldı. Parkın girişində Əli Kərimə abidə qoyuldu”.
Məktub müəllifi Elza Kərimova sonrakı illərdə Göyçay Rayon İcra hakimlərinin Əli Kərimin xatirəsinə hörmətsizlik etdiyini bildirir. Müəllif yazır: “Göyçay Rayonunun hazırki İcra hakiminin hərəkətlərini diqqətinizə çatdırmaq istəyirəm. İcra hakimi parkda istirahət mərkəzi, attraksion yaratmaq məqsədilə Əli Kərimin qəbrinin yerini dəyişdirmək fikrinə düşüb. Ailəmizin qəti etirazlarından sonra icra hakimi məqsədinə nail olmaq üçün dörd tərəfdən, hündür daş hasar çəkdirərək Əli Kərimin qəbrini parkdan ayırıb. Bununla da kifayətlənməyib, Əli Kərimin parkın girəcəyində yerləşən heykəlinin yerini dəyişdirərək onu qəbrin arxasına, parkın ən ucqarına aparıb qoyub. Görəsən, icra hakimi nə cəsarətlə Azərbaycan poeziyasının, Göyçayın fəxri Əli Kərimin xatirəsinə belə hörmətsizlik edir?”
Məktub müəllifi daha sonra ölkənin hər yerində tikinti-abadlıq işlərinin getdiyini, parklar salındığını vurğulayır və əlavə edir: “Nə səbəbə istənilən yerdə istirahət yerləri, attraksionlar tikmək mümkün olduğu halda Göyçay Rayon İcra hakimi Əli Kərim parkına üz tutub, Əli Kərimin xatirəsinə qarşı belə hörmətsizlik etmək qərarına gəlmişdir. Əli Kərimin heykəlinin günahı nə idi və kimə mane olurdu? Nə üçün şairin qəbri hasarla parkdan təcrid edilib? Ağla gələn ilk fikir budur ki, Əli Kərimin qəbrini kənar yerə keçirmək istəyənlər yavaş-yavaş onu parkın ərazisindən çıxarmaq, Əli Kərim parkının da adını dəyişmək məqsədi güdürlər”.
Şairin həyat yoldaşı məktubunu bu sözlərlə bitirir: “Çox hörmətli cənab Prezident! Son ümid yeri kimi Sizə müraciət edir, Göyçaydakı Əli Kərim parkında baş verənlərə son qoymağı xahiş edirəm”.
Müraciətdən sonra hadisələrin hansı istiqamətdə getməsi ilə bağlı sualla şairin oğlu, fil.ü.e.d. Paşa Kərimova müraciət etdik. P.Kərimov başçının öz niyyətindən əl çəkmədiyini, Əli Kərimi küncə sıxmaqda davam etdiyini bildirdi.
NUH.az
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 2025 14:04
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 2025 09:35
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Əlisəmid Kürün vəziyyəti ağırlaşdı
4 oktyabr 2025 18:00
- Sən bağlayan pəncərənin....- Vaqif Bayatlı Odər - 77 İL
2 oktyabr 2025 18:23
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
