Nailin öldürdüyü şəxsin uşaqları Əli Həsənovdan razıdır
Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib. Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər...
74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.
Soraqlayıb Vaqif Əsədovun yaşadığı evi tapırıq. Onun mənzilinə, binanın 5-ci mərtəbəsinə qalxırıq. Aşağı mərtəbələrdəki qapılar bir-birinə bənzəyir, imkanlı olduqları hiss olunur. Yalnız sonuncu qapı öz nimdaş görkəmi ilə seçilir. Həmin qapını döyürük, bir qadın açır, jurnalist olduğumuzu deyirik. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi "qonaqsız, keçin içəri, amma biz müsahibə verməyəcəyik" - deyir.
Bu barədə Meydan TV-yə mərhumun ailəsi danışıb. İçəri, təmirsiz, darısqal otağa daxil oluruq. Stolun üzərinə halva, xurma düzülüb. Çay gətirirlər. Bir gün əvvəl "olke.az” saytına atası barədə danışan Ramiz Əsədov yorulduğunu, danışmaq istəmədiyini deyir:
"Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiz. Heç bilmirəm ünvanımızı haradan alırsız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik".
Bizi qarşılayan kişinin Vaqif Əsədovun böyük oğlu olduğunu öyrənirik. Qapını açan isə qızıdır. Heç biri adını açıqlamır. Öyrənirik ki, Ramiz Əsədovun müsahibəsindən sonra Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.
"Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib gedin. Bizə lazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur də, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur - red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar" - böyük qardaş əsəbi şəkildə deyinir.
Bu zaman bacısı da ona dəstək verir:
"Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov “əlimlə nəvəmi aparıb polisə təslim etdim”, - dedi. Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?"
Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına "əsəbləşirəm, çox danışma" - deyir.
Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir:
"Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq".
Qapıya qədər ötürürlər, mərhumun böyük oğlu yenə təkrar edir:
"İndi bizə jurnalist lazım deyil. Lazım olanda özümüz əlaqə saxlayacağıq...”
NUH.az
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
