“Fındıqbaş” Lütfizadə və “Danabaş” Akif Əli
Gecə saat 23-00 radələrində məşhur alim Lütfizadənin ölümü ilə bağlı ölkə başçısı İlham Əliyev və digər dövlət rəhbərlərinin imzaladığı nekroloqu oxuyanda məəttəl qaldım: “ Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir”.
Görəsən bu nekroloqu hazırlayanlar bilmir ki, rəhmətlik Lütfizadənin Azərbaycan elminə zərrə qədər aidiyyəti yoxdur.
Bəli, biz Lütfizadə ilə həmyerlimiz, soydaşımız kimi fəxr edə, qürur duya, onun ölümü ilə bağlı xalqımıza başsağlığı verə bilərik. Amma dünyaca məşhur alimin Azərbaycan elminə aidiyyətindən danışmaq ən azı gülüncdür.
Mən alimin milli, dini mənsubiyyəti yoxdur deyənlərlə razı deyiləm. Alimin milli, dini, hətta regional mənsubiyyəti də var. Hətta Lütfizadənin damarlarında azərbaycanlı qanı axır, ondan türk iyi gəlir deyənləri də haradasa başa düşməyə çalışıram.
Və məqsədim Azərbaycan elminə kölgə salmaq da deyil. Azərbaycan sovet elmi Yusif Məmmədəliyev kimi nəhəng alimlər yetişdirib.
Amma unutmamalıyıq ki, Lütfizadə kimi dahi alimlər hadisə( yavleniya), fenomendir. Bu mənada onun nəinki Azərbaycan elminə, ümumiyyətlə, ölkəmizə aidiyyəti yoxdur. Lütfizadə bu mənada Amerika hadisəsi, Amerika fenomenidir. Yəni Amerika elm mühitinin məhsuludur. Bunun bizim ölkəmizə, yaxud Lütfizadəni böyüyüb boya-başa çatdığı İrana nə dəxli ola bilər?
Biz az tavtalogiya olsa da deyim ki, Lütfizadə İranda qalsaydı, yəqin ki müştəhid, Azərbaycanda yaşasaydı ən yaxşı halda “Narxoz”un rektoru, ya da “Eldar Mahmudovdan qorxurdum” deyən rabitə naziri Əli Abbasov olacaqdı.
Nə isə, nekroloqdakı xırda səhvi haradasa başa düşmək də olardı. Amma…
Səhər-səhər saytlarda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, 2-ci dərəcə Dövlət müşavi Akif Əlinin rəhmətlik Lütfizadə ilə bağlı “O fındıqbaş kişi məni maraqlandırmır” açıqlamasını oxuyanda...tələsik də olsa fikirlərimi bölüşmək qərarına gəldim.
Mən tam əminəm ki, orta səviyyəli bir filoloq olan Akif Əli Lütfizadənin elmi kəşflərini dərk etmək imkanında deyil və “fındıqbaş kişi” deyəndə alimin başının fiziki ölçülərinin balaca olduğunu nəzərdə tutub. Bu mənada Akif Əli şanslıdır və başının ölçülərinə görə maşallah “danabaş”dır.
İndi isə Akif Əlinin bir-iki açıqlamasına nəzər salıb onun başının içindəkilərlə tanış olaq.
Akir Əli öz şefini-Baş nazirimizi vəsf etmək üçün yazır ki, “Artur Rəsizadə dərin ziyalı nəslinin nümayəndəsidir”.
Görəsən, ziyalının dərin-dayaz olmasını Akif Əli necə müəyyən edir?
Ümumiyyətlə, “dərin ziyalı” nə deməkdir? Dayaz ziyalı da olurmu ?
Gəlin görək Akif Əlinin “dərin ziyalı nəsli” dediyi Rəsizadələr kimlərdir?
Bu nəslin tanınmışlarından biri olan, Az.SSR Nazirlər Sovet sədrinin 1-ci müavini Şamil Rəsizadəni ötən əsrin 70-ci illərində Qazax camaatı mal kimi döyərək tövləyə salıb ağzını bağlamışdı. Çünki Şamil Rəsizadə Qazax bölgəsindəki meşələrin ermənilərə verilməsini camaata bildirmişdi. Və camaat bu rüsvayçılığa dözməyərək hökumət rəhbəri olan Rəsizadəni biabırcasına döymüşdü. Düzdür, sonradan həmin meşələr ermənilərə hədiyyə edildi.
Budur, dərin ziyalı nəslinin nümaynədəsi, cənab “danabaş” Akif Əli?
İndi keçək rəsizadələrin digər şanlı nümayəndəsi olan Artur müəllimə.
AMİP lideri Etibar Məmmədov bir neçə il əvvəl 1990-cı ilin Yanvar qırğınını törədən sovet qoşunlarının Bakıya çağırılması ilə bağlı rəsmi sənədin Artur Rəsizadə tərəfindən imzalandığını ortaya qoydu. Bəli, sovet qoşunlarının Bakıya çağrılması ilə bağlı rəsmi sənədin altında Artur müəllimin imzası var idi.
Artur müəllimin necə baş nazir olması isə xalq arasında anekdot mövzusudur.
Hə, Akif Əli, bəlkə siyahını uzadım..?
Keçək Alik Rəsizadəyə ?
Məncə, ehtiyac yoxdur.
Sözün düzü, “fındıqbaş” ifadəsi olmasaydı mən Akif Əliyə əl bulamağı özümə rəva bilməzdim. Çünki bu adamın açıqlamaları, müsahibələri gövdəsi, başı-ayağı, əl-qolu olmayan, məntiqiz, rəbitəsiz söz yığınıdır.
Mən hətta Akif Əlini sonuncu açıqlamasındakı siyasi boşluqlarla da şantaj etməkdən uzağam. Onsuz da şarikovlar tapılacaq.
Qoy cəmiyyət kimin “fındıqbaş”, kimin “danabaş” olduğunu özü müəyyən etsin.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 2026 16:27
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
7 yanvar 2026 20:57
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Ramiz Mehdiyev daha bir vəzifədən getdi
29 noyabr 2025 13:05
- Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı
28 noyabr 2025 13:48
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
- Prezident cənab İlham Əliyevə Ş İ K A Y Ə T
18 aprel 15:15
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 17:25
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 15:03
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 14:33
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 13:06
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 12:47
