Fuad Ələsgərov: “Azərbaycanın sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verilir”
Oktyabrın 18-20-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 78-ci iclası keçirilir.
AzərTAc xəbər verir ki, Azərbaycan tərəfinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd Xidməti Veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri iştirak ediblər.
İclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul ediliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB iştirakçı dövlətlərinin Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, ölkəmiz üçün sərhəd təhlükəsizliyinin vacibliyini və beynəlxalq sərhəd əməkdaşlığının əhəmiyyətini qeyd edib.
İclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq Ulu Öndərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir.
Sərhəd Qoşunları Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı və 2013-cü ildə 70-ci iclasları Bakı şəhərində keçirilib.
Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasının açılışında Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov çıxış edərək beynəlxalq terrorçuluğa, separatçılığa, transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin və beynəlxalq təhlükəsizliyin əsas şərtlərindən birinin dövlət sərhədlərinin etibarlı mühafizəsi olduğunu qeyd edib, Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyini vurğulayıb.
İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, 2017-ci il üzrə xidməti-döyüş fəaliyyətlərinin nəticələri və 2018-ci ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişaf perspektivləri nəzərdən keçirilib, 2018-ci il üçün Fəaliyyət Planı müzakirə olunub.
Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış olublar.
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57