Yazıçı Rasət Pirisoyunun sosial şəbəkə istifadəçəilərinə müracəti!

(Video linkdə)
Mən feysbuk və yutub istifadəçəilərinə müraciət etməyi və aşağıdakıları bildirməyi özümə borc bilirəm.
Azadlıq qəzetinin feysbuk və Meydan TV-nin həm yutub, həm də feysbuk səhifəsində yayılan «Seçkidə «karuselə» nəzarət edən direktor müavini» başlıqlı videoçarxdakı direktor müavini mənim həyat yoldaşımdır.
Videoçarx böhtan üzərində qurulub. Videoçarxda müəllifin iddiasını təsdiq edən bircə fakt da yoxdur. Mülahizə uydurmadır. Bu böhtanının nəticəsində mənim xanımım sosial şəbəkələrdə, yutubda kütləvi şəkildə ən iyrənc təhqirlərə məruz qalıb. Rəzalət o həddə çatıb ki, vidioçarxda yerişini sürətləndirməklə xanımıma gülünc görkəm verməyə çalışıblar.
Bu jurnalistka deyil, bu, təbliğatdır, dünyagörüşcə məhdud adamların hissləri ilə oynamaqdır, faşizmdir.
Mən təhqirə təhqirlə cavab verməyəcəyəm. Onsuz da ağlı başında olanlar gözəl bilir ki, indi təkcə Azərbaycan Respublikasında deyil, bütövlükdə bütün dünyada azərbaycanlılar arasında SOYUQ VƏTƏNDAŞ MÜHARİBƏSİ hökm sürür. Biz bu gün vaxtı ilə Sumqayıt və 20 yanvar facələrini törədən texnologiya ilə üz -üzəyik. İndi bu texnalogiyanın peşəkarları Azərbaycanda növbəti qurbanlarını axtarırlar.
Bəri başdan deyim ki, nə mən 11 aprel 2018-ci il seçkilərində iştirak etmişəm, nə də həyat yoldaşım. 11 apreldə işlədiyi məktəbdə müəllimlərin əksəriyyəti seçki komissiyalarında təmsil olunduğundan məktəb nəzarətsiz, başsız qalmasın deyə direktoru həyat yoldaşımı məktəbə çağırılıb. Həmin gün o, direktorun tapşırığına uyğun olaraq məktəbin həyətini, məktəbdə salınmış bağçanı, sinif otaqlarını xoşagəlməz hadisələrdən qoruyub. Məktəbi, müəlliləri, valideynləri həmişə necə doğma bilibsə, həmin gün də məktəblə, müəllimlərlə, valideynlərlə o cür ünsiyyət qurub. Bu münasibətin seçkiyə heç bir dəxli olmayıb.
11 aprel seçkisi ərəfəsində, təklif olunsa da, Nizami 2-ci seçki dairəsinin (251 №-li məktəbədəki seçki məntəqələri bu dairədə yerləşir) sədri Heydər Vəliyevlə əvvəlki seçkilərdə aralarında yaranan gərginliyə görə yoldaşm heç bir komissiyada təmsil olunmaq istəməyib.
Bunu məktəbin direktorundan mən də xahiş etmişəm. Yoldaşım da sözümü yerə salmayıb.
İctimaiyyətə məlum olmasa da, indi 251 № -li məktəbdə hamıya məlumdur ki, seçkiyə bir ay qalmış Heydər Vəliyev və 14-cü seçki məntəqəsinin sədri Ülviyyə Nuriyeva Nizami rayon İcra həkimiyyətində olublar, adi kamera qarçısında özünü itirən qorxaq həyat yoldaşımın guya seçkini pozacağı barədə hakimiyyət səlahiyətlilərinə məlumat veriblər.
Videoçarx sosial şəbəkələrdə yayılandan sonra Heydər Vəliyev yenə də İcra hakimiyyətində olub və yoldaşımı məktəbin üz qarası adlandırıb.
Bundan sonra İcra hakimiyyəti səlahiyyətliləri vidioçarxa baxıblar, həyat yodldaşımın hərəkətlərində qeyri – qanuni heç nə olmadığını bildiriblər.
Yoldaşım ona atılan böhtandan xəbər tutandan, videoçarxı görəndən sonra sarsılıb, bütün gecəni sudurqa içərisində «Axı mən neyləmişəm?» deyib və hönkürüb. Mən evə ambulans cağırmışam.
102-yə zəng etmişəm. Yoldaşımın vəziyyətini izah etmişəm.
Polis tədqiqata başlayıb. Üç gündən sonra mən işi aparan əməliyyatçı Zamir Şirəliyevə zəng edib, vidioçarxın müəllifini tapıb - tapmadıqlarını soruşmuşam, Zamir Şirəliyev mənə bu işin polislik olmadığını deyib. Halbuki baş verənlərdə cinayət tərkibi yaradan böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılması, ən nəhayət dələduzluq kimi əməllər movcuddur.
Mən prezildet İlham Əliyevə, nazir Ramil Usubova, Baş prokuror Zakir Qaralova şikayətlə müraciət etmişəm.
Bundan sonra vidioçaprxın müəllifini özüm axtarmağa başlamışam.
Daha maraqlı bir məqam.
Vidioçarx sosial şəbəkələrdə yayılandan sonra Vaqif adlı bir nəfər məktəbə zəng edib, müəyyən məbləğ müqabilində vidioçarxı sosial şəbəkələrdən, Meydan TV -nin səhifəsidən silimək imkanı olduğunu deyib. Yoldaşım Vaqifin telefon nömərsini mənə göndərib; 070 275 49 99. Mən Vaqiflə əlaqə saxlamışam. Vaqif hansısa Şükür müəllimin adından mənə vəd verib. Bu söhbəti mənim mobil telefonum 16.04. 2018-ci il, saat 10.02 tarixində qeydə alıb.
Mən vidioçarxın müəllifini də axtarıb tapmışam.
Bu, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Xəyalə Zakir qızı Ağayevadir. Mən universitetin jurnalistika fakültəsi ilə əlaqə saxlamışam. Aradan heç on dəqiqə keçməmiş Xəyalə Ağayevə mənə zəng edib. Onun zəngi telefonumda 17.04. 2018-ci il, saat 15.35 tarixidə qeydə alınıb.
Hazırda məndə Xəyala Ağayevanın 15-ə qədər fotosu var. O, videoçarxın müəllifi olduğunu inkar etsə də, fotoları görənlərin hamısı, o cümlədən həyat yoldaşım vidioçarxın müəllifinin Xəyalə Ağayevə olduğunu təsdiq ediblər.
Mən 17.04. 2018-ci il, saat 15.35-dən sonra Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsi ilə - Zamir Şirəliyevlə əlaqə saxlamışam, videoçarxın müəllifini tapıb - tapmadıqları ilə maraqlanmışam, Zamir Şirəliyev vidioçarxın müəllifini tapmadıqlarını deyib.
Mən əldə etdiyim faktlar barədə Zamir Şirəliyevə məlumat vermişəm. O, məni yenidən 5-ci polis bölməsinə dəvət edib, polisə yeni ərizə ilə müraciət etməyimin zəruri olduğunu deyib. Mən bu zərurətin niyəsini başa düşməsəm də, 5-ci polis bölməsinə getmişəm, növbəti ərizəmə Vaqif barəsində bildiklərimi də əlavə etmişəm.
Tədqiqat davam edir. Davam edirmi? Bilmirəm.
Mən həyat yoldaşım Elmirə xanımla otuz ildir bir dam altında yaşayırıq. Mənim 65, xanımımın 64 yaşı var. Bir ildən sonra o, 34 il fasiləsiz çalışdığı məktəblə vidalaşır. O, 1984-cü ildən Nizami rayonundakı 251 №-li orta məktəbdə işləyir. Mən bu gün də, 30 il bundan əvvəl olduğu kimi, həyat yoldaşımla özümü xoşbəxt hesab edirəm.
Mən bilirəm, bu gün Azərbaycan xalqı irtica ilə qaragüruhun əlində girinc qalıb. Vəziyyət çox ağırdır.
Mən hamının, xüsusən də xanımımı ən ağır ifadələrlə təhqir elən admaların nəzərinə çatdırmaq istəyirəm, biz - xanımım və mən - bu gün Azərbaycanda başlayan, indii bütün azərbaycanlıları əhatə edən SOYUQ VƏTƏNDAŞ MÜHARİBSİNDƏ iştirk etmək istəmirik.
Mən bu yazını qurtarıram.
Və deyirəm, Azərbaycanda qanunlar işləməsə də, mən yenə qanuna üz tutmağın tərəfdarıyam. Xanımımla bağlı baş verənlər mütləq öz hüquqi həllini tapacaq və hüquqi qiymətini alacaq.
Xoş getdiniz!
P.S. Biz hələ görüşəcəyik.
18.04.2018-ci il.
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
3 iyul 2025 11:23
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 2025 16:26
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 2025 12:28
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16