Gəlin hamımız soyunaq...Libasımızı yox, maskamızı
Geyimlə bağlı son vaxtlar cəmiyyətdə gedən müzakirələri nəzərə alaraq təxminən 10 il əvvəl yazdıqlarımı yenidən paylaşmaq qərarına gəldim.
Gəlin hamımız soyunaq
Libasımızı yox, maskamızı
Ekranlar fahişələrin ümumilli auksionuna çevrilib
«El içində» televerilişində şou əhlinin milli mentalitetimizə zidd olan, milli mənəviyyatımızı korlayan açıq-saçıq geyinməsi, daha doğrusu soyunması müzakirə olunurdu. Verilişdə millət vəkilləri Nizami Cəfərov, Aqil Abbas, telemütəxəssis Zeynal Məmmədli və s. kimi tanınmışlarımız da iştirak edirdi.
Sözün düzü «geyim azadlığı»nın tərəfdarı olduğuma görə «geyim problemi» mənim üçün ciddi və maraqlı mövzu deyil. Həm də bu gün hamının xorla müzakirə etdiyi «soyunmaq» mövzusu bir az riyakar mövzudur. Çünki yaşlı- cavan, yaxud dindar olub-olmamasından asılı olmayaraq heç bir sağlam insan çılpaq və gözəl bədənə laqeyd qala bilməz. Hansı az-çox zövqü və duyğusu olan insan nəinki UCA ALLAHın kefinin yaxşı vaxtında yaratdığı canlı «naturşitsa»ya, hətta rəssamların və heykəltaraşların əsəri olan cansız şəkillərə və daş «natura»lara (öz prizmasından?!) həyəcansız baxa bilər? Bu aksiomadır və bizdən asılı məsələ deyil. Bunun əksini söyləmək riyakarlıq olardı. Bütün bunlara baxmayaraq, verilişdə məni narahat edən bəzi nüanslara münasibət bildirməkdən vaz keçə bilmədim.
Verilişdə hörmətli millət vəkili Aqil Abbas müğənnilərimizin soyunmaq məsələsi ilə bağlı çıxış edərkən nədənsə sevimli gitaraçımız Rəmişin hərdən «nəşələnməsini» və bunun sənətkarlığa qəti xələl gətirmədiyini, yəni sənətkarın həyat tərzinin onun sənətinə aidiyyəti olmadığını bildirdi. Adama deyərlər heç hənanın yeridir? Axı Vaqif Mustafazadənin «buğ problemi»ni, yaxud Rəmişin hərdən «nəşələnməsini» bilərəkdən və ya bilməyərəkdən Röyanın, Aygünün, Tolikin, Rəqsanənin və digərlərinin soyunması ilə eyniləşdirmək nə Aqil müəllimin yazıçı adına, nə də Rəmişin sənətinə yaraşan müqayisə deyil.
Televizor qəfil gələn çağrılmamış qonaqdır
Məncə millət vəkili Aqil Abbasın müqayisəsinin mətləbə heç dəxli yox idi. Çünki söhbət sənətçinin həyat tərzindən getmir. Mügənni evində, hansısa restoranda, qonaqlıqda, dost məclisində içib-keflənirsə, nəşələnirsə, şortik geyinirsə, yaxud soyunursa bunun birbaşa sənə, mənə, cəmiyyətə dəxli yoxdur. Həm də bu cür «problem»i yerindəcə asanlıqla həll etmək mümkündür. Ancaq unutmaq olmaz ki, televizor qəfil gələn çağrılmamış qonaqdır. Görəsən kimsə şalvarını, yaxud tumanını çıxarıb millət vəkilinin evinə girsə nə baş verər? Yəqin ki, hörmətli millət vəkili tumançaq qonağı o dünyalıq edər. Ona görə də cinlə şeytanı qarışıq salmaq düz deyil. Söhbət səhərdən axşamadək «evimizin içində şalvarını, tumanını soyunan», alt paltarını nümayiş etdirən və bütün bunlar azmış kimi millətə əxlaq dərsi keçən mavilərdən, zinakarlardan, qadın alverçilərindən, gedir.
* * *
Azərbaycan cəmiyyəti çimərlikdə şalvarla, yubka-kofta ilə çiməcək qədər də geridə qalmış deyil. Bu gün Allaha çox şükür ki, heç kimdən üç taxta tuman geyməyi, yaxud bəzi qonşu dövlətlərdə olduğu kimi adamların geyiminə nəzarət edən Əxlaq Polisinin yaradılmasını tələb edən tapılmaz. Və heç kim müasir dəblə, zövqlə geyinməyin əleyhinə deyil. Ancaq yataq geyimi ilə səhnəyə çıxmaq, sənətini deyil qasığını, ürəyini yox dalını tez-tez tamaşaçıya nümayiş etdirmək və ən əsası özünə tamaşaçı sevgisi deyil «müştəri-klent » axtarmaq ekranda deyil, fahişəxanada rast gəlinən mənzərədir. Əslində bunların yol qırağında, trassda dayananlardan heç bir fərqi yoxdur. Daha doğrusu, fərq böyükdür. Birincisi, əxlaqsızlıq yuvalarında həbs olunanlardan fərqli olaraq şou əhli toxunulmazdır. Çünki onların arxasında duranlar yüksək çinli məmurlardır. İkincisi, yol qırağında, trassda, kafedə tutulanların çoxu 4-5 manata «çörək dalınca» çıxan zavallılardır. Müştəriləri də özləri gündə. Yəni bunlar professional fahişə-filan deyillər. Bu zavallılar ölkədə özəlləşdirmə adı altında zavodları, fabrikləri cinayətkarcasına dağıdıb insanları iş yerindən məhrum etməyin nəticəsidir. Digər tərəfdən bu gün ölkəmizdə mövcud iş yerlərində verilən əməkhaqqının və mənəvi-psixoloji şəraitin (ağa və nökər münasibətinin) fahişəlikdən də təhqiramiz olması heç kimə sirr deyil.
Şou əhlinin müştəriləri isə polis rəisləri, prokurorlar, nazirlərdir. Onlar harınlamış məmur təbəqəsinin «yetişdirmələridir». Özləri də utanıb eləmirlər, əlləri ilə üzlərini nəinki örtmür, hətta 8 milyonun qarşısında paçasını aralı qoyub genəlirlər. Həm də başqa ölkələrin qanuni fahişələrindən fərqli olaraq vergi-filan da ödəmirlər.
Ən biabırçı hal odur ki, təkcə gənc müğənni qızlar deyil, «ağbirçək-nənə» müğənnilərimiz də qoca vaxtlarında «yeni eşqə» düşüb 10-15 sm-lik yubkada teleekranda əyləşib, ayaqlarını aralayıb özünü nümayiş elətdirirsə, bu artıq gəncliklə bağlı problem deyil, alayı bir şeydir.
Bunlar təkcə özləri soyunmurlar, həm də başqalarını soyundururlar
Əslində problemin kökündə hətta neftdən də çox gəlir gətirən fahişə biznesi dayanıb. Neftin çıxarılmasına kapital qoymalısan, əziyyət çəkməlisən daha nələr,nələr. Ancaq fahişə biznesini şou biznesə calaq etməklə qaz vurub qazan dolduranlar var. Ekran isə bunlar üçün göydən düşmə bir məkandır. Təsəvvür edin bir dəfə ekrana çıxmaqla on minlərlə potensial müştəri tapırsan və qiymətlər də «kafir yağı»nın yəni neftin qiyməti kimi kəllə-çarxa qalxır. Belə bir imkanı diskotekada, saunada, parkda, küçədə, barda, trassda durmaqla heç cür əldə etmək mümkün deyil. Yəni ekran fahişələr üçün ümumilli auksiondur.
Onu da unutmaq olmaz ki, cəmiyyət, əsasən gənclər vitrindəkilərə (ekrandakılara) oxşamağa daha çox can atır. Yəni bunlar təkcə özləri soyunmurlar, həm də başqalarını soyundururlar. Ən təhlükəlisi budur.
* * *
Yeri gəlmişkən, görəsən nə üçün Qərbin açıq-saçıq geyinən qadın mügənniləri, şou əhli bizi o dərəcədə də qıcıqlandırmır?
Ancaq özümüzünkülərin açıq-saçıq geyimləri «ümummilli problem»ə çevrilib. Bəlkə ortada «milli qeyrət» məsələsi var? Yox, səbəb bu deyil. Xarici müğənnilərin soyunması onların səhnə obrazı, bizimkilərin soyunması isə hamıya bəlli olan «həyat tərzidir». Bizimkilərin tərcümeyi-halı hamımıza məlumdur.
Həm də və ən əsası xaricilər bizim şou əhlindən fərqli olaraq bizlərə «ağbirçəklik», «ağsaqqallıq» edib mənəviyyat dərsi keçmirlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, sənət güclü olanda «soyunmaq» hər mənada arxa plana keçir, hətta «görünməz» olur və cəmiyyətin gözünə girib onu qıcıqlandırmır.
Soyunmaq müasirləşməkdirmi?
Bizdə çoxları müasirləşməyi soyunmaqla eyniləşdirir. Ancaq müasirləşmək soyunmaq anlamına gəlmir. Onda gərək dünyanın ən müasir, ən zəkalı milləti olan yaponlar çoxdan lüt-üryan gəzəydi. Onlar nəinki bizim görməmiş və gerizəkalılar kimi soyunmadılar, hətta qədim geyimləri olan kimonanı da qoruyub saxladılar. Türk qohumlarımız olan və adına «əkə» dediyimiz özbəklər isə bu günədək nə xalatlarından, nə də araxçınlarından imtina etməyiblər. Yəni geyimin müasirliyə-filana o qədər də dəxli yoxdur. Hətta Avropanın göbəyindən gəlmiş və ölkəmizdə çalışan xarici şirkətlər öz əməkdaşlarına açıq-saçıq geyinməyə icazə vermilər. Bizimkilər isə...
Biz başa düşürük ki, atalarımız əbəs yerə «Gözəllik ondur doqquzu dondur» deməyib. Çünki geyim təkcə qüsurları, eybəcərliyi, ayıbı deyil, hərdən gözəlliyi də gizlədir. Kim öz gözəlliyini, bədən quruluşunu nümayiş elətdirmək, hətta tarixin yaddaşına həkk etmək istəyirsə uyğun sənət sahələri, rəssam emalatxanaları var. Məsəl üçün stiptiz səhnələrində, yaxud çılpaq-naturşitsa kimi və digər uyğun sahələrdə özünü sınaya bilər. Həm də axı bunların göstərməyə nə sənətləri, nə də baxımlı bir yerləri var.
* * *
Problemin başqa tərəfi odur ki, təkcə şou əhlinin deyil, çoxumuzun, bəlkə də hamımızın çörəyi tumandan-şalvardan, yəni soyunmaqdan çıxır. Biri şalvarın gödəldir, o biri tumanın, bir başqası vicdanını soyunur. Məhşurlaşmaq, karyera qazanmaq, ad-san, var-dövlət sahibi olmaq üçün işləməyə, çalışmağa, oxumağa, təhsil almağa heç bir ehtiyac yoxdur. Sözün geniş mənasında tumanını bir az yuxarı qaldıra, başına keçirə bildinsə yetər. Bu gün kim ki tumanını bir az yuxarı qaldıra bilir hər şey əldə edir.
Verilişdə tanınmış alim, hörmətli millət vəkili Nizami Cəfərov isə uzun-uzadı «bəşəri dəyər»lərdən danışdı ancaq mətləb üstünə gəlib çıxa bilmədi. Bilmək olmur bizim tanınmışlar problemi görmür, yoxsa problemə toxunmaqdan qorxub özlərini görməzliyə vurur.
Yeri gəlmişkən, uzun-uzadı danışmaq, mətləb üstünə gələ bilməmək də cəmiyyyətimizin ağır problemlərindən biridir. Əslində bir az qurdalasan bu problem də gedib tuman məsələsinə çıxır.
Hörmətli telemütəxəssis Zeynal Məmmədli isə cəmiyyətin eybəcərliyinin görünməsi, açılıb-tökülməsi üçün «soyunmaq» məsələsinin vacib və zəruri olduğunu da vurğuladı.
Tumanınızdan, daha doğrusu maskanızdan muğayat olun
Bu yerdə yadıma vaxtilə oxuduğum və adını unutduğum müəllifin maraqlı bir təklifi düşdü. Müəllif iddia edirdi ki, guya « biz azərbaycanlılar seks sarıdan yanığıq, ona görə də cavanlı-qocalı hamımız soyunmalıyıq». Bir sözlə təklifin müəllifi millətimizə seksual inqilab təklif edir və bütün problemlərimizin kökünü geyim-gecimdə axtarırdı.
Orasını da qeyd eləyim ki, bu geyim məsələsinin yavaş-yavaş zibili çıxır. Çünki artıq Azərbaycanda şalvarını çıxaranlar, tumanını yuxarı qaldıranlar o qədər çoxalıb ki, daha bu yolla nəsə əldə etmək çətinləşib, mümkün deyil.
Bəs onda çıxış yolu nədir? Nə etməli?
Biz hamımız qocalı-cavanlı, ziyalı-ziyasız, arvadlı-kişili soyunmalıyıq. Ancaq tumanımızı yox, sifətimizin maskasını çıxarmalıyıq. Bütün millətlərin pis-yaxşı sifəti var, bircə bizdən başqa. Deməli ən yaxşısı maskamızı soyunmaqdır. Ancaq qorxuram maskamızı çıxarandan sonra ələ gələsi, gözə görüləsi bir şeyimiz qalmaya. Ona görə də tumanınızdan, daha doğrusu maskanızdan muğayat olun.
* * *
Biz həm də geydiklərimizin cəmiyik
Biz təkcə yediklərimizin deyil, həm də geydiklərimizin cəmiyik. Yediklərimizin hamısı xaricin «otxod» məhsullarıdır. Bu sarıdan ölkəmiz çoxdan dünyanın kanalizasiya turbasına çevrilib. Geydiklərimiz isə Latın Amerikası seriallarına uyğun olaraq tikilmiş geyimləridir. Hanı ölkəmizin tikiş kombinatları, fabrikləri, geyim mütəxəssisləri? Bu gün şəhərdəki magazaları, ticarət mərkəzlərini ələk-vələk eləsək də yeniyetmə qız uşaqları üçün normal bir geyim tapmaq mümkün deyil.
Baza yaratmadan «Hamı yerli mal alsın xeyir vətənə qalsın» kimi düşük şüarlarla nə iqtisadiyyatımızı inkişaf etdirmək , nə də
zövqsüz tikilmiş yerli məhsulları vətəndaşlarımıza bəyəndirmək mümkün olacaq.
Kamran Məhərrəmli
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
8 yanvar 2026 13:38
- Nepal Çinə ARVAD SATMAQ istəmir
4 yanvar 2026 21:23
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Burada qadınlar deyil, kişilər -gəlin- olur Fotolar
13 noyabr 2025 10:20
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 11:50
- Rza Pəhləvi Trampa çağırış etdi - Hazır olun
10 yanvar 11:35
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 11:21
